“Qarabağ xalçaları” təqvimi nəşr olunub » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » “Qarabağ xalçaları” təqvimi nəşr olunub
 
 » Xəbərlər » Həftə içi xəbərlər » “Qarabağ xalçaları” təqvimi nəşr olunub

     
 
Xəbərlər » Həftə içi xəbərlər: “Qarabağ xalçaları” təqvimi nəşr olunub
 
 
Müəllif: Carchi | 14 Mart 2010 | 12543 dəfə oxunub
http://zeka.az/367-vqarabad-xalgalardv-tjqvimi-njer-olunub.html
“Qarabağ xalçaları” təqvimi nəşr olunub 
       AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 90 illiyi münasibətilə Regionların İnkişafı İctimai Birliyi tərəfindən “Qarabağ xalçaları” adlı təqvim nəşr edilib. 
Təqvimdə ilin ayları ilə yanaşı, bütün dünyada məşhur olan Qarabağ xalçalarının yaranma tarixindən də bəhs olunur. 
      Qarabağ bölgəsində toxuculuq sənətinin varlığı bu bölgənin bir çox ilk tunc dövrü kurqanlarında tapılmış iy ucluqları, toxuculuq alətləri və digər dəlillərlə sübut olunur. İstehsal texnikasına, naxış və çeşnilərinin müxtəlifliyinə, rəng əlvanlığına, yüksək bədii tərtibatına görə Qarabağ xalçaları hələ orta əsrlərdə yüksək şöhrət qazanmışdı. Artıq XIV əsrdən etibarən Avropaya ayaq açan Azərbaycan xalçaları içərisində Qarabağ qrupu xalçaları da geniş yer tutaraq böyük şöhrət qazanmışdı. Bu xalçalar yüksək estetik dəyərə malik sənətkarlıq nümunəsi kimi Avropa rəssamlarının diqqətini cəlb etmişdir. Qarabağ qrupuna aid olan “Muğan” xalçasını Hans Memlinqin (XV əsr) “Məryəm körpəsi ilə” və “Bir gəncin portreti” tablolarında görmək olar. XVI əsrdə toxunmuş Təbriz xalçası və “Şirvan” (Şamaxı) xalçası ilə birlikdə XVII əsrdə Qarabağda toxunmuş “Qoca” adlanan xalça indi də Nyu-Yorkun (ABŞ) “Metropoliten” incəsənət muzeyində qalmaqdadır. 
      Qarabağ xalçalarının istehsalı və satışının mərkəzi Şuşa idi. XIX əsrin sonlarına aid olan mənbələrdə Şuşada toxunan xalça və palazların öz kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğu qeyd edilir. 
      Qarabağın xovsuz xalça məmulatlarının ən məşhur nümunəsi vərni hesab olunurdu. Mütəxəssislər haqlı olaraq göstərirlər ki, heç bir xovsuz xalça çeşnilərinin monumentallığı cəhətdən vərni qədər gözəl deyil. Azərbaycanın digər etnoqrafik bölgələri içərisində toxuculuq sənəti sahəsində çoxlu lokal xüsusuyyətlərə və məhəlli-spesifik cəhətlərə malik olan Qarabağ tarixi-etnoqrafik bölgəsi vərninin vətəni olması ilə diqqəti cəlb edir. Dünyanın müxtəlif muzeylərində saxlanılan vərnilər Qarabağ xalq sənətkarlığının bariz nümunəsi kimi dəyərləndirilir. 
www.science.gov.az 

“Qarabağ xalçaları” təqvimi nəşr olunub

       AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 90 illiyi münasibətilə Regionların İnkişafı İctimai Birliyi tərəfindən “Qarabağ xalçaları” adlı təqvim nəşr edilib. Təqvimdə ilin ayları ilə yanaşı, bütün dünyada məşhur olan Qarabağ xalçalarının yaranma tarixindən də bəhs olunur.

       Qarabağ bölgəsində toxuculuq sənətinin varlığı bu bölgənin bir çox ilk tunc dövrü kurqanlarında tapılmış iy ucluqları, toxuculuq alətləri və digər dəlillərlə sübut olunur. İstehsal texnikasına, naxış və çeşnilərinin müxtəlifliyinə, rəng əlvanlığına, yüksək bədii tərtibatına görə Qarabağ xalçaları hələ orta əsrlərdə yüksək şöhrət qazanmışdı. Artıq XIV əsrdən etibarən Avropaya ayaq açan Azərbaycan xalçaları içərisində Qarabağ qrupu xalçaları da geniş yer tutaraq böyük şöhrət qazanmışdı. Bu xalçalar yüksək estetik dəyərə malik sənətkarlıq nümunəsi kimi Avropa rəssamlarının diqqətini cəlb etmişdir. Qarabağ qrupuna aid olan “Muğan” xalçasını Hans Memlinqin (XV əsr) “Məryəm körpəsi ilə” və “Bir gəncin portreti” tablolarında görmək olar. XVI əsrdə toxunmuş Təbriz xalçası və “Şirvan” (Şamaxı) xalçası ilə birlikdə XVII əsrdə Qarabağda toxunmuş “Qoca” adlanan xalça indi də Nyu-Yorkun (ABŞ) “Metropoliten” incəsənət muzeyində qalmaqdadır.

       Qarabağ xalçalarının istehsalı və satışının mərkəzi Şuşa idi. XIX əsrin sonlarına aid olan mənbələrdə Şuşada toxunan xalça və palazların öz kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğu qeyd edilir.

       Qarabağın xovsuz xalça məmulatlarının ən məşhur nümunəsi vərni hesab olunurdu. Mütəxəssislər haqlı olaraq göstərirlər ki, heç bir xovsuz xalça çeşnilərinin monumentallığı cəhətdən vərni qədər gözəl deyil. Azərbaycanın digər etnoqrafik bölgələri içərisində toxuculuq sənəti sahəsində çoxlu lokal xüsusuyyətlərə və məhəlli-spesifik cəhətlərə malik olan Qarabağ tarixi-etnoqrafik bölgəsi vərninin vətəni olması ilə diqqəti cəlb edir. Dünyanın müxtəlif muzeylərində saxlanılan vərnilər Qarabağ xalq sənətkarlığının bariz nümunəsi kimi dəyərləndirilir. www.science.gov.az 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.