Ömür keçir, gün keçir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Ömür keçir, gün keçir
 
 » Din » Əxlaq » Ömür keçir, gün keçir

     
 
Din » Əxlaq: Ömür keçir, gün keçir
 
 
Müəllif: Abdullah | 23 Mart 2010 | 13394 dəfə oxunub
http://zeka.az/381-omur-kecir-gun-kecir.html

                                                 Ömür keçir, gün keçir

    “ Onlar alovların içində fəryad çəkərlər: Ey Allahımız Bizi buradan çıxar ki, gördüyümüz işləri deyil, saleh əməllər edək. Məgər sizi    ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadımmı? "  Fatir ayə 37 

    İnsan dünyaya gəlir, amma nə üçün gəldiyini bir o qədər də anlamır. Əvvəl ata-ana üçün yaşayırsan, sonra həyat yoldaşı, daha sonra isə övladlar üçün. Elə təzəcə istəyirsən ki, dincələsən qocalıq qarı başına yağır. Bəzən də vaxtından əvvəl ömür qapımız döyülür və kimsənin şübhəsi olmadan, qədrini bilmədiyimiz günlərə əlvida deyib, yeni bir aləmə köç edirik. Bu gün insanlar arasında təəccüblü olan budur ki, əksər insanlar bunu başa düşür , amma nəticə çıxartmadan ömürlərini Allah yolunda sərf etmək əvəzinə, buraxıb gedəcəkləri fani dünya uğrunda məhv edirlər. İnsan yemək-içməyinin, mal-dövlətinin, geyiminin və sərvətinin azaldığını, tükəndiyini gördükdə fikir edir. Amma ömrünün azalmasını, cisminin hər an taqətdən düşüb qocalmasını görmür və narahat da olmur. Hər axşam evimizdə divara vurduğumuz təqvimdən, bir vərəq qırır və ya çeviririk. Əslində biz ömrümüzdən bir gün çevirib keçən günlə vidalaşırıq. Qolumuza taxdığımız saatın gedən saniyələri əslində saniyə yox, ömrümüzün anlarıdır ki, bir daha o anları istəsək də geri qaytaran deyilik. Yer üzünün övliyası da, alimi və nadanı da, zalımı və məzlumu da, hətta heyvanlar da zamanın bu axınını durdurmaq gücünə malik deyillər. Vaxtımız, zamanımız çox sürətlə azalmağa doğru gedir, sərmayə bitir, ömür tükənir, amma insanlar hər şeyi unudub nəyinsə axtarışındadırlar.

     Əli (ə. s) buyurur : “ Nə tez ötür günün saatları, nə tez keçir ayın günləri, nə qədər tez sovuşur ilin ayları və nə qədər tez ötür ömrün illəri?! ”  Nəhcul-Bəlagə, xütbə 188.

Bütün bunlara diqqət etmək və əldən gedən dəqiqələr üçün götür-qoy etmək lazımdır. İnsan ömür sərmayəsini xeyirləmi yoxsa şərləmi, haqlı və ya haqsız, savabla yoxsa günahla olduğunu nəzərdən keçirməlidir. Ümumiyyətlə, hansı istiqamətdə və hansı hədəflə ömrümüzün keçib getdiyini hesablamağımız lazımdır. Elə insanlarla qarşılaşırıq, görürük və şahidi oluruq ki, yaşı qırxı aşıb əlliyə çatıb, bəziləri 60-70 il ömür sürüb amma hələ həyatının bir hesabını etməyib, hələ bu yaşa gələnə qədər nə etdim, nələr gördüm, Allah və Quran, Peyğəmbər və imam yolunda vəzifəmi necə icra etdim? Axirət və hesab günü üçün nə tədarük gördüm deyə, oturub 5 dəqiqə hələ düşünməyib. Allahın Peyğəmbəri (s) buyurur: “ Öz ömrünə qarşı dinar dirhəmdən daha xəsis ol ”. Məkarimul-əxlaq c 2, səh 346. İnsan hazırdakı vaxtının qədrini  bilməlidir, peşman olmamış və ölüb əfsus ki, Allahın işində səhlənkarlıq etdim deməmiş vaxtını qənimət bilib, ömrünü Allaha sərf etməlidir. Ömrünü Allaha sərf edən şəxsin həyatda hər şeyi var. Amma Allahı itirən kəs nəyi axtarır həyatda? Necə ki, İmam Hüseyn (ə. s) 13 əsr bundan öncə bu gözəl kəlməni bizlərə əmanət qoyub şəhadətə çatmışdır:

    “ İlahi pərvərdigara! Səni axtarıb tapan bir kimsə nəyi itirmiş olur həyatda?!  Səni itirən bir kimsə nəyi tapar həyatda?! “

                                 Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: natiq (23 Mart 2010 12:06)



Qrup: Qonaq
Tarix: --
Gözəl mövzudur Məqaləyə görə təşəkkür.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.