Uşaqlarını öldürən qatil valideynlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Uşaqlarını öldürən qatil valideynlər
 
 » Din » Əxlaq » Uşaqlarını öldürən qatil valideynlər

     
 
Din » Əxlaq: Uşaqlarını öldürən qatil valideynlər
 
 
Müəllif: Abdullah | 10 Aprel 2010 | 13137 dəfə oxunub
http://zeka.az/422-ueaqlardnd-gldgrjn-qatil-valideynljr.html

Uşaqlarını öldürən qatil valideynlər

“ Allah Qiyamət günündə ata-anadan soruşacaq ki, uşağınızı hansı günaha görə öldürdünüz ? ”     Təkvir ayə 9.

 Bu gün cəmiyyətimizdə baş verən qətl hadisələrinə nəzər salsaq görərik ki, qatillər heç də cəzasız qalmırlar. İnsan öldürüb qaçıb gizlənən şəxslər də müəyyən orqanlar tərəfindən tapılıb cinayətə cəlb olunurlar, hətta uzaq şəhərlərdə  gizlənmiş olsalar da belə. Hər bir insanın hüququ vardır, hətta ana bətnində hələ rüşeym halında olan körpənin də. Hamı kimi onun da dünyaya gəlmək, insanların sırasından bir insan olmaq, Allah qarşısında insani borcunu yerinə yetirmək hüququ var. Amma çox əfsuslar olsun ki, bu hüquq kimlər üçünsə maraqlı deyil. Bir zamanlar cahilliyi və vəhşiliyi ilə, dünyada ad çıxartmış ərəblər təkcə qız uşaqlarını öldürürdülərsə, amma bu gün bir cox ata-analar həm qız həm də oğlan uşaqlarını dünyaya gəlməmiş ana bətnində vəhşicəsinə parçalayıb öldürür. Hansı səbəbdən, hansı günahına görə? Heç məlum da deyil. Cavabı da budur ki, bəziləri oğlan uşağı istədiyindən, bir qismi oğlu olduğu üçün qız övladı istədiyindən , kimlərsə də heç istəmədiyindən vaxtından əvvəl Allahın yaratdığı insanı öldürtdürür və parçalanmış cəsədini də məlum olmayan yerlərə buraxır. İnsanı yoxluqdan yaradan və bu yoxluğun davamını ana bətnində təkmilləşdirən Allahdır. Hamilə olan heç bir ana kənardan insan əzaları (əl, ayaq, göz, qulaq, burun və s.)gətirib bətnində insan düzəltmir, yaratmır, əksinə 9 ay yeyib içir, yatır-durur, gəzir-dolanır, nəhayət, məlum bir vaxt yetişir uşağını dünyaya gətirir. Amma bu 9 ay ərzində hər an belə ana bətnində proseslər gedir, müəyyən mərhələlər keçir ki, ana bütün bunlardan xəbərsiz  yaşayır. Görəsən, öz bətnində gedən proseslərdən xəbərsiz olan bir ananın bətinindəki övladı öldürmək haqqı varmı? Allahın məqsəd üzrə yaratmaq istədiyi insanı, param-parça etmək, cəsədlərinə acımamaq, beləliklə də, Allahın məqsədini yarımçıq qoymaq məgər vəhşilik deyilmi? Görəsən, bilərəkdən uşaqlarını bətnlərdən salan ata və anlar, xüsusilə də bu işdə məsuliyyəti öz öhdəsinə götürən cəllad həkimlər əsil qatil deyillərmi? Məgər onlar özləri ana bətnindən bu dünyaya qədəm qoymayıblarmı? Hər bir şəxsin hüququnu müdafiə edən İslam dini uşaq salmanı haram etmişdir. Vəsail kitabının 19-cu cildi 15-ci səhifədə yazılıb: İshaq ibn Əmmar deyir: “ Musa ibn Cəfərdən soruşdum:- Hamilə olmaqdan qorxan qadına icazə verirsiniz ki, dərman yeməklə uşağını salsın? Həzrət buyurdu:-Xeyr, heç zaman icazə yoxdur... Dedim:- Hələ rüşeym halında olanda bəs necə? Buyurdu:- Xeyr, insan elə rüşeymdən başlayır.

Hələ 1951-53-cü illərdə Nyu-york şəhərində doğuş ilə əlaqədar ölən qadınların 26/01 faizi uşaq salma nəticəsində canlarını itirmişlər. On il ərzində bu rəqəm 42/1 faizə yetişmişdir. Cilidə 1963-cü ildə anaların ölməsi hallarının 39 faizi uşaqsalma nəticəsində olmuşdur (Məktəbi-İslam nömrə 8). Uşağı saldırmanın bir bəhanəsi də yoxsulluqdur. Amma İslam yoxsulluğu bir bəhanə hesab etmir. Axı yazıq uşağın günahı nədir ki, ata-analar yoxsulluq bəhanəsi ilə onun yaşamaq haqqını tapdalayır. Quran bizlərə buyurur: “ Uşaqlarınızı yoxsulluq qorxusundan öldürməyin, sizə və onlara ruzi verən bizik . Uşaq öldürmək böyük günah və səhvdir ” İSRA ayə 34. Ana bətnində var olan mövcud kiçik olsa da, hər halda insan sayılır. O, canlı bir mövcuddur ki, çox sürətlə kamil bir insan olmağa doğru hərəkət edir. O balaca mövcud sahib olduğu anasından onun əmin-amanlığını təmin etməsini gözləyir ki, böyüyüb kamil bir insana çevrilsin. Bu ləyaqətli və şərafətli varlığı öldürən həm ata-ana, həm də həkimlər cinayətə cəlb olunmasalar da, hər biri qatil hesab olunur. Bu çirkin əməllərinə görə bir gün gələcək, Qiyamət günündə o övladların intiqamları onlardan alınacaq, onlar layiqli cəzalarını alacaqlar.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: vusale (21 Aprel 2010 21:59)



Qrup: İstifadəçi
Tarix: 31.03.2010
1 qadin hekiminin olum aninda" dehlizden o usaqlari aparin sesleri basima dusdu " demesi yaxinlarini berk qorxudub.o saysiz-hesabsiz abortlar etmisdi.olum aninda usaqlar halalliq isteyirdiler ondan............
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 5
Qonaq: 8
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.