Paxılları qonaq getməklə tanıyın » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Paxılları qonaq getməklə tanıyın
 
 » İstirahət » Lətifələr » Paxılları qonaq getməklə tanıyın

     
 
İstirahət » Lətifələr: Paxılları qonaq getməklə tanıyın
 
 
Müəllif: Muslim | 21 Avqust 2009 | 12960 dəfə oxunub
http://zeka.az/41-pax305llar305-qonaq-getm601kl601-tan305y305n.html
alt


Əziz oxucularımız! Elə bu dəfə də sizə Bəhlul Danəndənin gözəl və ibrətamiz hekayələrindən birini təqdim edirik. Bəhlulun hekayələrini silsilə formasında diqqətinizə çatdıracağımıza ümidvarıq.

Bəhlul bəzi vaxtlar varlı və vəzifəli bir adamın yanına gedib bir neçə saat müqabilində durar ona gülüb qayıdardı. Bir gün də yenə onun yanına gəlib bir müddət ona baxaraq gülüb dedi: -Yanınızda yeməyə bir şey var?

Varlı şəxs xidmətçisinə əmr edib dedi: -Bəhlul üçün çörək və zeytun gətir!

Bəhlul çörək və zeytunu yeyəndən sonra gedəndə ona belə xitab edir: -Ey Əmir! Əgər Qurban bayramında xidmətinizə gəlsəm sizdə ət olacaq?

Varlı şəxs özünün belə qonaq qəbul etməsindən xəcalət çəkdi. (Ağıllı Bəhlul kitabından s. 152)

Bildiyimiz kimi müsəlmanların müqəddəs Qurban bayramında hər yerdə qurbanlıq heyvanlar kəsilir və demək olar ki, həmin gün hər evdə (hətta kasıbların evində) ət tapılır. Bəhlul bu sözü deməklə ona bəzən gəlib gülməyinin hikmətini başa salır. Yəni bu qədər var - dövlətin ola-ola paxıllıq edib qonağa boş çörək və zeytun verməklə qarşılayırsan. Belə olsa deyəsən Qurban bayramında da evinizdə ət olmağı sual altındadır.

Doğrudan da paxıl insanları qonaq getməklə tanımaq olar. Bircə gün evində qonaq olsan onu tanımağa kifayət edər. Nəql etdiyimiz hekayədə olduğu kimi nə olsun ki, insan çörək və zeytun ilə də doya bilər, amma varlının imkanı ola-ola kasıbı boş çörək və zeytunla qarşılaması nə varlının öz şəninə uyğundur, nə də “Allah qonağına” belə münasibət bəsləməsi. Həqiqətdə o varlı öz süfrəsini çörək və zeytun ilə yox, paxıllıq ilə bəzəmişdir. Hətta süfrədə çörəkdən çox qonağın qabağına paxıllıq yeməyi qoyulmuşdur.

Bəxşiş və səxavət insana yaraşan gözəl xüsusiyyətlərdəndir. Xüsusilə də  camaat varlılardan səxavətli olmalarının intizarını çəkir. Necə ki, İslam Peyğəmbəri (s.ə) buyurub: “Səxavətli olmaq özü gözəl xüsusiyyətdir, varlılarda isə daha gözəldir.” (Məvaizül-ədədiyyə s.181)

Əgər bir varlı var-dövlətindən kasıblar üçün xərcləmirsə həqiqətdə o, bununla öz özünü alçaldır. Çünki öz şəninə uyğun iş görmür. Hər bir insan gərək bir iş görəndə öz şənini nəzərə alsın. Bizim bəhsimizdə də varlılar qonaq gəldikdə, ya kasıblara əl tutduqda gərək başqa kasıblara əl tutanlardan fərqli olsunlar. Elə buna görədir ki, Allah biz günahkar bəndələri ilə öz kərəmi və geniş rəhməti ilə davranır. Bizim günahlarımnızın və əməllərimizin ölçüsündə bizimlə rəftar etmir. Çünki o böyük rəhmət və mərhəmət sahibidir. Allahın bizlərə bəzən dəyərimizdən artıq ruzi verməsi onun böyük rəhmət və bəxşişindən doğur. Əlbəttə, bu Allah-Taalanın ədalətini pozmur. Çünki Allah-Taalanın rəhmət və bəxşişi o yerdədir ki, başqalarının haqqını tapdalamasın.

Sonda Allahdan arzumuz budur ki, Allah-Taala bizləri paxıl varlılardan yox, səxavətli varlılardan qərar versin!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.