Qonşular » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Qonşular
 
 » Sağlamlıq » Psixologiya » Qonşular

     
 
Sağlamlıq » Psixologiya: Qonşular
 
 
Müəllif: Zeyneb | 6 Aprel 2010 | 13348 dəfə oxunub
http://zeka.az/414-qoneular.html

Qonşular

Son zamanlar aktual sayılan mövzulardan biri də qonşuluq münasibətidir. Qonşularla bağlı el məsəllərimiz də var:

“ Qonşu - qonşu olsa bağ çəpəri neyləyər ? ”

“ Qonşu – qonşu olsa keçəl qız ərə gedər. ”

Belə məlum olur ki, əvvəllər də qonşularla bağlı problemlər olub. Əvvəlcə xanımlar qonşularla əlaqəni sıxlaşdırır, o qədər ki, hər xırda şeyi qonşu qadınla bölüşür. Get-gəl o qədər olur ki, demək olar ki, ancaq gecə yatanda biri-birindən ayrılırlar. Hər iki qonşunun da əlavə rəfiqələri olduğu üçün söz açıldıqda biri-birlərinin sirlərini başqa yerlərdə (əlavə rəfiqələrinin yanında) danışırlar. Nəticədə söz-söhbət yaranır.

Bəzən illərlə yaxın münasibətdə olan qonşular xırda bir məsələyə görə düşmənə çevrilirlər. Uşaqlar dalaşır, qonşular niyə düşmən olur?! İki qonşunun həyətdə mehribancasına oynayan uşaqları birdən dava edib analarının yanına şikayətə gedirlər. Bu məqamda analar işə qarışır. Uşaq davası üstündə biri-birilərinə olmazın sözlər deyib arada olan qonşuluq pərdəsini götürürlər. Ən gülməlisi də odur ki, dalaşan həmin uşaqlar iki gündən sonra barışıb həyətdə oynayırlar.

Əziz xanımlar! Övladlarınızın münasibətinə bu həddə qarışmayın.

Bəzən isə kişilər evə gəlib qonşu kişi ilə aralarında olan söhbəti xanımlarına danışırlar. Ertəsi gün qadın bu söhbəti başqa qadınların yanında danışdıqda söz yayılır və nəticədə münasibətlər korlanır. Üstəlik İslam nöqteyi-nəzərindən yanaşdıqda görürük ki, son dövrlərdə qonşuluqda  məhrəm-naməhrəm məsələlərinə də fikir verilmir. Yəni bir xanım qonşu kişi ilə səmimiyyət yaradır və bu səbəbdən qonşu kişinin qadını onu öz ərinə qısqanır. Bu qısqanclıq üzündən evdə söz-söhbət yaranır. Əgər qısqanclıq həddini aşarsa bu söz-söhbətlər böyüyür və ailələrin dağılmasına gətirib çıxarır.

Mənim qonşuluq münasibətlərinin əleyhinə olduğumu düşünməyin. Tam əksinə... Səhabələr deyir: “ Peyğəmbərimiz qonşular haqqında o qədər hüquqlar saydı ki, biz elə bildik ölümümüzdən sonra onlar bizdən irs aparacaqlar. ”

Biz bəzən dini məsələləri düzgün tətbiq etmirik. Bir binada yaşadığın halda qonşunu tanımamaq, yaxud qapını bağlayıb qonşudan xəbər tutmamaq düzgün deyil. Hər şey öz həddində olsa gözəldir. Həddini aşan səmimilik bir gün düşmənliyə gətirib çıxarar, hədsiz soyuqluq da bir gün ehtiyac yarandıqda pis nəticə verər.

Ümumiyyətlə, burada verilən məsləhətlər və haqqında danışılan münasibətlər hər bir şəxsdə özünü başqa şəkildə göstərir və eyni şəkildə göstərməsi də mümkün deyil. Çünki hamı tamamilə yaxşı və ya hamı tamamilə pis deyil. Bütün bunları nəzərə alaraq hamıya qonşularla mehriban olmağı diləyirəm.

Psixoloq Zeynəb Zeynalova

Məlumatdan istifadə etdikdə istinad zəruridir!




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.