“Tövhid” sözləri yazılan ayaqqabı istehsal edilmişdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » “Tövhid” sözləri yazılan ayaqqabı istehsal edilmişdir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » “Tövhid” sözləri yazılan ayaqqabı istehsal edilmişdir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: “Tövhid” sözləri yazılan ayaqqabı istehsal edilmişdir
 
 
Müəllif: Zaur | 18 Aprel 2010 | 12335 dəfə oxunub
http://zeka.az/436-abe-eirkjtindjn-islamofob-rjzaljt-vtgvhidv-sgzljri-yazdlan-ayaqqabd-istehsal-edilmiedir.html

ABŞ şirkətindən islamofob rəzalət: “Tövhid” sözləri yazılan ayaqqabı istehsal edilmişdir

Deyerler.org: İstehsal edilmiş ayaqqabıların üzərində ərəb dilində “Tövhid “və “Nübuvvət” sözləri yazılmışdır. Bu hərəkət müsəlmanların qəzəbi ilə qarşılaşdı.

ABNA xəbər verir ki, rahat idman ayaqqabıları istehsal edən “Keds” şirkəti öz idman ayaqqabılarının üzərində “Lə İləhə illəllah” və “Muhəmməd Rəsulallah” sözlərini yazmışdır. Bu, açıq-aydın surətdə bir milyard müsəlmanı təhqir etmək deməkdir. Onların bu hərəkəti müsəlmanların qəzəbinə səbəb olmuşdur.

Ehtimal vardır ki, həmin bu şirkət özünə bəraət qazandırmaq üçün iddia etsin ki, Səudiyyə Ərəbistanının bayrağındakı sözləri nümunə kimi götürmüşdür. Ancaq idman konfederasiyasının təcrübəsi və layihəçilərin insanların həssaslığını nəzərə almaq zəruriliyi bu şirkətə bəhanə üçün yer qoymur. Bu amillər, dünya müsəlmanlarını bu şirkətin iblisvari fitnə icraçısı olan bir şirkət olmasına bir daha əmin edir.

Bundan öncəki presedent 1997-ci ildə Ərəbistanda keçirilən futbol yarışmasında yaşanmışdır. O zaman bir xarici şirkət bir dəfə istifadəlik stəkanlara Ərəbistanın bayrağını həkk etmişdi. Burada müqəddəs sözlər yazıldığı üçün müsəlmanların etirazı ilə qarşılaşmışdı.

İndi sözügedən bu ayaqqabılar istehsal ediləndən sonra müsəlmanlar internet vasitəsilə bu ayaqqabıların şəkillərini yayaraq, bu şirkətin mallarını boykot etməyə çağırmışdılar. /Deyerler.org/





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.