Mars və Yupiter » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Mars və Yupiter
 
 » Din » Əqidə » Mars və Yupiter

     
 
Din » Əqidə: Mars və Yupiter
 
 
Müəllif: Zaur | 25 Mart 2010 | 13102 dəfə oxunub
http://zeka.az/391-mars-vj-yupiter.html

                                                        Mars və Yupiter

     Bu əsrdə Şərq və Qərb alimlərinin ən çox diqqətini özünə çəkən və sirlərinin  kəşf olunması yolunda onları ən çox çaşdıran da Mars planetidir. Alimlərin Marsa bu qədər diqqət göstərmələrinin əsas səbəbi – həyat və yaşayış üçün lazım olan şəraitin  Yer kürəsindən sonra başqa planetlərdən daha çox Marsda mövcud olmasıdır. Bu üzdən onun fotoşəkilləri çəkilmiş və orada bitkilərin, digər canlı varlıqların mövcud ola bilməsi məsələsi konkret bir məsələ kimi özünü göstərmişdir.

     Marsın Günəşlə məsafəsi 228 miyon kilometrdir və o, 677 gün müddətində, saniyədə 24 kilometr sürətlə Günəşin ətrafinda tam bir dövr edir.

    Mars Yerin kiçik qardaşıdır: Marsın gecə və gündüzü eynilə Yerin gecə və gündüzü kimidir, yalnız kiçik bir fərq var – Yer 24 saat öz oxu ətrafında dövr etdiyi halda, Mars 24 saat 37 dəqiqə müddətində öz oxu ətrafında fırlanır. Marsda da Yer kürəsində olduğu kimi dörd fəsil vardır, lakin onun fəsillərinin müddəti Yer kürəsinin fəsillərindən iki dəfə uzundur.

    Mars Yerin Günəşdən aldığı işıq və istiliyin yarısını Günəşdən alır və buna görə də bu planetin havası Yerin havasından soyuqdur. Yayda onun ən çox istiliyi 27 C (dərəcəni) keçmir. Qışda isə sıfır altında 58 C (dərəcəyə) çatır.    

                                                     Yupiter (Müştəri)

   Yupiter Günəş sisteminin ən böyük planeti olub, Marsın orbitindən kənarda, təqribən dairə şəkilli bir orbitdə və 741 milyon kilometr məsafədə yerləşmişdir.  Yupiterin  kütləsi Yerin kütləsindən 300 dəfə böyükdür və onun  nahiyəsi 148 min kilometrdir, yəni 11 Yer nahiyəsinə bərabər olub, səthi isə 150 bərabər Yer səthindən böyükdür. Yupiter 11 il 35 gün müddətində və saniyədə 13 kilometr sürətlə Günəşin ətrafında dövr edir. Onun öz oxu ətrafındakı hərəkəti 9 saat 55 dəqiqə 41 saniyə müddətində baş verir                                                             

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.