Qoy gedim » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Qoy gedim
 
 » İstirahət » Poeziya » Qoy gedim

     
 
İstirahət » Poeziya: Qoy gedim
 
 
Müəllif: Abdullah | 27 Mart 2010 | 12577 dəfə oxunub
http://zeka.az/394-qoy-gedim.html

            Qoy gedim.

Açın bu qəfəsi, ruhum darıxdı,

Göy üzü eyləyir işarət gedim.

Buludlar qaralıb, şimşək də çaxdı,

Nə qədər qopmayıb qiyamət gedim.


Hələ nəfsim diri, döyün dirimi?

Oyun gözlərimi, soyun dərimi!

Lap sizə göstərim boyun yerimi,

Vurun ki, Rəbbimə səlamət gedim.


Qoymayın baş-başa bu dillə məni,

Bu qulaq, bu ayaq, bu əllə məni.

Siz qoyun bu qəlblə, könüllə məni,

Eyləyim ürəkdən şəhadət gedim.


Aparın ruhumu bədənsiz qalsın,

Mənsiz danışanlar qoy mənsiz qalsın.

Dünya vətəndisə Vətənsiz qalsın,

Qəribəm, qoy üzü axirət gedim.


Onsuzda gedəcəm, bu qədər, yazı,

Bu ruhum yerdən çox göyə tamarzı.

Ömür dedikləri-bir sübh namazı,

Nə qədər bitməyib son rükət gedim.


                                   Altay Cəmil





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: Parviz Amirov (28 Mart 2010 21:32)



Qrup: Qonaq
Tarix: --
ALLAH RAZI OLSUN,QARDASH!
UCA YARADANDAN SIZE VE YAXINLARINIZA CAN SAGLIGI,KAMIL IMAN,AXIRET DE ISE AHLI-BEYT(A.S.) SHEFAYETI DILEYIREM.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: seyyid (29 Mart 2010 00:18)



Qrup: Qonaq
Tarix: --
saq ol qardas halaldi

salam
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.