Müsahibə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibə
 
 » Xəbərlər » Müsahibələr » Müsahibə

     
 
Xəbərlər » Müsahibələr: Müsahibə
 
 
Müəllif: Elirza | 20 Aprel 2010 | 12568 dəfə oxunub
http://zeka.az/440-mgsahibimiz-v-zhbjdi-nur-v-jurnaldndn-tjsisgisi-vj-bae-redaktoru-sjadjt-xandm-zhlizadjdir.html

Müsahibimiz “ Əbədi Nur ” jurnalının təsisçisi və baş redaktoru Səadət xanım Əlizadədir.

        – Səadət xanım sizi xoş gördük.  Bu gün Həzrət Zeynəbin mövlud günüdür, bu münasibətlə sizi təbrik edir və məsum ailədə dünyaya gəlmiş bu möhtəşəm xanımın həyatı haqqında qısa bir məlumat vermənizi istərdik. 

        – Təbrik üçün çox sağ olun, mən də bütün xanımları bu münasibətlə təbrik edir və qeyd etmək istəyirəm ki, Həzrət Zeynəbin (ə) dünyaya gəldiyi mühit çox maraqlıdır. Onun babası Peyğəmbər (s), atası Əli (ə), anası Fatimə (s.ə), qardaşları iki İmam – Həsən və Hüseyndir (ə). Həzrət Zeynəb bu beş kamil insanın əhatəsində böyüyüb boya-başa çatmış və ilk əsas tərbiyəsini bu ailədə almışdır. Yəni onun əti-qanı pakdır, çünki iki pak və məsum insandan dünyaya gəlmişdir. Beləliklə, uşağın dünyaya gəlişində mühüm rol oynayan zəminlər Allahın lütfü sayəsində Həzrət Zeynəb (s.ə) üçün təmin olunmuşdu. Əlavə məlumat üçün deyim ki, O, hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açmış və İmam Əli (ə) ilə Möminlər anası həzrət Zəhranın (s.ə) üçüncü övladıdır.  

         –  Siz Həzrət Zeynəbdəki (s.ə) hansı xüsusiyyətləri özəlliklə  Azərbaycan qadınında görmək istərdiz?

         –   Bu suala cavab vermək üçün kiçik bir müqəddiməyə ehtiyac var: Bu gün ətrafa nəzər salsaq görərik ki, qadınlarımız hər hansı kosmetik vasitənin, zövqlü geyimin, zərif vücudun təbliği ardındadır. Məsələn: hey onlara təbliğ olunur ki, hansı pəhriz qidalardan istifadə etsinlər ki, zərif vücudları olsun, yaxud hansı şampunla saçlarını yuyub, hansı rənglərlə boyasınlar ki, cazibədar görünsünlər və s. Bir sözlə, sanki qadın deyil, əmtəə haqqında danışılır və qadın özü də buna yol verir.

      Qadına necə ailə sahibi, necə bacı olmağı öyrədən yoxdur. Axı o, bacıdır, həyat yoldaşı və gələcəyin anasıdır. Bunları öyrənməsi onun haqqıdır. Sabah ailə qurduqda, ailəni qorumaq üçün mənəvi xüsusiyyətlərə – qayğıkeş həyat yoldaşı, fədakar ana olmaq və s. kimi dəyərlərə ehtiyac duyulur, zahiri reklama deyil. Bunların heç birindən məlumatı olmayan qadın rahatlıqla ailəsini dağıdır və cəmiyyətimiz uçuruma doğru gedir.

    Həzrət Zeynəb (s.ə) zərif vücud bəsləməyi və ya modern geyinib hər fəslə uyğun kosmetik bəzənməyi öyrətmir. O, bizə fədakar bacı, Allah yolunda iki oğlunun ölümünə dözən vüqarlı ana, ümmətini doğru yola səsləyən cəfakeş qadın olmağı öyrədir. Həzrət Zeynəb (s. ə) həm zəmanəsini gözəl tanıyır, həm vəzifəsini. Bilir harada nəyi etmək lazımdır. Hətta, qardaşı üçün ağlaması belə öz yerində idi. Hər şeyin yerini bildiyi üçün ətrafındakı düşmənlərdə belə dönüş yaratdı. Halbuki, o, bir xanım idi. Deməli, xanımda kişi gücü, kişi qüvvəti olmasa da ondan geri qalmayan qüvvət var. Mən arzu edirəm ki, bizim xanımlar zahiri görkəmin, bədənin qayğısına qalmaqdansa, bu keyfiyyətləri Həzrət Zeynəbdən (s.ə) öyrənsinlər. Onun bu gözəl xüsusiyyətlərini təkcə Azərbaycan qadınlarında deyil, bütün dünya qadınlarında görmək istərdim. Kaş qadın öz dəyərini biləydi və əmtəə kimi istifadə olmasına icazə verməyəydi.

       –   Azərbaycan gəncliyini necə görürsünüz?

    –   Son zamanlar gənclərdə güclü surətdə elmsizliyə və məsuliyyətsizliyə meyl artıb. Gənclərin mədəni-mənəvi və elmi cəhətdən maariflənməsi zərurəti yaranmışdır. Onlar mahiyyətinə varmadan günün ən çox reklam olunan personalarına bənzəməyə can atırlar. Heç olmasa nəyi və kimdən nümunə götürdüklərinə diqqət etsinlər. Gənclər gələcəyin qurucusudur, mən onları amallı, məqsədli və yaradıcı görməyi çox arzu edirəm.

     –  Sonda “ Zeka.az ” saytının heyətinə nə demək istərdiniz?

   –  Məncə belə saytların sayı çox olmalıdır, çünki bu səpkidə olan saytların yerinin boş olduğu görünür. Bütün heyət üzvlərinə misilsiz uğurlar diləyir və təşəbbüsünüzü qiymətləndirirəm.

Müsahibəni apardı Ceyhun Məmmədov

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 4
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.