Molla Möhsün Feyz Kaşani » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Molla Möhsün Feyz Kaşani
 
 » Elm və mədəniyyət » Dahilər » Molla Möhsün Feyz Kaşani

     
 
Elm və mədəniyyət » Dahilər: Molla Möhsün Feyz Kaşani
 
 
Müəllif: Zaur | 13 Aprel 2010 | 13022 dəfə oxunub
http://zeka.az/429-molla-mghsgn-feyz-kaeani.html

Molla Möhsün Feyz Kaşani

    Mövla Məhəmməd Möhsün Feyz Kaşani adı ilə məşhur olan Məhəmməd ibn Murtəza böyük İslam alimlərindən olub, “ Əl vafi ” kitabının və müxtəlif mövzularda yazılan bir çox digər kitabların müəllifidir. O, hicri tarixi ilə 1007-ci ildə anadan olmuş və 1091-ci ildə Kaşanda vəfat etmişdir. İslamın müxtəlif elmlərini dərindən öyrənərək, hədislərin əzbərlənmə üslubuna çox böyük dəyər vermişdir. Fəlsəfə və irfan üzrə ustadı Molla Sədra olmuş və onun qızı ilə evlənmişdir.

     Gözəl şerlər yazmış və bu şerlər məşhurdur.

     O, hədisləri əqli dəlillərlə deyil, zahiri ilə sübut edən üslubu seçmişdi. Bu üslub “ Əxbar ” elminə mənsub üslub idi. Onun bu metodu – əxbarın əksinə olaraq, hədisləri əqli dəlillərlə sübut edən üsul elminin alimləri ilə Feyz Kaşanini qarşı-qarşıya gətirdi. Feyz Kaşaninin müxalifləri onu sufi əqidəsinə malik olmaqda ittiham edirdilər. Sufilər şəriətin zahirini əsas götürmürdülər. Bəlkə də onun musiqinin haram olmaması haqqındakı xüsusi rəyi bu ittihama səbəb olmuşdu. Lakin bu ittihamın əsası yox idi. Mərhum Feyz K. güclü mühəddis (hədisçi), ali məqamlı arif, öz əqidəsinə, əhd-peymanına sadiq və zahid bir müsəlman idi. O, özünün bir əsərində qətiyyən müxtəlif elmləri biri-biri ilə qarışdırmırdı və bu onun özünəməxsus xüsusiyyətindən biri idi. Müxtəlif elmlərə dair əsərləri vardır:    “ Safi ”, “ Əsfa ” və “ Musfa ”  adlı üç kitab Quran təfsirinə dair; “ Vafi ”, “ Şafi ” və “ Nəvadarul-Əxbar ” hədis elminə dair kitablarıdır.

   Feyz Kaşani “ Biharul Ənvar ” kitabının müəllifi mərhum Məclisinin ustadı olmuşdur.

                  Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.