Qədim şeytan haqqında müasir dastan. » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Qədim şeytan haqqında müasir dastan.
 
 » Sağlamlıq » Psixologiya » Qədim şeytan haqqında müasir dastan.

     
 
Sağlamlıq » Psixologiya: Qədim şeytan haqqında müasir dastan.
 
 
Müəllif: Admin | 13 Avqust 2009 | 13874 dəfə oxunub
http://zeka.az/37-q601dim-351eytan-haqq305nda-m252asir-dastan.html

 

Qədim şeytan haqqında müasir dastan

“Mən şeytanın və şeytan əməllərinin gələcəkdə dünyada hökmranlıq etməsinə inanıram. Ona görə də, özümü öldürməklə, canımı ali şeytana qurban verirəm”, - deyib sakitcə dünyasını dəyişənlərin hərəkəti çoxlarına gülməli görsənə bilər. Lakin indi dünyada “özümü şeytana qurban verim, ya yox?” kimi suallar ətrafında düşünənlər də var. Bu işləri görənlər şeytana itaət edənlər “satanist”lər adlanır. Son illərdə satanistlər dünyada aktivləşməyə başlayıblar. Çünki özünü şeytana qurban edənlərin sayı gündən-günə artır.

 

Şeytan və biz

İnsanların şeytanlara münasibəti həmişə birmənalı olub – bəd əməllərin əsasını qoyan, insanı öz yolundan çıxaran, onu günahlar işlətməyə təhrik edən bir varlıq. Dində də şeytana münasibət  birmənalıdır. Qurandan da bizə bəllidir ki, şeytan Böyük Allah tərəfindən lənətlənmiş bir varlıq kimi, ona axirət gününə qədər vaxt verilib.    Məlum oldu ki, şeytan və onun  əməlləri xeyrə, xoş istəklərə qarşı duran bir reallıq kimi qəbul edilir. Bu, artıq dünyada adiləşmiş bir həqiqətdir. Lakin insan inkişaf etdikcə, təbii olanlara qarşı mübarizə aparmağa başlayır. Məhz , bu cür ‘’qəhrəmanlar’’ şeytanın və şeytan əməllərinin gələcəkdə dünyada hegemonluq edəcəyini bizlərə nümayiş etdirmək, bu işdə şeytana kömək etmək qərararına gəliblər. Hətta, öz canlarını indidən bu yolda qurban verirlər.

                                         Psixika günahkardır

 Şübhəsiz, adi halda şeytana rəqabət bəsləyib öz canını belə qurban vermək qeyri-mümkündür. Elə ona görə də, bu ideyanın carçıları insan psixikasına və mənəviyyatına  təsir etməklə nailiyyət qazanmaq istəyirlər. Onların şeytana rəğbəti təbliğetmə proqramları sırf psixoloji təsir əsaslarına malikdir: psixikanın sağlam işini pozmaq, insanı normal həyatdan və fəaliyətdən ayırmaq. Xüsusi təbliğ etmə proqramları müasir dünyanın əsas informasiya şəbəkəsi olan ”İnternet”ə çıxışla həyata keçirilir. Əlbəttə, internet fərdi istifadə vasitəsi olduğu üçün, hər gün insanın ayrılıqda psixikasına təsir edib onu aldatmaq çox asan olur.

Xüsusilə də, yeniyetmələr və gənclər daha tez bu cür təbliğat vasitələrinin qurbanlarına çevrilirlər. Məhz, internetdəki təbliğat vasitələrinin köməyi ilə 1999-cü ilin sentyabrında Türkiyədə iki yeniyetmə qız intihar edib, özlərini şeytana qurban vermişdilər.

Hər halda şeytana itaət və rəğbət sırf anormal sosial və mənəvi əsaslara malik psixoloji xəstəlikdir. Çünki sağlam və səviyyəli insan heç bir ciddi səbəb olmadan öz canına qəsd edərək özünü şeytana qurban verə bilməz. Çünki Böyük Allah və müasir insanlıq, mövcüdolma və inkişaf qanunauyğunluqları buna imkan vermir, bunu qəbul etmir.

 

  etməli?

 

Ümumiyyətlə, yuxarıda deyilənlər şeytanı və şeytan əməllərini bir dəfəlik rədd etməyi nəzərdə tuta bilməz. Çünki bu, bizdən aslı deyildir. Xeyir və şər qüvvələri dünyanı idarə edən qanunauyğunluqlar sisteminə daxildir. Yəni şər olmasa xeyir tanınmaz, xeyir olmasa şər. Şeytan imanlı insanın inkişaf etməsinə, imansızın isə məhvinə səbəb olur, çünki imanlı insan şər işlərə baxıb ibrət götürür. İmansız insan isə ibrət almadığı üçün şər işləri davam etdirir.

Sadəcə olaraq, sizə məsləhətimiz odur ki, şəri şər kimi, xeyri isə xeyir kimi qəbul edin. Qaldı şeytana, onsuz da biz (xeyirin qələbə çalacağını labüd hesab edənlər) bacardığımız qədər şeytana qarşı gündəlik mübarizə aparırıq, çünki  istər-istəməz şeytan əməlləri ilə daim rastlaşmalı oluruq. Ona görə də qorxmağa dəyməz, daxili hisslərini səfərbər et və özünü daim şeytan tipli hərəkətlərdən, uzaq saxla.

Unutma: səni şeytandan və şeytan əməllərindən yalnız və yalnız Böyük Allah qoruya bilər. Harada ki, Böyük Allahın adı və qanunları var, orada şeytan, şeytan cürəti, şeytan əməli ola bilməz. Harada ki, qeyri-insanlıq, cahillik, pislik, eyş-işrət və nəhayət, şeytan əməlləri var, orada Böyük Allaha əqidə, humanizm və insanlıq ola bilməz. Humanizm və insanlıq olmayan cəmiyyətdə isə ruhi rahatlıq olmaz və əgər ruhi rahatlığın yoxdursa deməli xoşbəxtliyi tam mənası ilə dadmayacaqsan!

Psixotest

Şeytan əməllərinə və cadugərliyə inanırsanmı?

Suallara səmimi və düzgün cavab verin. Yalnız, cavab xallarınızı topladıqdan sonra “nəticə”ni oxuyun.

1. Siz dini adət ənənələri yerinə yetirirsinizmi?

a) Xeyr – 2

b) Bəli – 3

c) Hərdən – 1                                                                                                                   

2. Yuxu görmək sizin üçün nə deməkdir?

a) Çox sirli bir şey – 2

b) Hər şey insan psixikası ilə bağlıdır – 1

c) Bunu yalnız Allah bilər – 3

3. Axşam və gecə vaxtı isti suyu yerə tökürsünüzmü?

a) Xeyr – 3

b) Şəraitdən asılı olur – 1

c) Bəli – 2

4. Sizi nəyəsə inandırmaq asandırmı?

a) Bəli, mən bir az sadəlövhəm – 3

b) Xeyr, mən inadkaram – 2

c) İstəyimdən asılı ola bilər – 1

5. İşləriniz gətirmədikdə, ilk növbədə günahı nədə görürsünüz?

a) Öz şəxsi fəaliyyətimdə - 2

b) Keçmiş günahlarımda – 3

c) Taledə, Allah cəzasında – 1

6. Gecə meşədə azsanız, ilk növbədə nədən qorxarsınız?

a) Vəhşi heyvanlardan – 1

b) Qarabasmalardan – 3

c) Qorxudan xəstələnməyimdən – 2

 

7. Sizə həmişə elə gəlir ki, yaranmış mənfi şəraiti gələcəkdə öz xeyrinizə dəyişə bilərsiniz?

a) Bəli – 2

b) Xeyr – 1

c) Cadügərlər bu işdə mənə kömək edə bilərlər – 3

 

Nəticə

16 xal və ondan yuxarı:

Siz şeytan əməllərinə və cadügərliyə inanır və onlardan həddən artıq qorxursunuz. Din də sizin üçün müqəddəsdir. Harada olursunuzsa olun, şeytan və cadügərliklə bağlı problemlər sizi narahat edə bilər. Siz işinizdə və şəxsi həyatınızda da bu şeyləri daim nəzərə alırsınız. Hətta, bəzən cadügərlikdən də istifadə edirsiniz.

11 – 15 xallar:

Siz ümumiyyətlə, şeytanı, onun əməllərini və cadügərliyi qəbul etmir, onları boş bir şey hesab edirsiniz. Dinə də inamınız yoxdur. Bunun nəticəsidir ki, şər və xeyir əməlləri yaxşı və məntiqli formada müqayisə edə bilmirsiniz. Deməli, şeytan əməllərinə daha tez meyl edə bilərsiniz. Bu baxımdan, ehtiyatlı olmağa dəyər.

10 xal ondan aşağı:

Siz şeytan əməllərinin və cadügərliyin varlığına inanırsınız, lakin onlardan qorxmur, bəzi hadisələr zamanı əsəbiləşib, onların varlığına şübhə ilə yanaşırsınız. Bu baxımdan, dinə də münasibətiniz müasir səviyyədədir. Şeytan əməllərinə və cadügərliyə müəmmalı münasibətinizi də məhz, müasirliyə həddən artıq inamınız yaradıb. Hər şeyi özünüz üçün daha dəqiq təhlil edib aydınlaşdırmağa çalışın. 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 4
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.