Əxlaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Əxlaq
 
 » Din » Əxlaq » Əxlaq

     
 
Din » Əxlaq: Əxlaq
 
 
Müəllif: Admin | 21 Avqust 2009 | 12638 dəfə oxunub
http://zeka.az/43-399xlaq.html

Əziz oxucular, əxlaq elmi bölməsində inşaallah sizlərə Allah-Taalanın ən üstün məxluqu olan insanın insani fəzilətlərlə zinətlənməsi və rəzilətlərdən paklanması yollarından söhbət açacağıq. Məlumdur ki, biz insanlar iki varlıqdan tərkib tapmışıq: birinci maddi varlıq ki, ancaq və ancaq bu dünya ilə bağlıdır (o da bizim cismimizdir) və ikinci qeyri-maddi varlıqdır ki, onu ruh adlandırırlar və qeyri-maddi olduğu üçün onu maddi gözlə görmək mümkün deyil.

Maddi varlıq (cismimiz) bu dünyada-yer adlanan planetdə olan elementlərdən tərkib tapıb və bu tərkib haqqında tibb mütəxəssisləri insan cisminin sağlamlığını qorumaq üçün işlər aparırlar. Tibb sahəsinə gəldikdə cismi xəstə olan şəxsin üzərinə məsuliyyət (istirahət, vaxtında həbləri qəbul etmək və s.) az düşər. Lakin Ruh, ki ölməzdir və cisimdən əsasdır, onun xəstəliyi böyük dərdlərə və əbədi əzaba gətirib cıxara bilər. Elə buna görə də zərər və əzabdan qaçmaq üçün aqil insan mahiyyəti üstün olan şeyə çox diqqət verməlidir.

Ruh haqqında Uca Xaliqimiz müqəddəs Qurani-Kərimdə İsra surəsinin 85-ci ayəsində buyurmuşdur: “Səndən Ruh haqda soruşurlar, de Ruh mənim Rəbbimin işlərindəndir və onun haqda sizə çox az elm verilib.”

Sözsüz ki, ruhun mahiyyəti haqqında məlumat bizə fayda vermədiyi üçün Rəbbimiz onu bizə verməyib və ya az miqdarda verib. Lakin onun xüsusiyyətləri haqda və o xüsusiyyətləri təkamülə doğru aparmaq haqda çoxlu məlumat gəlib və cəsarət edib deyərdim ki, Qurani-Kərim məhz bu məqsədlə nazil olub.

Mütəal Allahdan Qurani-Kərimi anlayıb və anlatmaq üçün tofiq diləyirik.

Gələn saylarımızda ruhun zinətlənməli olan gözəl xasiyyətləri və onun əksi paklanmalı olan pis xasiyyətlərdən bir-bir söhbət acacağıq inşaallah.     




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.