1 Aprel - Yalan olan həqiqət » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Hikmətli sözlər » 1 Aprel - Yalan olan həqiqət
 
 » Elm və mədəniyyət » Hikmətli sözlər » 1 Aprel - Yalan olan həqiqət

     
 
Elm və mədəniyyət » Hikmətli sözlər: 1 Aprel - Yalan olan həqiqət
 
 
Müəllif: Abdullah | 1 Aprel 2010 | 14211 dəfə oxunub
http://zeka.az/403-1aprel-yalan-olan-hjqiqjt.html

1Aprel - Yalan olan həqiqət.

1 Aprel insanların bir-birlərini aldatması yalandan olsa da, lakin bu bir həqiqətdir. Amma batil bir həqiqət. 31 Martda səhər yerindən durub televiziya və mətbuatda axşama qədər göstərilən soyqırımdan ibrət götürüb düşmənlərimizi tanımaq və onlara qarşı tədbirli olmaq, axşam yatana qədər haqsız yerə öldürülmüş soydaşlarımızın qətlini düşünmək əvəzinə, gecə yerlərinə girərkən, səhər kimi aldadacağı haqda düşünür və sabahkı gününü yalanla başlayır. Axşama qədər bir neçə nəfəri aldadır, nəhayət ömrünün bir gününü də yalanla başa vurur vəssalam. Bu da Soyumuza qarşı törədilən qətllərə, bir çox insanların bir gün belə keçməmiş münasibəti. Yaxud da bəzilərinin dediyi kimi, 1apreli gülüş günüdür, kəliməsini qəbul etsək, heç bu da yuxarıda dediyimiz fikirlə uyğun gəlmir. Bu qərbin bizlərə təlqin etdiyi məntiqsiz anlayışdır. Hansı günümüzə gülək axı? keçmişimizə qarşı törədilən soy qırıma, yoxsa, hal hazırda əldən verdiyimiz 20 faiz torpaqlarımıza? Əgər başımıza gələcək bəlalardan xəbərsiz oldugumuz gələcəyimizə gülürüksə, unutmayaq ki, Allah-Taala gələcəyinə arxayın olub gülən çox insanları, millətləri, qəbilə və şəhərləri bir gecənin içində məhv edib adlarını tarixin səhifələrindən silmişdir ki, bu gün onlardan heç əsər əlamət də yoxdur, kimsə də onlardan heç danışmır. Bu qədər cətinliyi olan, ata babalarının at oynatdığı torpaqlarını əldən verən, öz mədəniyyətini, dinini, mənəviyyatını və millətini qərbin puç, sonu əzabla qurtaran mənəviyyatına qurban verən insanların bir-birlərini aldatmasına, gülməsinə mənim ağlamağım gəlir. Çox maraqlıdır, görəsən qərbdə yaşayan insanlar da bizim bayramlarımızı və ya əlamətdar günlərimizi qeyd edirlərmi? Görəsən bizim tarix boyu çəkdiyimiz əzab-əziyyətlər onlara maraqlıdırmı? Qərb ölkələri ilə əməkdaşlıq etmək biz insanlar ücün müsbət bir cəhətdir amma, bu o demək deyil ki, onların mintalitetlərini də götürməliyik. Əgər Çinə nəzər salsaq görərik ki, Çin uzun illər Qərbdə yaşadı amma nə dinini, nə bayramlarını, nə də mənəviyyatını dəyişmədi. Əksinə Qərbin texnologiyyasını alıb apardı və bu gün düzəltdiyi saatıyla bütün dünyanın qolundan tutub. Aldığımız əşyaların hər birinin üstündə və ya arxasında MADE İN CHİNA kəliməsi yazılıb. Bizlərsə hiss etmədən günü-gündən özgələşir və yadlaşırıq. Səbəbi də budur ki, kimisi qərb meyilli, kimisi də şərq meyilli həyat yaşayır. Dindən, əxlaqdan, mədəniyyətdən və mənəvi dəyərlərdən uzaq düşməyimiz, axirəti belə bizlərə unutdurub. İnsanlarımıza nəzər saldıqda görürük ki, cisimləri yaşadıqları məkanda, amma xəyalları, düşüncə və ruhları uzaq məkanlarda pərvaz edir. Belə düşüncələrə qərq olan insanların 1 Apreldə bir-birlərini aldatması və bir-birlərinə gülməsi həm labüd,həm də həqiqətdə dəhşətdir. Bir insanın bir insana gülməsinin və yaxud yalan deməsinin səbəbi, Allahı lazımınca tanımaması, Ondan qorxub çəkinməməsidir. Hər an Allahın onu gördüyünü. Hər an onu eşitdiyini, hətta bu məqaləni oxuyarkən ağlından nələr keçirtdiyini bildiyini anlayan insan, heç bir vaxt yalan deməz, kiməsə gülməz. Nə ki, İslam dinində, hətta batil və dəyişmiş dinlərdə də yalan və başqasına gülmək bəyənilməyən bir əməldir. İmam Səccad (ə) öz övladlarına buyurardı:

“Yalanın kiçikliyindən və böyüklüyündən, ciddi və ya zarafatla deyilənindən çəkinin. Çünkü insan xırda yalanlar danışsa, böyük yalanlar söyləməyə də cəsarətlənər.” Biharul-ənvar c. 72, səh. 235, hədis 2.

Gəlin bircə gün ayıraq aşkarda yalan demək əvəzinə, gizlində Allaha doğrunu etiraf edək, insanlara gülmək əvəzinə Allah qarşısında özümüzə ağlayaq. Bəlkə o zaman düzəldik, torpaqlarımız da bəlkə qayıtdı. Əgər bunun da bir faydası olmasa onda bunu bilək ki, biz itirdiyimizi çoxdan itirmişik, əldən verdiyimiz təkcə torpaqlarımız deyil, məhz o torpaqları əldən verən bizim mənəviyyatımızdır. Mənəviyyatı itən millətə yerlər də, göylər də, Allahın Mələkləri də gülərlər. Əgər bu gün biz bir-birimizi aldadılırıqsa o zaman başqa millətlər tərəfindən də daim aldadılacaq, başqalarının gülüncünə cevriləcək və Qiyamət günündə bu gülüş və yalan olan, qeyri həqiqətlərdən ötrü ağlayacağıq. Belə isə yazığlar olsun bizə... 

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Səyavuş Xəlilov (3 Aprel 2010 15:01)



Qrup: Qonaq
Tarix: --
Təşəkkür edirəm. Çox gözəl bir mətləbə toxunmusunuz. Tədqiqatçılar sübut etmişlər ki, əgər insan eyni yalanı 3 dəfə danışırsa 4-cü dəfə o yalanın doğru olduğuna artıq özü inanır.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.