Bir kişinin İmam Əlidən (ona salam olsun) öyrənəcəkləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Bir kişinin İmam Əlidən (ona salam olsun) öyrənəcəkləri
 
 » Elm və mədəniyyət » Dahilər » Bir kişinin İmam Əlidən (ona salam olsun) öyrənəcəkləri

     
 
Elm və mədəniyyət » Dahilər: Bir kişinin İmam Əlidən (ona salam olsun) öyrənəcəkləri
 
 
Müəllif: Mircefer | 5 Aprel 2010 | 12716 dəfə oxunub
http://zeka.az/413-bir-kieinin-dmam-zhlidjn-ona-salam-olsun-gyrjnjcjkljri.html

                    Bir kişinin İmam Əlidən (ona salam olsun) öyrənəcəkləri

   İmam Əli avam deyildi, avamlığı, cəhaləti sevmirdi. Onun bütün səyləri elə insanları cəhalətdən qurtarmaq, xilas etmək üçün idi. İmam Əliyə görə insan nə qəsdən, nə də etinasızlıq üzündən cəhalətdə qalmamalıdır. Onun bütün problemləri insanların cahilliyi üzündən baş verirdi. Buna sübut kimi Siffeyn döyüşünü göstərmək olar. Bu döyüşdə İmam (ə) nizəyə taxılmış Quran yazılarına aldanan cahillərə çox nəsihət etdi. Onların haqq yola gəlməsi üçün çox səy göstərdi, lakin heç bir faydası olmadı. Nəhayət, minlərlə cahil şəxsin işinin nəticəsi o oldu ki, Siffeyn müharibəsi bir il müddətinə uzandı və sonda İmamı (ə) elə həmin cahillərdən biri, yəni xəvaric nümayəndəsi olan ibn Mülcəm qətlə yetirdi. İmam həmişə belə cahil şəxslərin əməllərinə görə əzab çəkirdi. Digər bir döyüşdə  - “ Cəməl ” döyüşündə isə minlərlə cahil və Ayişə, Təlhə, Zübeyr və fitnəkarların hiyləsinə aldanmış başqa səhabələr İmama (ə) qarşı müharibə elan edərək öz cəhalətlərinin qurbanı oldular. Bəzən İmam xütbə oxuyarkən onu dinləyənlərə deyirdi: - Camaat, nə qədər ki, məni itirməyibsiz, hər şeyi soruşun! Mən göyün yollarını yerin yollarından daha yaxşı bilirəm. Bu zaman cahillərin bəzisi məsxərə ilə deyirdi: - Ya Əli, de görüm, mənim saqqalımda nə qədər tük var?

   Onların bu həddə cahilliyi isə İmamı çox narahat edirdi. Cəməl döyüşündə qələbə çaldıqdan sonra İmamın tərəfdarları məğlub tərəfin əsirlərini qənimət kimi götürmək istəyəndə İmam buna etiraz edərək onların cahilcəsinə bu döyüşə gəldiklərini bildirdi. Adlı-sanlı səhabələr yenə təkidlə qənimət tələb edərək dedilər: - Əgər bunlar müsəlman idisə bəs niyə öldürdük? İmam onların cavabında buyurdu: - Yaxşı, əgər dediyinizdə haqsınızsa, onda deyin görüm Peyğəmbərin qadını, möminlər anası Ayişə xanımı qənimət olaraq kim götürəcək? Bunu eşitdikdə hər kəs başını aşağıya dikdi.

 Burdan aydın olur ki, İmam (ə) onları aldanmış və cahil müsəlman hesab edirdi, lakin buna rəğmən İmam (ə) onların (xəvaricin) bir qrupunun qətlə yetirilməsini vacib bilirdi və onların əleyhinə cihad hökmü vermişdi.  

   Deməli, İmamın fikrincə insan avam, cahil və aldanan olamamalıdı. Əgər kimsə avam qalıb bunun nəticəsində qətlə yetirilərsə özünü günahkar görməlidir. Cahil və avam olmaq heç bir halda məqbul deyil.

                                                                   İlahiyyatçı alim Mircəfər Əyyubzadə

 Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.