İdman müəllimlərinin vəzifələri
Ailədən sonra idmançılarımızın həqiqi idmançı əxlaq və ruhiyyəsində böyüməsində ən mühüm rolu idman müəllimləri daşıyır. Əgər uşaq gələcəkdə hansısa bir idman növünü özünə peşə seçmək istəyirsə onda bu amil daha da güclənir. Çünki necə deyərlər, əsas binanın ya evin birinci daşıdır. İdmançının da ilk idman təməli onun gələcəyində mühüm rol oynayır. Əvvəl dediyimiz kimi, əgər valideyn yaxşı idman müəllimi seçmişdirsə o öz öhdəliyini yerinə yetirmiş və sonrakı iş müəllimin boynundadır.
İdman müəlliminin vəzifəsi:
1.Təlim keçdiyi bütün şagirdlərə eyni gözlə baxmaq və heç birinin arasında fərq qoymamaq. Təlim etdiyi idmanın bütün sirlərinə şagirdlərin tam yiyələnməsi üçün əlindən gələni etmək. Hər yerdə olduğu kimi idmanda da şagird ustadı tərəfindən ayrı-seçkiliyə məruz qaldığını görəndə onun ruhiyyəsinə pis təsir göstərir. Müəllim idmançılarla danışıq və davranışında elə olmalıdır ki, hamısı müəllimin ona böyük hörmətlə yanaşdığını və başqaları ilə onun arasında fərq qoymadığını hiss etsin. Əlbəttə müəllimin bəzən çox istedadlı olan və yarışda mühüm yer tutmağa hazırlaşan ya geridə qalan bir şagirdlə xüsusi məşğul olması heç də ayrı-seçkillik hesab olunmamalıdır.
2.İdmançıların yemək və qidalanmalarına fikir vermək. Qidalandığımız məhsullar hər birimizin bədənində və sağlamlığında təsir qoyur. İdmançılarımızin yarışlara yüksək səviyyədə hazırlığı və idman vaxtı bədənlərindən ayrılan enerjinin yerinin doldurulması üçün yaxşı yemək və istirahət rejimi lazımdır. İdman müəllimləri bu rejimi tətbiq etməkdə idmançılara kömək etməlidirlər.
3.Əxlaq normalarını idmançılara aşılamaq. Təkəbbür, özünü başqalarına göstərmək, öz gücündən və nüfuzundan pis yollarda istifadə etmək və s. kimi mənfi xüsusiyyətlərdən çəkinmək barəsində şagirdlərə məlumat verib, onların əksi olan müsbət xüsusiyyətlərə təşviq etmək.
Axrıncı nöqtə mühüm və geniş bir sahəni əhatə etdiyindən bu mövzuya birdə qayıdacağıq. Allah Taala idmancilarımızı və idman ustadlarımızı tutduğu yolda müvəffəq etsin.
Məlumatdan istifadə etdikdə istinad zəruridir!