“Azərbaycan xalqının faciəvi tarixi səhifələri” adlı konfrans » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » “Azərbaycan xalqının faciəvi tarixi səhifələri” adlı konfrans
 
 » Xəbərlər » Həftə içi xəbərlər » “Azərbaycan xalqının faciəvi tarixi səhifələri” adlı konfrans

     
 
Xəbərlər » Həftə içi xəbərlər: “Azərbaycan xalqının faciəvi tarixi səhifələri” adlı konfrans
 
 
Müəllif: Zaur | 2 Aprel 2010 | 12359 dəfə oxunub
http://zeka.az/405-vazjrbaycan-xalqdndn-facijvi-tarixi-sjhifjljriv-mgvzusunda-konfrans-sjrgi-kegirildi.html

Azərbaycan xalqının faciəvi tarixi səhifələri” mövzusunda konfrans-sərgi keçirildi

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycan xalqının faciəvi tarixi səhifələri” mövzusunda konfrans-sərgi keçirildi.

Sərgidə erməni terrorçuları tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlardan, soyqırım və təcavüz siyasətindən bəhs edən 300-ə yaxın ədəbiyyat nümayiş etdirilirdi.

Bir neçə bölmədən ibarət olan sərgidə N.Nərimanovun “Məktublar və Qarabağ məsələsinə dair sənədlər”, T.Köçərlinin “Qarabağ: yalan və həqiqət”, M.M.Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası”, M.S.Ordubadinin “Qanlı illər”, V.Arzumanlının “1918-ci il qırğınları”, C.Qasımovun “Repressiyadan deportasiyaya doğru”, İ.Vəliyevin “Didərginlər”, R.Novruzlunun “Карабах: «черный рынок для международного терроризма»” əsərləri xüsusilə diqqəti cəlb edirdi.

Qeyd edək ki, sərgidə Azərbaycan, rus, şərq və Avropa dillərində nümayiş etdirilən ədəbiyyatlar eyni zamanda kitabxananın web-səhifəsinə yerləşdirilib.

www.science.gov.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.