İnkişafın sahələri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » İnkişafın sahələri
 
 » Sağlamlıq » Psixologiya » İnkişafın sahələri

     
 
Sağlamlıq » Psixologiya: İnkişafın sahələri
 
 
Müəllif: Zaur | 31 Mart 2010 | 13291 dəfə oxunub
http://zeka.az/398-dnkieafdn-sahjljri.html

İnkişafın sahələri

      İnsan müxtəlif sahələrə malik və ya çox sahəli bir varlıqdır. Biz yalnız ümumi sahələri xülasə şəklində göstərəcəyik:

      Cisim – hərəkət inkişafı: Psixoloji inkişafa aid bəhsimizdə bədən inkişafının əhəmiyyəti bundan ibarətdir ki, bədənin inkişafı yaddaşın, hisslərin, şəxsiyyətin inkişafı ilə sıx bağlıdır. Çünki idrak inkişafı ilə faydalanan şəxslər bədən inkişafına da kifayət qədər sahib olurlar. Bədəndəki beş hiss üzvünün sağlam olmasının ətraf mühit haqqında düzgün məlumat əldə edilməsində birbaşa rolu var. İctimai və ülvi məsələlərdə də bədən üzvlərindən birinin nöqsanlı olması psixoloji sarsıntıya və özünü ictimada təhqir olunmuş hiss etməyə səbəb olur. Cismin inkişafı bütün ümumi sistemlərin - əsəb, linfa və tənasül sistemlərinin inkişafını əhatə edir. Bütün bu sistemlər südəmərlik, uşaqlıq və yeniyetməlik mərhələlərində inkişaf edib öz zirvəsinə çatdıqdan sonra tənəzzülə doğru gedirlər. Bu mərhələlər göstərilənlərdən ibarətdirlər:

     Boy və çəki vəzninin inkişafı – Adətən yeni dünyaya gələn uşağın boyu 50 sm, çəkisi 3,5 kq olur. Yeniyetməlik dövrünü başa vurduqdan sonra boy 160-170 sm, çəki isə 55-60 kq yetişir. Sözsüz ki, bütün yaş dövrlərində inkişafın sürəti eyni olmur. Çünki uşaq dünyaya gəldiyi gündən 6 aylığına qədərki inkişaf sürətilə irəliləsəydi, 10 yaşında onun boyunun uzunluğu 30,5 metrə çatardı. Arada boy və çəkinin tədricən səngiyən inkişaf sürəti yeniyetməlik dövründə yenə artır, hətta elə artır ki, ətrafdakıları heyrətə salır. Maraqlıdır ki, fərdi, cinsi, milli, irsi və sinfi fərqlərin də boy və çəki inkişafına təsiri var. Boy və çəki inkişafının isə xüsusilə, həmyaşıdlar arasında ictimai-psixoloji təsiri olur. Boyun həddindən uzun olması, eynilə həmin həddə psixoloji gərginlik yaradır. Bu çəki ilə əlaqədar məsələlərdə də belədir. Çünki boy, çəki yeniyetmələr arasında xüsusi əhəmiyyit kəsb edir. Oğlanlar nisbətən ucaboy olmağa həvəs göstərirlər, qızlar isə çox ucaboylu olmaqdan və çəkinin artmnasından çəkinirlər. Burada hər ölkənin öz mədəniyyəti də rol oynayır. Məsələn: Bəzi ölkələrin mədəniyyətində ucaboyluluq, bəzilərində bəstəboyluluq və s. daha üstün qiymətləndirilir.  

      Dişlərin inkişafı: Diş kökünün inkişafı rüşeymin üç aylığından başlayır, lakin dişlərin çıxması adətən 7 aylıqdan başlayır. Uşağın 1 yaşı tamam olduqda 6 dişi, 2 yaş -2 yaş 6 aylığında isə 20 süd dişi artıq çıxmış olur. Süd dişləri müvəqqəti olsalar da daimi dişlərin möhkəm yerləşməsində təsir qoyurlar. 6 yaşdan sonra daimi dişlər tədricən çıxmağa başlayırlar. 17-30 yaş arasında artıq tam şəkildə çıxmış olurlar (ən çox 32 diş çıxır).

        Əsəb sisteminin inkişafı: Uşağın inkişaf etməsində əsəb sistemi bariz rola malikdir. Xüsusilə də onun hərəkətlərindəki inkişaf əsəb sistemi ilə sıx əlaqədardır. Bundan əlavə, əsəb-beyin sisteminin inkişafı ilə psixoloji inkişaf arasındakı bağlılıq digər bədən sahələri ilə olan bağlılıqdan daha çoxdur. Dünyaya yeni göz açan hər körpənin 10-100 milyarda qədər əsəb hüceyrəsi olur və bu say ömrün sonunadək sabit qalıb artmır.

      Hərəkətin inkişafı da çox mühümdür. Uşaq və ya yeniyetmənin ətrafındakılar onun hərəkətliliyinə qarşı çıxmamağa çalışmalıdırlar ki, ondakı digər cəhətləri də bu hərəkətliliyin sayəsində inişaf etdirə bilsinlər.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!  





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (9 Avqust 2010 10:35)



Qrup: Qonaq
Tarix: --
süd dişi ilə bağlı bu məlumatı uşaq vaxtı bilsəydim onları qoruyardım
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: hacer (21 Sentyabr 2010 11:19)



Qrup: Qonaq
Tarix: --
Uşagın gözel ve edepli,terbiyeli,axılı formalaşması üçünde en gözel sebeplerinden biride ele dinimizzinde uygun gördüğü hamilelik programıdır.(tecrube etdim)
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 2
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.