Şeyx Səduq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Şeyx Səduq
 
 » Elm və mədəniyyət » Dahilər » Şeyx Səduq

     
   
 
Müəllif: Zaur | 18 Mart 2010 | 13255 dəfə oxunub
http://zeka.az/375-eeyx-sjduq.html

        Şeyx Səduq

     Bir çox dəyərli kitabların müəllifi olan Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babaveyh Qumi “ Şeyx Səduq ” adı ilə məşhurdur. Onun ibn Babaveyh adı ilə məşhur olan atası böyük alimlərdən biri olmuşdur. İbn Babaveyh iyirmidən çox elmi kitabın müəllifi idi. Onun uzun müddət övladı olmamış və o, İmam Mehdi (Allah onun zühurunu tezləşdirsin) kiçik qeybdə olduğu zaman ona məktub yazaraq xahiş etmişdi ki, övlad sahibi olması üçün İmam ona dua etsin. İmam Zaman şəxsən özü ona məktub yazaraq müjdə vermişdi: “ Biz sənin üçün dua etdik. Sən tezliklə fəqih oğul sahibi olacaqsan! ”

     Beləliklə, təxminən 306-cı hicri qəməri (milad 895) ilində Şeyx Səduq dünyaya göz açdı. Şeyx Səduq özünün “ Kəmalud-din ” kitabında belə deyir: “ Məhəmməd ibn Əli Əsvəd elm öyrənməyə olan həvəsimi görüb deyərdi ki, sənin elmə bu qədər həvəs göstərməyin heç də təəccüblü deyil, çünki səni Allah İmam Zamanın duası ilə dünyaya gətirib ”.

     Şeyx Səduqun ilk müəllimi atası olub. 329-cu hicri qəməri ilində atası dünyasını dəyişdikdən sonra o, Məhəmməd ibn Həsən ibn Vəlidin şagirdi oldu. İbn Vəlid Şeyx Səduqa güclü təsir qoydu və “ Rical üsulu ”  ilə “ Hədis elmi ” fənlərini ona tədris etdi. Sonra Şeyx Səduq Rey şəhərinə getdi. Məhz sünni və şiə alimlərinin hədislərini əldə etmək üçün o, 352-368-ci illər ərzində Nişabur, Məşhəd, Mərv, Bağdad, Məkkə, Həmədan, Bəlx, Sərəxs, Səmərqənd və Qurqana səfər etdi. Bu səfərlər nəticəsində böyük hədis alimlərindən hədislər toplayıb kitab şəklinə saldı. Bu hədislərin sənədlərini göstərərkən hədisi əldə etdiyi zaman və məkanı da qeyd etmişdir.

    Şeyxin topladığı hədislərin sayı 250-ni keçmişdi. Nəcaşi yazır: “ 355-ci hicri qəməri ilində Şeyx Səduq Bağdada gəldi və bir çox şiə şeyxləri onun topladığı hədislərə istinadən hədislər nəql etməyə başladılar ”. O, üç yüzə yaxın kitabın müəllifidir. Təəssüflər olsun ki, onun yalnız iyirmiyə yaxın kitabı bizə gəlib çatmışdır.

    Şeyx Tusi onun haqqında belə deyir: “ O hədis hafizi, hədis və rəvayətlərin böyük tənqidçisi idi. Güclü yaddaşa və bir çox elmlərə yiyələnmək nöqteyi-nəzərindən Qum alimləri arasında onun kimisi yox idi. O, 300-ə yaxın əsərin müəllifidir və əsərləri məşhurdur ”.

    Şeyx Səduqun şagirdlər tərbiyə edib yetişdirdiyi, kitab yazıb nəşr etdirdiyi tarixi dövr sabit ictimai-siyasi və elmi bir dövr idi. Belə ki, bu dövrdə bütün müsəlmanların elmi inkişafı üçün cəmiyyətdə münasib mühit yaranmışdı. Sünnilərlə şiələr biri-biri ilə səmimi idi və biri-birindən hədis mənimsəyirdi .

t;/span>

    Şeyx Səduq həftənin çərşənbə axşamları və cümə günləri hədis dərsi tədris edərdi. Şeyxin “ Kəmalud-din ” və ya “ İkmalud-din ”  əsəri öz zamanında yaşayan insanların ehtiyaclarına cavab verirdi. Bu kitabın müqəddiməsində o, belə yazır: “ Nişabur və Məşhədə səfər edəndə şiələrin İmam Zaman (ə. c) və Onun qeybə çəkilməsi haqqında şübhə etdiklərini gördüm, hətta bu şübhələr elm əhlinə də öz təsirini qoymuşdu. Bu barədə kitab yazmaq qərarına gəldim. ”

    Şeyx bu kitabda  tarix boyu peyğəmbərlərin qeybə çəkilmələrini dəlil gətirərək İmamın (ə. c) da qeybə çəkilməsinin mümkün olduğunu sübut etmişdir.

                                 Məlumatdan istifadə etdikdə istinad zəruridir!    





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.