Ha dedim vətəndən sətir yazmayım » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Ha dedim vətəndən sətir yazmayım
 
 » İstirahət » Poeziya » Ha dedim vətəndən sətir yazmayım

     
 
İstirahət » Poeziya: Ha dedim vətəndən sətir yazmayım
 
 
Müəllif: Abdullah | 4 Aprel 2010 | 12461 dəfə oxunub
http://zeka.az/412-ha-dedim-vjtjndjn-sjtir-yazmaydm.html
Ha dedim vətəndən sətir yazmayım


Ha dedim vətəndən sətir yazmayım,

Ürək elə baxdı, göz belə baxdı.

Ha dedim millətə xatir yazmayım,

Qələm belə baxdı, söz belə baxdı.


Vətən də Rəbbimin mülkündə bir mülk,

Millət də ümmətdir, haqqı söyləyim.

Nəsihət eyləsəm özümdən böyük,

Vəsiyyət eyləyim bir yüngülləyim.


Qoyun baş daşımı, ayaq daşımı,

Vətənin ucuna, həm bucağına.

Yığım ayağımı, sıxım başımı,

Sığışım vətənin nəm bucağına.


Xəstəsi ağlasın, həkim ağlasın,

Bu millət ağlayan nəslə möhtacdır.

Eyləyin göyləri təhkim ağlasın,

Düşmənlər qana yox, qüslə möhtacdır


Haram dizə çıxıb, çörək də dizdə

Bu dizi bir bükən, döyən də yoxdur

Nemətdir bu yerin altı-üstü də

Ay Allah, bir doydum deyən də yoxdur.


Kimə ölüm gərək, hərb gərəkdirsə

Daş atıb şeytanı məhv eləsin, məhv

Kökslərdə döyünən qəlb, ürəkdirsə

Bir olan Allahdan əfv diləsin əfv


Ey insan hər səhər təkbirlə durub

Haqq sözlə, əməllə, təfəkkürlə get

Zülmün qabağında zikrlə durub

Küfrün qarşısına sən şükürlə get.


Söylə ey qələmim, ey söz, ey sənət

İlhamsız bülbüldən ötən olurmu?

Muhəmməd deməyən tayfadan millət

Allahsız bir yurddan Vətən olurmu?


                                                                                                Altay Cəmil





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 5
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.