Əyri minarənin sirri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Əyri minarənin sirri
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Əyri minarənin sirri

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Əyri minarənin sirri
 
 
Müəllif: Zaur | 16 Aprel 2010 | 12592 dəfə oxunub
http://zeka.az/434-zhyri-minarjnin-sirri.html

Əyri minarənin sirri

Dünyanın ən maraqlı məscidləri

Ətirli məscid

Dünyanın ən ətirli məscidi Təbrizdədir. Bu məscidin tikintisi zamanı onun palçığına xüsusi ətir saçan maddə qatılıb. Məscid artıq 600 ildir ətir saçır.

Əyri minarənin sirri

Mədinədə Həzrət Məhəmmədin (s.ə.s) qəbrinin yanında olan minarə əyri tikilib. Minarənin əyri tikilməsinin səbəbi hər hansı bir təbii fəlakət zamanı minarənin Peyğəmbərin (s.ə.s) məzarının üstünə aşmasına mane olmaqdır. Bu səbəblə də qüllə Həzrət Məhəmmədin (s.ə.s) məzarının əks istiqamətinə əyilmiş şəkildə tikilib.

Üçmehrablı məscid

1370-ci ildə Şamaxı şəhərində inşa olunan Cümə məscidinin tikintisində yumurta sarısından istifadə olunub. Məhz bunun sayəsində məscid Şamaxını yerlə-yeksan edən 4 zəlzələyə davam gətirə bilib. Bu məscid dünyanın nadir tikililərindən hesab olunur. Belə ki, yerli əhalinin üç məzhəbə bölündüyünü nəzərə alaraq, məsciddə qibləni müəyyən edən 3 mehrabdan istifadə olunub. Məscid hal-hazırda dövlət tərəfindən bərpa olunur.

Ən bahalı məscid

Birləşmiş Ərəb Əmirliklərində yerləşən bu məscidin tikintisi 545 milyon dollara başa gəlib. Məscidin döşəməsinə Xorasanda 1200 qadın tərəfindən 2 ilə toxunmuş 8,5 milyon dollar dəyərində xalça sərilib. Dörd minarəsi olan məscidin 82 irili-xırdalı günbəzi, içəridə 1048, bayırda isə 98 sütunu var. Məscidin döşəməsinə İtaliya mərməri döşənib. Abu-Dabidə yerləşən məsciddə doqquz min nəfər ibadət edə bilər.

Tərpənən minarələr

İran İslam Respublikasının İsfahan şəhərində tərpənən minarələri (minare conban) olan məscid 1316-cı ildə Elxanilərin hakimiyyəti dövründə inşa olunub. Minarənin qeyri-adiliyi onun əl ilə silkələndikdə yellənməsidir. Ən qəribəsi isə minarədən birinin hərəkətə gətirilməsi ilə digərlərinin də öz-özünə tərpənməsidir. Minarələr sənətkar Əmu Əbda Karladani tərəfindən inşa olunub.

"Karvan" jurnalı





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.