Möhtərəm adam » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Möhtərəm adam
 
 » İstirahət » Poeziya » Möhtərəm adam

     
 
İstirahət » Poeziya: Möhtərəm adam
 
 
Müəllif: Abdullah | 14 Mart 2010 | 12397 dəfə oxunub
http://zeka.az/368-mghtjrjm-adam.html

           Möhtərəm adam

 

Salam, ey Allahın bəndəsi, salam

Salam, ey dünyada möhtərəm adam.

 

Əzəldən payına kök ovqat düşüb

Elə bil sınaq yox, tək sovqat düşüb

Rəbbimin önündə ikiqat düşüb

Qul olmaq ləzzəti sənə yad tamam

Salam ey qüvvətli, möhtərəm adam.

 

Baxıram boy-buxun, qamət yerində

Baxmadan bilirəm sərvət yerində

Vəzifə yerində, şöhrət yerində

Çatmayan Xaliqə, xəlqə ehtiram

Çatana yetirsən, möhtərəm adam.

 

Yoxdusa içində qul itaəti

İşində yer haqqı, göy ədaləti

Ömrün deyildirsə həcc ziyarəti,

O zərif dərinsə ömürlük ehram

Qaynar su hazırdır, möhtərəm adam.

 

Əzəmət, böyüklük Rəbbimin haqqı

Mülk Onun, irs Onun, burda kim baqi

Nə cənnət səninçün Mərdəkan bağı

Nə də ki, cəhənnəm sauna hamam

Soyuq su orda qıt, möhtərəm adam.

 

Kimdi ki, şah ölən, hamı qul gedir

Fərqi nə dövlətli, ya yoxsul gedir

Bətndən qəbrəcən bircə yol gedir

Başında qaranlıq, sonunda axşam

Ortada zülmətdir möhtərəm adam

 

O qədər özgəsən çözmək də olmur

qədər bizdəsən, bezmək də olmur

Nə qədər dözəsən, dözmək də olmur

Yenə də səbrdir yeganə əncam

Allaha təvəkkül möhtərəm adam

 

Hər sözün, əməlin hesabı vardır

Savabı, ya da ki, əzabı vardır

Mən kiməm, Allah var, Kitabı vardır

Haqq sözü deməsəm, söz mənə haram

Mən də çox qorxuram, möhtərəm adam.

                                                      Altay Cəmil





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.