Elektrik » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Elektrik
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Elektrik

     
   
 
Müəllif: Zaur | 8 Aprel 2010 | 12718 dəfə oxunub
http://zeka.az/416-elektrik.html
Elektrik

Elektrik

    Elektrik bəşəriyyətin ən böyük kəşflərindəndir. Müasir həyat elektriksiz təsəvvür oluna bilməz. Hələ Miladdan altı yüz il öncə qədim Yunanıstanda Miletli Fales adlı bir şəxs kəhrəbanı yun parçaya sürtdükdə onun quş tükünü özünə çəkdiyini müşahidə etmişdi . Bu cazibə statik elektrik gücü hesabına yaranırdı.

    Elektrikin ixtirasını konkret bir dövr və ya şəxslə bağlamaq düzgün olmazdı. İnsanlar uzun zaman müxtəlif təcrübələr yolu ilə elektrik hadisəsini müşahidə etmiş, lakin həyatda ondan istifadə edə bilməmişlər.

    Elektrikə aid ilk təcrübələr müxtəlif zamanlarda aparılmışdır. 1705-ci ildə ingilis alimi Frensis Hoksbi havası çıxarılmış bir şüşəni sürtdükdə içində qığılcım yarandığını müşahidə etmişdi. Bu işığı yaradan elektrik idi. 1729-cu ildə ingilis fiziki Stefan Qrey müxtəlif maddələri uc-uca birləşdirməklə elektrik keçirməni müşahidə etmişdi. O, şüşə borunu yun parça ilə sürtərək aşkar etdi ki, borunun ağzına keçirilmiş mantar da narın pərquları və kağız qırıntılarını çəkir, halbuki mantar sürtünməmişdi. Təcrübələr nəticəsində məlum oldu ki, bəzi maddələr elektrik keçirir, digərləri isə keçirmir.

   Bütün bu müşahidələrə baxmayaraq, insanlar hələ də enerjidən istifadə edə bilmirdi. Bu vəziyyət bostonlu bir parafin istehsalçısının övladı olan Bencamin Franklinə qədər davam etdi. O, elektrik hadisəsini dərindən öyrənməyi qərara aldı. O, 1752-ci ildə ildırım çaxma hadisəsinin elektrik mənşəyini izah etdi. Metal uclu bir çərpələngi göyə uçurmuşdu. Çərpələngin əlində tutduğu ucuna isə ipək parça və bir açar bağlamışdı. Çərpələng buludlara çatanda əlindəki açardan qığılcımlar çıxmışdı. Bu çox təhlükəli bir təcrübə idi. Sonralar başqa bir nəfər də bu təcrübəni aparmış və həlak olmuşdu. Bu təcrübə ilə Franklin buludların elektrik yüklü olduğunu sübut etmişdi. Nəhayət o, ildırım ötürücüsünü ixtira etmiş, bundan əlavə enerjinin saxlanılması qanununu əks etdirən elektrik hadisələrinin nəzəriyyəsini işləyib hazırlamışdı.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 5
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.