İslamofobiya bu dəfə idmanda » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » İslamofobiya bu dəfə idmanda
 
 » Sağlamlıq » İdman » İslamofobiya bu dəfə idmanda

     
 
Sağlamlıq » İdman: İslamofobiya bu dəfə idmanda
 
 
Müəllif: Muslim | 21 Aprel 2010 | 12721 dəfə oxunub
http://zeka.az/445-dslamofobiya-bu-djfj-idmanda.html

İslamofobiya bu dəfə idmanda

İsveçrədə minarələr qadağan olundu.

Bir neçə avropa ölkələrində qadınların tədris ocaqlarına başı bağlı gəlməsi yasaq edildi.

İslam peyğəmbərinin karikaturaları yenidən çap edildi və s...

Bu yaxınlarda ABŞ şirkətindən biri yeni bir rəzil addım atdı. “Tovhid” sözləri yazılan ayaqqabı istehsal edildi.

İstehsal edilmiş ayaqqabıların üzərində ərəb dilində “Tovhid” və “Nübuvvət” sözləri yazılmışdı. Bu hərəkət müsəlmanların qəzəbi ilə qarşılandı.

İdman ayaqqabıları istehsal edən “Keds” şirkəti öz idman ayaqqabılarının üzərində “Lə İləhə illəllah” və “Muhəmməd Rəsulallah” sözlərini yazmışdır. Bu, açıq-aydın surətdə bir milyard müsəlmanı təhqir etmək deməkdir.

Müsəlmanlar internet vasitəsilə bu ayaqqabıların şəkillərini yayaraq, hamını bu şirkətin mallarını boykot etməyə çağırıblar.

Bunlara necə qiymət vermək olar? Nə baş verir? Gündən-günə əxlaq pozuntuları artan və mənəvi boşluqdan əziyyət çəkən bu günki dünyamızda niyə bu qədər mənəviyyata-dəyərlərə hücum olunur? İş o yerə çatıb ki, idmandan və idman əşyalarından - ayaqqabı, köynək, top və s. bu yolda istifadə olunur. Yadınızdadırsa, biz keçən məqalələrdə bu barədə söz açmışdıq. Ortaya çıxan ən əsaslı sual budur ki, dünyada və bəzən vətənimizdə də müşahidə olunan bu proqramların arxasında kimlər durur? Siyasi icmalçıların verdiyi təhlilləri burda açıqlamaq fikrində deyilik. Amma bütün deyilənlərə və gözəl və kamil İslam dininin bu günki dünyada olan artım və inkişaf gerçəkliyinə diqqət etsək, bunların hamısının arxasında İslamı və müsəlmanları öz çirkin mənafeyinə təhlükə bilənlərin durduğunun şahidi oluruq. O qədər özlərini İslam məntiqinin qabağında aciz bilirlər ki, elmi dialoqlara və disbutlara getmək əvəzinə belə çılğın yollara (top, ayaqqabı və s.) əl atırlar. Suda boğulan insan saman çöpündən də yapışar deyiblər. Bu məsəli deyən və suda boğulan bilir ki, saman çöpü ona nicat verməyəcək. Amma neynəyəsən ki, boğulanda, yəni son anda hər şey ola bilər.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.