İnkişafda iradənin rolu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » İnkişafda iradənin rolu
 
 » Sağlamlıq » Psixologiya » İnkişafda iradənin rolu

     
 
Sağlamlıq » Psixologiya: İnkişafda iradənin rolu
 
 
Müəllif: Zaur | 15 Mart 2010 | 12967 dəfə oxunub
http://zeka.az/370-dnkieafda-iradjnin-rolu.html

                                                          İnkişafda iradənin rolu

     İradə - insanın inkişaf etməsində təkcə təsiredici rola malik olmayıb, hətta özü inkişafa malik olan bir sahə kimi diqqət mərkəzinə çəkilir. İradə ilə inkişaf arasında sıx bağlılıq mövcuddur. Mədəniyyət, təlim və çalışmaq özü də iradənin qüvvətlənib inkişaf etməsinə təsir göstərir. Məsələn, iki yaşlı bir uşağın hər şeyə yox deməsi, hətta istədiyi şeyləri ona təklif edərkən buna rədd cavabı verməsi müstəqil olmağın ilk əlamətlərini büruzə verir. Bu, uşağın xarakterində çiçəklənməkdə olan azad iradə və azad seçimi nəzərə çatdırır. Lakin onun tanışlıq və məlumat əldə etmə qüvvəsi kifayət qədər inkişaf etmədiyi üçün bu azad seçim uzaqgörənlik və hesab-kitab üzrə olmur. Elə buna görə də bu rəftar (inadkarlıq) davamlı olmayıb bir neçə müddətdən sonra normal şəklə düşür və uşaq nə qədər məlumat əldə edirsə rəftarları da bu məlumat miqdarında təkamülə çatır. Doqquz yaşından etibarən uşağın məlumat dairəsini və səmimiyyətini nəzərə alıb onun fiziki qüvvəsinə diqqət edərək xüsusi təlim-tərbiyə proqramı tərtib etmək olar. Bu proqram vasitəsilə uşaqdakı iradənin qüvvətlənməsinə zəmin yaratmaq olar. Buna görə də İslam təlimlərində sifariş edilir ki, uşaqlara doqquz yaşından oruc tutmağı və qidalarına məlumatlı şəkildə nəzarət etməyi adət etdirin, lakin onların fizioloji zəifliyini də nəzərə alın! (İmam Cəfər (ona salam olsun), Məhəmməd Məhəmmədi Rey Şəhri , “ Mizanul-hikməh ”  c. 10, səh: 722).

     Yeniyetməlik yaşlarında tanışlıq əldə etmə qabiliyyəti öz inkişaf zirvəsinə çatır və əxlaqın inkişafı başlayır. Artıq yeniyetmə uşaqlıq dövründə öz valideyninə hiss etdiyi bağlılıqdan özünü ehtiyacsız görür və valideynin ona yetirdiyi nəzarətdən bezir. Bu dövr iradənin oyanma başlanğıcı və yeniyetmənin öz gələcək yolunu özü tərəfindən məlumatlı şəkildə seçməsinin əvvəlidir.

     İradənin inkişafında mədəniyyətin rolu: Müxtəlif mədəniyyətlərə münasib zəminləri yaradıb iradənin təkamülünə kömək edən və münasib zəminləri aradan apararaq uyğun olmayan mühit yaradıb iradənin təkamülünü təxirə salan ünsürlər vardır. Bu mədəniyyət ünsürləri tərbiyə, əxlaq, hüquq proqramları, ictimai adət-ənənə şəklində özünü göstərir. İradəyə diqqət göstərməyən və ya onu inkar edən mədəniyyətlərdə iradənin inkişafına dair elmi və əməli proqramların olmamağı çox təbiidir. Bütün bu amillər səbəb olur ki, çox az insanlar iradənin yüksək inkişaf mərhələsinə yetsinlər. Bunun müqabilində iradəyə lazım olan dəyəri verib onun inkişaf etməsi üçün əməli (praktiki) proqramlar hazırlayan mədəniyyətlər də vardır. Məsələn, İslam mədəniyyətində  vacib əməllərdən biri orucdur və oruc tutmaq bəzi meyllərin və kiçik ehtiyacların qarşısını alır. Bunu da qeyd etməliyəm ki, mühit, o cümlədən, mədəniyyət amilləri iradəyə lazım olan amillərin yalnız bir hissəsini təşkil edir. Heç təəccüblü deyil ki, bəzi şəxslər münasib mədəni cəmiyyətlərdə yaşasalar da iradələri inkişaf etməyibdi. Eyni zamanda bəzi şəxslər qeyri-münasib cəmiyyətlərdə yaşasalar da, çox qüvvətli iradə sahibidirlər. Bütün bu deyilənlərdən aydın olur ki, rəftarlarla bağlı sahələrdə iradə və ixtiyarın təyinedici rolu vardır. Deməli, əxlaq və mənəviyyatın inkişafı məlumat əldə etmədən və iradə göstərmədən mümkün deyil.

                                      Məlumatdan istifadə etdikdə istinad zəruridir!      





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 9)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.