Yaxşılığa meyl edin » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Yaxşılığa meyl edin
 
 » Sağlamlıq » Psixologiya » Yaxşılığa meyl edin

     
 
Sağlamlıq » Psixologiya: Yaxşılığa meyl edin
 
 
Müəllif: Zeyneb | 21 Mart 2010 | 12907 dəfə oxunub
http://zeka.az/380-yaxedldda-meyl-edin.html
Yaxşılığa meyl edin

     Bu gün problemlərdən yazmayacağam. Bu gün yazılarımı oxuyan oxucularıma sadəcə müraciət  edəcəyəm:

     Müraciətim yaxşılıqla bağlıdır. Sizləri yaxşılıq etməyə dəvət edirəm. Kiçikdən böyüyə hamını... Yaşından, mövqeyindən, vəzifəsindən asılı olmayaraq, hamını bu müraciətimə əməl etməyə dəvət edirəm.

     Bəzən bizə “ yaxşılıq edin ” deyəndə ilk ağlımıza gələn şey – pul və ya maddiyyat  olur. Hətta,  bizim imkanımız yoxdur deyib bir qırağa çəkilirik. Əzizlərim, unutmayaq yaxşılıq tək maddi məsələlərə aid olmur. Bəzən bir gülümsəməyi də yaxşılıq kimi ehsan edə bilərik.

     Allahın Peyğəmbəri (s) buyurub: “ Ömrü yalnız yaxşılıq artırar. Uşaqlarla mehriban olmaq belə yaxşılığa dəlalət edir. ”

     Bəzən bizə pislik edən adama biz də pislik arzulayırıq, hətta biz də ona pislik edirik. Halbuki, Peyğəmbər (s) buyurub: “ Sənə pislik edənə yaxşılıq et. ”

     Bunun bir səbəbi İmam Əli (ə)-n bir hədisində öz əksini tapır. İmam (ə) buyurub: “ Sənin öz düşmən və bədxahlarına yaxşılıq etməyin onlara pislik etməyindən daha təsirlidir və onların islah olmasına səbəb olar ”. Zənnimcə, bu kəlama heç bir şərh, izah verməyə ehtiyac yoxdur.

    Yenə İmam (ə) bir  hədisdə belə buyurur: “ Yaxşılıq etmək sənin işin olsun ki, bu ən yaxşı əkin və ən xeyir gətirən maldır ” və ya “ Yaxşılıq etməklə qəlblər əldə olunar. ”

İndi yazacağım hədislə yazımı bitirmək istəyirəm:

    İmam Sadiq (ə) buyurub: “ Cənnətə ilk daxil olanlar yaxşılıq edənlər olacaq.” Bu hədisi əsas tutaraq gəlin həyatımızı yönəldək və meyarımız da yaxşılıq olsun. Özü də ən yaxşısı, bilirsiniz necə? Kimlərə görə isə yox, sırf Allah xətrinə yaxşılıqlar edək – əlimizlə, dilimizlə, gözümüzlə, ayağımızla və s.

Psixoloq: Zeynalova Zeynəb





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Allah_bendesi (6 Aprel 2010 19:11)



Qrup: İstifadəçi
Tarix: 22.11.2009
winked TEsekkur edirem, Allah razi olsun!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.