Balıqlar haqqında maraqlı məlumatlar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Balıqlar haqqında maraqlı məlumatlar
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Balıqlar haqqında maraqlı məlumatlar

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Balıqlar haqqında maraqlı məlumatlar
 
 
Müəllif: Zaur | 24 Mart 2010 | 49466 dəfə oxunub
http://zeka.az/388-baldqlar-haqqdnda-maraqld-mjlumatlar.html

Balıqlar haqqında maraqlı məlumatlar

O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.  (Nəhl surəsi, ayə 14)   

1)   Ən böyük dəniz balığı

Bir balinanın uzunluğu təxminən 15 metrdir. Balina köpəkbalığının uzunluğu isə 12 metrdir.

2)  Ən kiçik balıq

Filippin adalarında yaşayan bir qaya balığı 1 sm boyundadır.

3)  Ən çox yaşayan balıq

Qaradənizdə yaşayan Mersinmorinaların 120 ilə qədər yaşadığı görülmüşdür. Bu balıqların ağırlıqları bir tondan çoxdur.

4)  Ən az yaşayan balıq

Afrika və Cənubi Amerika çaylarında ən çox bir il yaşayan 26 cins balıq vardır. Yağışlı mövsüm sonunda çaylar quruduğu zaman ölərlər. Ölmədən əvvəl, quraqlığa dayanıqlı yumurtalarını yumurtlayarlar. Yağışlı mövsüm başladığı zaman yumurtalardan balalar çıxar. Bu balıqlar bir ildən daha az yaşayarlar.

5)   Ən sürətli balıq

Yelkən balığının saatda 68 mil (109 km) sürətlə üzdüyü bilinməkdədir.

6)  Ən zəhərli balıq

Hind Okeanında və Böyük Okeanda yaşayan taşbalıkları ən zəhərli balıqlardır. Son dərəcə acılıq verən zəhərləri altı saat içində ölümə səbəb olar. Lakin bütün soxmalar öldürücü deyil.

7)  Ən çox gərginliyi olan balıq

Elektrikli ilanbalığında 550 voltluq elektrik vardır.

8)  Ən yüksəyə sıçrayan balıq

Bir Tarponun 5 m yüksəyə sıçradığı və 9 m yay etdiyi bilinməkdədir.

9)  Ən bəzəkli balıq

Ən bəzəkli balıq hind toyuğu balığıdır.

10) Ən çirkin balıq

Ən çirkin balığın Taşbalığı olduğu deyilir.

11)  Ən böyük balıq sürüsü

Siyənək balığı sürüsündə 300 milyon balıq tapmaq olar.

12) Ən uzun adlı balıq adı?

Çütrə balığı Havayda humuhumunukunuku-apuaa adıyla tanınır.

13) Balıq yağışı nədir?

Qasırğa və xortumlarla dənizdən daşınan balıqlar, səmadan yağış kimi yağarlar. Bu vəziyyətə balıq yağışı deyilir. 1806- cı ildə Almaniyanın Əssən şəhərində böyük bir dolu dənəsi tapıldı. Dolunun içində 4 sm  uzunluğunda bir Sazan vardı. 2,7 kq. ağırlığında bir başqa balıq göydən Hindistandakı Jelapura düşdü.

14) Kılıçbalığını tanıyırsınızmı?

Bir kılıçbalığı “ qılıncının ” mis zirehi 10 sm lövhəni, 30 sm ağ palıd taxta-şalbanını, 65 sm sərt palıdı deşib keçdiyini bildirirlər.

15) Qarmaqla tutulan ən böyük balıq

1959-cu ildə Cənubi Avstraliya açıqlarında 1.208 kq ağırlığında bir böyük ağ köpəkbalığı tutuldu.

16) Köpəkbalıqlarında neçə dənə qəlsəmə tapılar?

Hər nə qədər köpəkbalıqlarında beş dənə qəlsəmə yarığı varsa da bəzilərində altı qəlsəmə yarığı tapılar. Yeddi qəlsəmə yarıqlı köpəkbalıqları da vardır.

17) Qəlsəmə nədir?

Balıqların tənəffüs orqanıdır. Qəlsəmələrdəki incə dəri təbəqəsinin altında qan damarları vardır. Qan ətrafındakı sudan oksigen götürür, artıq olan karbon 4 oksidi çölə verir.

18) Balıqlar suda necə hərəkət edir?

Sandıkbalığı və Dənizatlarını çıxmaq şərti ilə bütün balıqlar bədənlərini və quyruqlarını yelləyərək üzürlər. Balığın bu hərəkəti, ilanın qurudakı hərəkətinə bənzəyir. Onun üçün buna ilanvari hərəkət deyilir. İlan yerdə hərəkət edərkən bədəninin fərqli qisimlərini yelləyir, üzərindəki kiçik çıxıntıları basdıraraq bədənini önə itələyir. Balıqlar da bədənini qıvırarkən suyu basdırar və beləcə özünü önə aparar...

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.