Fotoşəkillərdə “qırmızı gözlər” necə yaranır? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Fotoşəkillərdə “qırmızı gözlər” necə yaranır?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Fotoşəkillərdə “qırmızı gözlər” necə yaranır?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Fotoşəkillərdə “qırmızı gözlər” necə yaranır?
 
 
Müəllif: Carchi | 18 Mart 2010 | 12841 dəfə oxunub
http://zeka.az/376-fotoejkilljrdj-vqdrmdzd-ggzljrv-necj-yarandr.html

      Fotoşəkillərdə “qırmızı gözlər” necə yaranır?

      Qaranlıqda fotoalışqanla (“vspışka”) çəkilən şəkillərdə insanların gözləri qırmızı alınır. Görəsən, bu, nədən irəli gəlir? Görəsən, nə üçün belə hallar həmişə deyil, bəzən baş verir? Nə üçün gündüzlər çəkilən şəkillərdə belə  hal baş vermir?

     Göz bir-biri ilə bitişik üç təbəqədən ibarətdir. Birinci, göz bəbəyini qoruyan və ağlı qişa adlanan təbəqədir. Göz bəbəyinin yerləşdiyi və qan damarlarından ibarət təbəqə isə ikinci təbəqədir. Bu damarlar sayəsində həddən artıq çox işıq və ya güclü təsirə malik şüa qarşısında göz bəbəyi yığılır, qaranlıqda isə işığı daha çox “qəbul etmək” üçün böyüyür. Bu zaman göz qeyd olunan funksiyanı kifayət qədər yavaş şəkildə yerinə yetirir. Gözün üçüncü təbəqəsi isə torlu qişa adlanır. Bu, mikro-anatomik xüsusiyyətlərə malik, işığa həssas təbəqədir. Torlu qişa  mürəkkəb bir quruluşa malikdir. Burada işığa həssas hüceyrələr yerləşir.

       İt, pişik, ceyran və sair heyvanların torlu qişalarında şüşəvari əksetdirici təbəqə vardır. Qaranlıqda əl fonarını və ya avtomobilin farasının işığını onların gözlərinə tutsanız, işıq onların gözlərində əks olunur və gözlər qaranlıqda parıldayır. Ancaq insanların gözlərinin torlu qişasında belə əksetdirici təbəqə yoxdur.

      Şəkil çəkdirərkən göz bəbəyimiz fotoalışqandan çox qısa zaman kəsiyində olduqca parlaq çıxan işığa gec reaksiya verir və kiçilməyə fürsət tapmır. İşıq birbaşa torlu qişaya çatır, kapilyarlara təsir göstərir. Qaranlıqda çəkilən fotoşəkillərdə insanların gözlərində yaranan qırmızılıq torlu qişadakı kapilyarlardır.

       Hazırda bir çox fotoaparat markalarında “ qırmızı gözlər ” problemini aradan qaldırmaq üçün xüsusi vasitələrə əl atılır. Məsələn:

a) Təkmilləşdirilmiş fotoaparatlar vasitəsi ilə şəkil çəkilən zaman alışma ( “ vpışka ” ) iki dəfə təkrarlanır. Birinci dəfə alışma baş verərkən hələ şəkil çəkilmir. Bu isə göz bəbəyinin kiçilməsinə, gözün inikasının azalmasına səbəb olur.

b) Şəkil çəkdirməzdən qabaq otağın bütün işıqlarını yandırmaq, göz bəbəyinin əvvəlcədən kiçilməsini təmin etmək lazımdır.

v) Fotoaparatın fotoalışqanını obyektivdən mümkün qədər aralı yerləşdirmək lazımdır. Son model fotoaparatlarda bu, nəzərə alınır. Belə ki, fotoaparatlarda obyektivlə fotoalışqanın arasında bir neçə santimetr məsafə qoyulur. /azerimuslims/





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.