Facebook tələsi - Diqqət, sizi izləyirlər! » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Facebook tələsi - Diqqət, sizi izləyirlər!
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Facebook tələsi - Diqqət, sizi izləyirlər!

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Facebook tələsi - Diqqət, sizi izləyirlər!
 
 
Müəllif: Carchi | 3 Aprel 2010 | 12334 dəfə oxunub
http://zeka.az/409-facebook-tjljsi-diqqjt-sizi-izljyirljr.html

Vaxt gələr, Facebookda yazılanlar əleyhinizə istifadə edilə bilər. Ona görə də satatuslarınızda diqqətli olun!

Facebook-u tanımayan tapılmaz. Bu gün demək olar ki, bütün vərdişlərimiz içində Facebook birinci yeri tutur. Gündəlik həyatımızda rast gəldiyimiz hər şeyi profilimizə yazırıq, bəzən qəzəbli, bəzən yumşaq, bəzən də təhqir edici şəkildə.

Təsadüfi deyil ki, Facebookdan geniş şəkildə istifadə bəzi iş yerlərində qadağalara səbəb olur. Elə düşünməyin ki, yazdığınız hər şey sadəcə Facebook-da qalır. Facebook statuslarınız həm də  gələcək iş həyatınızda və ya ictimai məşğuliyyətinizdə köməyinizə gələ bilər. Sizi  hamı izləyə bilər. Tanışlarınızdan tutmuş, məşhurlara kimi.

400 milyon insanı birləşdirən sosial şəbəkə

Facebook sosial şəbəkəsini Harvard Universitetinin tələbəsi 2004-cü ilin 4 fevralında yaratmışdır. Mark Zükerberq şəbəkədən əvvəlcə Harvard Universitetinin tələbələri ilə ünsiyyət saxlamaq üçün istifadə edir. Sonra digər universitetlər də şəbəkəyə qoşulmağa başlayırlar. Beləliklə, Facebook bütün dünyanı cənginə alan məşhur sosial şəbəkəyə çevrilir. 2010-cu ilin 5 fevralına olan   statistikaya  görə, indiyədək Facebookdan  400 milyon insan qeydiyyatdan keçib.

2006-cı ildən  Facebookda qeydiyyatdan keçən azərbaycanlıların sayı artmağa başlayır. Hazırda  demək olar ki, gənclərin əksəriyyəti bu şəbəkənin üstünlüklərindən faydalanır. Əvvəllər Facebookdan sadəcə ünsiyyət vasitəsi kimi istifadə edirdilər. İndi isə Facebook həm də insanların özlərini, yaradıcılıqlarını və ictimai fəaliyyətlərini reklam edən sosil şəbəkəyə çevrilib.

Azərbaycanda Facebookdan nə üçün istifadə edirlər?

Azərbaycan gəncləri arasında apardığımız sorğunun nəticələrinə görə, gənclər Facebookdan sırf informasiya toplamaq üçün yararlanırlar. İstifadə meyarları gənclərin təhsil səviyyəsinə görə də dəyişir. Məsələn, bəziləri boş vaxtlarını keçirmək üçün, qızlarla tanışlıq,  yeni simalarla ünsiyyət saxlamaq, dostları ilə dərdləşmək, insanları bilgiləndirmək, fikir mübadiləsi aparmaq üçün Facebooka üz tutur.

Sonda, unutmayın ki, heç nə ötəri deyil. Facebookda yazılanların hamısı vaxt gələr əleyhinizə istifadə edilə bilər. Ona görə də hər satatus yazanda diqqətli olun.

Milli.Az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.