Bizi qoruyan kimlər və nələrdir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Bizi qoruyan kimlər və nələrdir?
 
 » Din » Əxlaq » Bizi qoruyan kimlər və nələrdir?

     
 
Din » Əxlaq: Bizi qoruyan kimlər və nələrdir?
 
 
Müəllif: SHAFIYEV | 11 Aprel 2010 | 12669 dəfə oxunub
http://zeka.az/390-bizi-qoruyan-kimljr-vj-njljrdir.html

http://img03.blogcu.com/images/e/m/u/emuca/kuran_1257795518.jpg


DOĞRU YOLDAN AZMAĞIN KÖKLƏRİ

 

Bəzi əxlaq alimlərinin dediyinə görə, doğru yoldan azmağın səbəbi üç şeydədir:


1. Şəhvət qüvvəsi;
2. Qəzəb qüvvəsi;
3. Xəyal və vəhm qüvvəsi.

 

Əgər birincinin qarşısı alınmasa ismətsizliyə, abırsızlığa və pozğunluğa səbəb olacaq. Əgər ikincinin qarşısı alınmasa yersiz əsəbləşməyə, dava-dalaşlara və fitnələrə səbəb olacaq. Üçüncüsünün qarşısı alınmasa, təkəbbürə, zülmə və haqsızlığa səbəb olacaq. İstər kişi, istər qadın olsun, insan gərək məsuliyyət hissiylə, təqva və öhdəsinə almaqla bu qüvvələri nəzarətə götürüb onlardan islah və təkamül üçün bir vasitə kimi istifadə etsin.

 

BİZİM PUSQUMUZDA DAYANMIŞ SƏKKİZ GÖZƏTÇİ

 

Məsuliyyət hiss etməyimiz üçün Quran ayələrinə və məsumlardan nəql olunan hədislərə nəzər salaq. Mütəal Allah tərəfindən hər gün bizə səkkiz gözətçi nəzarət edir. Bu gözətçilər bizi əhatə edib pis və yaxşı hərəkətimizi, sözümüzü yazırlar, yaxud onları saxlayırlar. Nəzarətçilər bunlardan ibarətdir:

 

1- Məkan;

 

“Zilzal” surəsinin 4-cü ayəsində buyurulur: “Qiyamət günü yer öz hekayəsini söyləyəcəkdir”.

 

2-Zaman;

 

İmam Əli (ə) buyurur: “Günlər hər gün deyər: Mən təzə günəm. Məndə etdiyin hər bir əmələ şahidəm”.

 

3-Dil;

 

Qur`anda “Nur” surəsi, 24-cü ayədə buyurulur: “Qiyamət günü insanların dilləri (onlar qazandıqları günahlarını dandıqda) etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər”.

 

4-Bədən üzvləri;

 

“Yasin” surəsinin 65-ci ayəsində buyurulur: “Bu gün onların ağızlarını möhürləyərik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər”.

 

5-İki mələk;

 

Quranda “İnfitar” surəsinin 10-cu ayəsində buyurulur: “Şübhəsiz, sizin üstünüzdə gözətçi mələklər vardır”.

 

6-Əməl kitabı;

 

“Casiyə” surəsinin 29-cu ayəsində buyurulur: “Bu, bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizinlə haqqı danışar. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!”

 

7-Peyğəmbərlər və imamlar (ə);

 

“Nisa” surəsinin 41-ci ayəsində buyurulur: “Hər ümmətdən (peyğəmbərini) əməllərinə şahid gətirəcəyimiz və səni (Peyğəmbəri) də onlara şahid təyin edəcəyimiz zaman halları nə cür olacaq?”

 

8-Rəhman Allah;

 

Hər şeydən öncə bizim hamımız Allahın hüzurundayıq və O bizim əməllərimizə şahiddir.

P.S SƏKKİZ GÖZƏTÇİDƏN ƏN YAXIN DOSTUNUZ HANSIDIR?





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.