Duyğu və həyəcan inkişafı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Duyğu və həyəcan inkişafı
 
 » Sağlamlıq » Psixologiya » Duyğu və həyəcan inkişafı

     
 
Sağlamlıq » Psixologiya: Duyğu və həyəcan inkişafı
 
 
Müəllif: Zaur | 22 Aprel 2010 | 13602 dəfə oxunub
http://zeka.az/447-duydu-vj-hjyjcan-inkieafd.html

 

Duyğu və həyəcan inkişafı

     İnsana verilən ilahi nemətlərdən biri də onun xilqətində mövcud olan həyəcan və bu duyğular insan həyatında önəmli rola malikdir. Duyğular olmasa idi həyat çox solğun və ruhsuz görünərdi. İnsanın psixoloji əqli cəhətdən sağlam olması əslində bir qədər onu duyğu sağlamlığı ilə əlaqədardır. Daxili duyğular şəxsin özünü, başqaları ilə rəftarını və mühakimə üsulunu, ictimai əlaqələrinin keyfiyyətini öz təsiri altına sala bilər. İnsan duyğuları ilə başqalarına olan ehtiyac və istəklərini çatdırır. Həyəcan – zehni fəaliyyətləri, diqqəti, əşya və hadisələrlə bağlı düşüncələri, təfəkkür məntiqi yanaşma qabiliyyətini öz təsiri altına salır. Duyğular, hətta bədəni çalışıb vurnuxmaq üçün hazırlayır. Duyğu və həyəcanın ilk uşaq yaşlarında özünə xas əlamətləri olur və bu əlamətlər onları böyük yaş dövranına aid duyğulardan fərqləndirir.

      Duyğu və həyəcanın müxtəlif növlərinə misal olaraq bunları göstərmək olar: qorxu, kədər, qəm-qüssə, çarəsizlik, təəccüb, nifrət, şadlıq, məhəbbət və qəzəb.

    Biz yalnız bunların bir neçəsi haqqında qısa məlumat verəcəyik:

    a) Qorxu: Uşaq doğulduğu gündən dörd ayınadək tanış olmayan şəxslərə anasına gülümsədəyindən daha az gülümsəyir. 3-4 aylıqdan etibarən isə yadlardan qorxur və bu qorxu duyğu və həyəcanın ən mülayim cilvəsidir. Yaşın artması uşağın müxtəlif əşyalara duyduğu qorxu hissində dəyişkənliklər yaradır. 2-6 yaş arasında uşağın ən çox tanış olmayan yad çöhrələrə və anadan ayrı qalmağa qarşı duyduğu qorxu tədricən keçib gedir. Elmi araşdırmalara əsasən, 7-12 yaş arasında şəxsi əminlik  və xəyali varlıqlara aid qorxu azalır, əvəzində məktəb və ictimai mühitlə bağlı həyəcan artmağa başlayır. Məktəb dövründə uşaqların və yeniyetmələrin ən çox qorxu duyduqları şey – cinayət işlərinə, şəxsi zərər və qəzəblərinə aiddir. Uşaqlıq dövründə duyduğu qorxuların bir çoxu zaman keçib təcrübə əldə etdikcə çıxıb gedir. Lakin bu qorxuların bir hissəsi pərdə arxasında gizlənir. Qorxu özünü nigarançılıq, peşimançılıq və utancaqlıq kimi də büruzə verə bilər. Uşağın psixoloji xəstəliklərində qorxunun xüsusi yeri vardır. Buna görə də  valideyn və tərbiyəçilər qorxunun qarşısını almalı, uşağı qorumaq üçün lazımi şəraiti yaratmalı, uşağın özünü əmin-amanlıqda hiss etməsini təmin etməlidirlər.  

    b) Həsəd: bu duyğu təqribən 2 yaşından etibarən uşaqda oyanmağa başlayır. Uşaq inkişaf etdikcə bu duyğunun da böyük yaşlara kimi davam etməsi mümkündür. Uşaqda həsəd – onu çox istəmədiklərini düşündükdə yaranır. Həsəd qəzəbin şaxəsindən hesab olunur və şəxslərə nifrət bəsləməklə nəticələnir. Mühitlə bağlı amillər həsədi yaradan zəminlərdəndir. Məsələn, öz bacı-qardaşları ilə rəqabət aparmaq, uşaqlar arasında fərq qoymaq, məktəbdə tutulan ictimai mövqe, məhrumiyyət hiss etmək – bütün bunlar həsədin yaranmasına səbəb olur. Başqalarına birbaşa və ya dolayı həsəd bəsləmək öz yerində cismani və psixoloji zərər qoyur. Imam Sadiq (ə) buyurduğu kimi, həsəd çəkən həsəd çəkilənə zərər verməzdən öncə özünə zərər verir. Valideyn uşaqda həsədin qarşısını almaq üçün onu məzəmmət etmək əvəzinə, hesablı şəkildə həsəd yaradan səbəbləri aradan götürməyə çalışmalıdır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (9 Avqust 2010 10:33)



Qrup: Qonaq
Tarix: --
həsəd hissimizi tərbiyə etməyin yollarını da qeyd etsəydiz minnətdar olardıq
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.