Təhsilin əlaqələri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Təhsilin əlaqələri
 
 » Sağlamlıq » Psixologiya » Təhsilin əlaqələri

     
 
Sağlamlıq » Psixologiya: Təhsilin əlaqələri
 
 
Müəllif: Zeyneb | 12 Aprel 2010 | 12596 dəfə oxunub
http://zeka.az/426-tjhsilin-jlaqjljri.html

Təhsilin əlaqələri

    Ailə

    Məktəbəqədər müəssisə

    Məktəb

    Ali məktəb:

a)  Bakalavr

b)  Magistratura

    Yuxarıdakı sxem bir uşağın dünyaya gəldikdən sonra formalaşmasında müraciət  olunan sahələrdir. Lap ön sırada adı qeyd olunan ailə daim uşaqla əlaqədə olmalıdır. Uşağı bağçaya qoymaq hələ hər şey demək deyil, uşağı bağçaya qoyduqdan sonra ailə, xüsusilə də ana bağçayla sıx əlaqədə olmalıdır. Övladının müəyyən bilik, yaxşı vərdiş və bacarığa yiyələnməsini ana hər kəsdən çox istəməlidir. Ən azı bununla bağlı poblemləri həll etməyə çalışmalıdır. Məsələn: dialekt və şivə (ləhcə) problemini, uşağın iki dil – rus-Azərbaycan dilləri arasında çaş-baş qalması problemini və s.

   Məktəbə getməyə başladığı vaxt isə ailə məktəblə sıx əlaqə qurmalıdır. Uşağın hansı fənnə daha çox maraq göstərdiyini, hansı sahəyə meylli olduğunu bilavasitə öyrənmək ailənin borcudur. Ailə sağlam olarsa uşağın gələcəyi də sağlam olar. Bu sağlamlıq isə vəhdətdə qazanılır. Uşaq ailədə bilikli adamları çox görərsə, özü də bilikli olmağa cəhd göstərəcək. Yox, əgər uşaq gözünü açıb ata-ananı günorta saat 3-dək yatan görərsə, bu ona da təsir göstərəcək. Unutmayın təməl ailədən asılıdır. Bəlkə də ailə hər şey deyil, amma çox şeydir. Bunu nəzərdən qaçırmaq uşağın taleyi və gələcəyi ilə oynamaq deməkdir.

    Analar unutmayın: Qadın həm kişi, həm də övladlar üçün önəmli faktordur! Bunu danmaq ağa qara deməkdir.

                                                                Psixoloq: Zeynalova Zeynəb

             Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 5
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.