İdmandan hədəfimiz nədir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » İdmandan hədəfimiz nədir?
 
 » Sağlamlıq » İdman » İdmandan hədəfimiz nədir?

     
 
Sağlamlıq » İdman: İdmandan hədəfimiz nədir?
 
 
Müəllif: Muslim | 21 Avqust 2009 | 12604 dəfə oxunub
http://zeka.az/42-304dmandan-h601d601fimiz-n601dir.html

alt

Keçən bəhsimizdə idmandan bəzilərinin öz dünya hədəflərinə çatmaq üçün istifadə etdiyindən sönbət açdıq. Bu dəfə də o bəhsimizin davamı olaraq yeni bir nöqtəyə işarə edəcəyik. Fərq bundadır ki, keçən bəhsimizdə idmançının məşhur olduqdan sonra öz məşhurluğundan sui istifadə etdiyini qeyd etdik və belə bir nəticə aldıq ki, hər bir idmançının hədəfi sırf dünya olarsa, bu insanlığın uca kamil hədəfləri ilə uyğun gəlməz, həmçinin bu iş xalqı aldatmaqdan başqa bir şey deyil.

Amma bu dəfə toxunacağımız nöqtə heç də idmançının məşhurluğu ilə bağlı olmayıb, hətta birbaşa idmançının öz şəxsiyyəti ilə də bağlı deyil. Belə ki, idman bəziləri üçün sırf qazanc mənbəyinə çevrilib. Elə bilrik əziz oxucularımız nədən söhbət açdığımızı yaxşı başa düşürlər. Biz dana bilmərik ki, hal-hazırda idmanla həm idmançı olaraq və həm də idmanı himayə edən (sponsor) adı ilə küllü miqdarda pul qazanan var. Bəlkə də sponsorlar idmançıların özündən daha çox qazanırlar.

Əvvəlcədən bunu diqqətinizə çatdıraq ki, biz zəhmət çəkən bir idmançının yaxşı maaş alması ilə heç də müxalif deyilik, əksinə hər bir kəsin idman sahəsinə yalnız varlanmaq məqsədi ilə istər idmançı qismində, istərsə də sponsor qismində daxil olmasını bəyənmirik. Əlbəttə, bu dediyimiz bütün sahələrə aiddir. Məs: Müdir, mühəndis, həkim və s. bu peşəni seçərkən öz sənətinə, bəziləri demişkən, ancaq çörək ağacı kimi baxsa demək ki, o, özünə düzgün hədəf seçməmişdir. Bu isə tez-tez haqqında söz açdığımız insanlığın uca hədəfləri ilə uyğun gəlmir, əksinə hər bir sənətdən, o cümlədən idmandan hədəfimiz sağlamlıq, xalqa xidmət və vətənin adını ucaltmaq və s. olamalıdır. Bunun kənarında maddi həyatın təmin olunması üçün öz sənətindən əldə etdiyi maddi gəlirlərdən istifadə etməsi də qəbul olunan haldır. Baxın, şəxsən özümüz şahidi olmuşuq ki, bəzi qeyrətli idmançılar kasıblığın ücbatından borca düşsələr də, ev əşyalarını satıb və müvəqqəti idmanla vidalaşsalar da özlərinin idman fəaliyyətlərindən qazandıqları qızıl medallarını satmırlar. Bu medalları vətənimizin şərəfini ucaltmaq naminə muzeylərə ya gələcək nəsillərə ötürürlər. Doğrudan da bu iş gələcək nəslin möhkəm iradəli, sınmaz və xalqa həqiqi xidmət edən idmançı ruhiyyəsində böyüməsinə kömək edir. Yaxud bəzi idmançıların onlara çoxlu pul təklif olunması müqalibində öz vətəninin idman qrupundan ayrılıb xarici bir ölkənin qrupuna getməməsini eşidirik. Bir neçə il bundan qabaq müsəlman ölkələrinin birində məşhur taykvando idmançılarından birinin (özü kasıb ola-ola) öz medallarını həmin ölkədə zəlzələdən zərər çəkmiş insanlara yardım üçün satışa çıxartdığının şahidi olduq. Varlı adamlardan birinin bu kasıb idmançının şücaətindən xoşu gəldiyini və pul verərək medalları alıb yenidən idmançıya qaytardığını gördük. Bəli, o varlı həm idmançıya bu işi ilə qiymət verdi və həm də zəlzələdən zərər çəkənlərə yardım etməkdə o idmançının savab və humanist işinə şərik oldu.

Əhsən belə idmançıya və belə varlıya! Yoxsa bəziləri kimi - idmandan ancaq ya idmançı kimi varlanır ya da alver kimi sponsor qismində idmana pul xərcləyib pul götürürlər. Sanki, bir nəfər pulunu dükan açmaqla, zavod açmaqla çoxaldır, başqa birisi də idmana pul qoymaqla. Necə ki, bu günki dünyamızda idmanla milyonçu olanların sayı göz qabağındadır. Görəsən onlar başqa sahədə məs: elm, texnika və s. sahədə cavanların üstün pilləyə qalxması üçün Hacı Zeynəlabidin Tağıyev kimi pullar xərcləyərlərmi? Təəssüflər olsun ki, cavab mənfidir. Əksər hallarda bunun az şahidi oluruq, çünki bu sahələrdə pul və qazanc azdır.

Sonda yenə də qeyd etmək istəyirik ki, biz hər bir şəxsin istər idmançı qismində, istərsə də sponsor qismində idmanla məşğul olub pul qazanmasının əksinə deyilik. Dediyimiz kimi hədəfin ancaq pul qazanıb, varlanmaq olması ilə müxalifik.

Allah-Taala bizləri özünə düzgün hədəf seçib xalqına xidmət edən idmançılardan qərar versin!

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 1
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.