Pluton » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Pluton
 
 » Din » Əqidə » Pluton

     
 
Din » Əqidə: Pluton
 
 
Müəllif: Zaur | 15 Aprel 2010 | 13712 dəfə oxunub
http://zeka.az/433-pluton.html

   Pluton

    Bu planet 1930-cu ilin əvvəllərində bir amerikalı alim tərəfindən Günəş sistemi planetlərinin kəşf olunmuş sonuncu planetidir. Pluton Günəş sisteminin doqquzuncu planetidir. Pluton Yerdən Günəşə nisbətən 40 dəfə daha uzaqda yerləşir. Onun kəşf olunması ilə Günəş sistemi dairəsi 4500 milyon kilometr məsafədən 5920 milyon kilometrədək genişləndi, çünki bu planetin Günəşlə orta məsafəsi elə bu qədərdir. Bu planet ellips şəkilli bir orbitdə 250 il müddətində Günəşin ətrafında tam bir dövr edir.

Sözsüz ki, bu planetin də Günəş sisteminin axırıncı planeti olduğunu deyə bilmərik, hətta alimlər ehtimal verirlər ki, Pluton – Səmanın qaranlıq guşəsindəki Günəş sistemi sərhədinin bir neçə sakini olan planetlərdən biridir.

Deməliyik ki, Günəş sistemi səma kürələrinin varlığında geniş bir nizam-intizamın olmasından xəbər verir, belə ki, bu sistemin hər guşəsi onların hikmət, elm, tədbir üzrə yarandığına şahidlik edir. Bu heyrətli nizamda heç bir elm, hikmət və qüdrətin rolu olmadığını ağıl qəbul edə bilməz. İnsan fikrindən çox yüksəkdə duran bu cür dəqiq hesablamanı heç bir insaflı şəxs təsadüfün nəticəsi hesab etməz. Hamımız bilirik ki, astronomlar Göy cisimlərinin öz orbitləri üzrə hərəkəti və düz xətt boyunca hərəkəti haqqında əldə etmiş olduqları geniş məlumat sayəsində onların yüz il sonrakı astronomik vəziyyətləri ilə əlaqədar uzaqgörənlik edə bilir; ulduzların çıxıb-batmasını, Günəş və Ay tutulmasını təyin edirlər. Bu cür dəqiq uzaqgörənlik bu səmavi cisimlərə hökm edən nizamdan kənarda mümkün ola bilərdimi? Bu onların dəqiq hesab üzrə olan hərəkətlərinin nəticəsi deyilmi?

   Günəş sisteminin nizamını bəyan etməklə üst aləmin nizamı sonamı çatır, yoxsa insan bu cür kəşflərdən sonra özünü daha geniş, daha sirli aləmin astanasında görür? Neçə Günəş sistemi və fəzada üzən milyardlarla parlaq ulduzla dolu bu aləmin müqabilində – Günəş sistemi dərin okean dibindəki bir mirvari kimidir. Əgər bəşər elm və bilik qanadları ilə Günəş sistemindən daha ucalıqlara yüksəlib, milyardlarla ulduzu, qalaktikanı və ram olunmaz buludları gəzib, bu heyrətli nizamı dərk etsə – bu nizamın və səma cisimlərinin yaradıcısı önündə daha çox təzim edər.     

Məlumatdan istifadə etdikdə istinad zəruridir 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.