Azərbaycan əhalisi əqrəb geni vurulmuş kartof yeyir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan əhalisi əqrəb geni vurulmuş kartof yeyir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan əhalisi əqrəb geni vurulmuş kartof yeyir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan əhalisi əqrəb geni vurulmuş kartof yeyir
 
 
Müəllif: Carchi | 23 Mart 2010 | 12509 dəfə oxunub
http://zeka.az/386-azjrbaycan-jhalisi-jqrjb-geni-vurulmue-kartof-kambala-geni-vurulmue-pomidor-insan-geni-vurulmue-dgyg-yeyir.html

Azərbaycan əhalisi əqrəb geni vurulmuş kartof, kambala geni vurulmuş pomidor, insan geni vurulmuş düyü yeyir

  Son günlər Azərbaycanda Geni Dəyişdirilmiş Məhsullarla (GMO) bağlı polemikalar artıb. Sadə Azərbaycan vətəndaşı üçün nə qədər anlaşılmaz olsa da, bizi gözləyən təhlükənin nə qədər böyük olduğu faktdır. Əgər bazarlardan, mağazalardan alıb yediyimiz, övladlarımıza yedirdiyimiz məhsulların tərkibinin nədən ibarət olduğunu bilmiriksə, deməli, doğrudan da laboratoriyalarda üzərilərində eksperiment aparılan sınaq siçovulları rolundayıq.

                                                          GMO nədir? 

    Geni Modifikasiya Olunmuş (dəyişdirilmiş) orqanizm (GMO) müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin genlərinin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu orqanizmlərin əldə edilməsi zamanı heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. GMO-nun yaradılması üzərində ilk eksperimentlər XX əsrin 70-ci illərində başlayıb. 1992-ci ildə  Çində pestisidlərə dözümlü olan tütün becərilməyə başlanıb. 1994-cü ildə isə ABŞ-da daşınmalara dözümlü olan GMO pomidorlar peyda olub. Həmin dövrdən GMO bütün dünyada daha sürətlə irəliləməyə başlayıb. Artıq 15 ildən çoxdur ki, milyonlarla istehlakçı istər heyvan və quş, istərsə də bitki mənşəli genetik modifikasiyalaşdırılmış məhsullardan istifadə edir. GMO istehsalının zərərli təsiri ilə bağlı ilk elmi nəticə isə ingilis alim Arpad Puştaiyə məxsusdur. Onun sınaq siçovullarına bir müddət genetik modifikasiyalaşdırılmış məhsul yedizdirməsi nəticəsində bu heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb, mədə və qara ciyərin ölçüləri kiçilərək funksiyaları zəifləyib, ümumi çəkisi və beynin çəkisi azalıb, balalarının ölüm faizi artıb, həm analarda, həm də balalarda aqressivlik yüksəlib, hətta onlar bir-birini yeməyə başlayıblar. Siçovullar öz morfologiya və biokimyalarına görə insana çox oxşar olduğundan laboratoriya sınaqları zamanı məhz bu heyvanlardan istifadə olunur. Puştainin həmin bəyanatının doğurduğu etirazlar səbəbindən o, çalışdığı Rouet elmi-tədqiqat institutundan kənarlaşdırılıb. Lakin maraqlıdır ki, Puştainin həmkarı Stenli Yuen onun eksperimentlərinin nəticələrini yoxlayıb və düzgünlüyünü təsdiq edib. Braziliya Elm və Texnika Nazirliyinin komissiyası isə Şimali Amerika şirkəti “ Monsanto ”-ya ölkənin cənubunda becərdikləri soya və qarğıdalı bitkilərini məhv etməyi tövsiyə edib. Belə ki, komissiyanın gəldiyi nəticəyə görə, transgen mənşəli qida məhsullarının insan orqanizminə mənfi təsirlər göstərməyəcəyinə və qarşısıalınmaz mutasiyalara gətirməyəcəyinə tam əminlik yoxdur. Artıq sözügedən problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınmaqdadır. Yaponiya, Avstraliya, Yeni Zelandiya, Çin və bir çox inkişaf etməkdə olan dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişiklərə gətirməsi səbəbindən GMO idxalını ümumiyyətlə qadağan edib. regionmedia.net





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.