Bəhsimizin faydası » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Bəhsimizin faydası
 
 » Din » Əhkam » Bəhsimizin faydası

     
 
Din » Əhkam: Bəhsimizin faydası
 
 
Müəllif: muslim | 21 Avqust 2009 | 12600 dəfə oxunub
http://zeka.az/44-b601hsimizn-faydas305.html

Müqəddəs İslam dininin bəşəriyyət üçün gətirdiyi ən mühüm göstəriş vəqayda-qanunlar üç dəstəyə bölünür. Həzrəti Peyğəmbərimizin buyurduğuna əsasən bunlar aşağıdakılardır:

1. Əqidə ilə bağlı qayda-qanunlar (Üsulid-din);

2. Əməl etməklə bağlı qayda-qanunlar (Füruid-din);

3. Mənəviyyatımızı saflaşdıran, ruhumuzun sağlamlığını qoruyan qayda-qanunlar (psixologiya - əxlaq).

Elə buna görə saytımızda hər üç rubrikaya aid səhifələr açmışıq. Bizim mövzumuz isə ikinci bəhsə (Füruid-dinə) aiddir.

İslam dini baxımından insan Allahı tanıdıqdan sonra Allah-Taalanın onu səadətə çatdırmaq üçün qoyduğu qadağaları tərk etməli və vacib etdiyi şeylərə əməl etməlidir. Dinimizdə bunlara haram və vaciblər deyilir. Vacib və haram olunan hökümləri əldə etmək üçün məntiqi baxımdan insan üçün üç yol vardır:

1. İnsan özü alim olmalı, dinin bütün sahələrində Allah-Taalanın bizlərə göndərdiyi elçilərinin bütün dini kitablarda (mətnlərdə) buyurduqlarını ələ gətiribnəticə çıxararaq əməl etməlidir (müctəhid);

2. Yuxarıda deyilən dini araşdırmanı özü bacarmasa, bu sahədə araşdırma aparıb yüksək elmi nailiyyətlər əldə etmiş bir alimə (dini ixtisasçılara - müctəhidlərə) müraciət etməlidir (müctəhidi təqlid edən);

3. Özü alim olmasa və alimə müraciət etməsə Allah-Taalanın buyurduqlarına düzgün əməl etsin deyə haram zənn etdiyi və vacib zənn etdiyi bütün sahələrdə ehtiyata əməl etsin. Məsələn bir şeyin vacib ya savab olduğu ilə qarşılaşsa ehtiyat budur ki, onu özünə vacib saysın. Çünki əgər o şey həqiqətdə Allah dərgahında savab olsa və insan onu özünə vacib bilsə ziyan etməmiş olur. Amma əgər Allah dərgahında o şey vacib olsa və insan onu özünə vacib bilməsə savabdır deyərək tərk etsə ziyan etmiş olur. Elə ona görə də çox az insanlar tapılır ki, bu çətin yola əməl etmiş olsun (ehtiyata əməl edən).

Mövzumuz əhkam olduğuna görə və əksər insanların dini ixtisasçılara təqlid etdikləri (İslam hökmlərini soruşduqları) üçün ikinci qismdən söhbət açacağıq.

Əksər insanlar həyatının hər sahəsində olduğu kimi dini sahədə də dini mütəxəssislərə müraciət edirlər. Necə ki, o dini sahədə olan ixtisasçı alim öz həyatında dini sahədən başqa sahədəki bir məsələlərlə üzləşsə həmin o sahənin ixtisasçısına, məsələn həkimə, mühəndisə və s. müraciət edir.

İndi sual bundadır ki, biz necə və hansı yollarla dini ixtisasçıları tanımalıyıq. Çünki çox təəssüflər olsun ki, bu gün hər kəs dini sahədə bilər-bilməz, araşdırmamış çox asanlıqla öz istədiyi fikiri bildirir. Hətta İslam düşmənləri də tarix boyu dində ixtilaf və müsəlmanlar arasında çaşqınlıq yaratmaq üçün savadsız, dindən başı çıxmayanları alim adı ilə önə çəkib, onların dilindən İslama böyük zərbələr vurmuşlar. İnşallah gələn bəhslərimizdə həqiqi dini ixtisasçıların xüsusiyyətlərini və nişanələrini oxucularımızın diqqətinə çatdıracağıq.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.