Əcnəbilər niyə azərbaycanlı qızlarla evlənir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Əcnəbilər niyə azərbaycanlı qızlarla evlənir?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Əcnəbilər niyə azərbaycanlı qızlarla evlənir?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Əcnəbilər niyə azərbaycanlı qızlarla evlənir?
 
 
Müəllif: Carchi | 15 Mart 2010 | 12594 dəfə oxunub
http://zeka.az/369-zhcnjbiljr-niyj-azjrbaycanld-qdzlarla-evljnir.html

                                         Əcnəbilər niyə azərbaycanlı qızlarla evlənir?

       “Təmiz dünya” cəmiyyətinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bu Qərbdəki sosial problemlərlə əlaqədardır

Azərbaycanda övladların ailə qurması ilə bağlı mentolitetdən irəli gələn bəlkə neqativ, bəlkə də pozitiv bir məqam var. Çox zaman ailələr öz övladlarını öz nəsillərindən, öz bölgə ya da zonalarına aid olan şəxslərlə ailə qurmasına üstünlük verirlər. Bəzi ailələr nəinki başqa millətlə, heç başqa rayona qız verib, oğul evləndirəni düzgün hesab etmirlər.

      Bütün bunlara baxmayaraq son 5 il ərzində MDB məkanında qarışıq nikahların sayı artıb. Artıq kişilərlə yanaşı, qızlar da əcnəbilərlə ailə həyatı qurur. Bu problemləri araşdıran “Təmiz dünya” cəmiyyətinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, əcnəbi vətəndaşların keçmiş ittifaq ölkələrindəki qadınlarla, ələlxüsus də azərbaycanlı qızlarla evlənməyə üstünlük verməsi Qərbdəki sosial problemlərlə əlaqədardır.

      “Avropa, Amerika qadınları feministləşib və bu baxımdan sosial rollarında dəyişiklik baş verib. Feminist qadınlar kişilərin diqqət, qayğı göstərməsinə çox kobud cavab verirlər. Yaxud evdar, ailəcanlı deyillər”, deyə M. Zeynalova bildirir.

     Qarışıq izdivacların bağlanmasında Azərbaycan qızları da maraqlıdır. Bunun da səbəbi onların sərbəst həyat tərzinə meylli olmasıdır. M. Zeynalova bununla qızların imkanlarının daha yaxşı olacağını düşündüyünü deyir.

      Bəzən azərbaycanlı qızların əcnəbi vətəndaşla baş tutan evlilik həyatı arzuolunan şəkildə davam etmir. Mehriban Zeynalova bu növ ailələrin dağılmasında əsasən psixoloji amilin rol oynadığını qeyd edir.

      “Burada əsasən müəyyən ənənə, din, etnik mənsubiyyətdən irəli gələn xüsusiyyətlər rol oynaya bilər. Bir çox hallarda qadınlar bunları nəzərə almadan ailə həyatı qururlar”.

      Bundan başqa, cəmiyyət sədri azərbaycanlı kişilərin əcnəbi qadınlarla nigaha girməsinin səbəbini də izah edib. Onun fikrincə, kişilərin əcnəbi qadınlarla evlənməsi əsasən onların xarici ölkəyə getmək istəyi ilə bağlıdır. Burada iqtisadi -sosial problemlər də əsas rol oynayır.ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.