Dünyanı məhvə aparan günah » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Dünyanı məhvə aparan günah
 
 » Din » Əxlaq » Dünyanı məhvə aparan günah

     
 
Din » Əxlaq: Dünyanı məhvə aparan günah
 
 
Müəllif: Abdullah | 23 Aprel 2010 | 13146 dəfə oxunub
http://zeka.az/449-dgnyand-mjhvj-aparan-ggnah.html

 

 

 

Dünyanı məhvə aparan günah

 

  Öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin həqiqətən Allah yaxşılıq edənləri sevir.      Bəqərə surəsi, ayə 195.

 Camaatın, yaşadıqları cəmiyyətdə törədilən cinayətlərə və edilən günahlara laqeyd olması, o cəmiyyətdə günah və cinayətlərin artmasına səbəb olan ilk amildir. Bir insanın günah etməsinə mane olmayıb sükut etmək, günaha şərait yaradan ən başlıca səbəbdir. Əgər bir insan cəmiyyətdə günah işlər görüb cinayət edirsə, digər insanlar onu yaxşı işlərə dəvət etməli, onu etdiyi çirkin əməllərdən uzaqlaşdırmalıdır. Yəni özünə müsəlman deyən hər bir insan baş verən hadisələr qarşısında tamaşaçı yox, nəzarətçi olmalıdır.                                                          

 İnsan varlıq aləmindəki yaranmışların ən qiymətlisidir. Allah-taala heç bir məxluqu insandan üstün yaratmayıb. İnsan həm ruhi, həm də cismani cəhətdən başqa məxluqlardan fərqlənir və onda olan  istedad və bacarıqlar biri-birindən maraqlıdır. Lakin insan özünə qiymət vermədikdə bütün bu dəyərlərdən ayrı düşüb, nəticədə Allahdan uzaqlaşır. Bu uzaqlaşma onu haram və günah işlər görməyə vadar edir. Bu gün cəmiyyətimizdə özünə yer almış ən mühüm günah və bəlalardan biri də, narkotik maddələrin insanlar arasında yayılmasıdır. Bu bəlaya giriftar olanların sayı günü-gündən artmaqda davam edir. Müxtəlif yönlərdən qarşısının alınmasına baxmayaraq, günbəgün bu yola qədəm qoyub, can sağlığını və ailəsini, hörmətini və şərəfini, xüsusən də erkən dünyaya vida edib özünü itirən insanların ardı-arası kəsilməməkdədir. Görəsən, bu bəlaya düçar olmağın səbəbi nədir? Nə üçün insanlar özlərini bu qədər lazımsız bilib, həyatlarını təhlükəyə atırlar? Yoxsa ölüb Allaha cavab verməyə hazırdırlarmı? Narkotik maddələrə aludə olan insan təkcə özünə yox, eyni zamanda, ətraf mühitə də böyük təsir göstərir. İlk növbədə özünə zərər toxundurmaqla sağlamlığını ciddi təhlükə ilə baş-başa qoyur. Eyni zamanda, bir vaxt onu dünyaya gətirərkən sevinən ata-anaya qəm-qüssə gətirərək, onların mübarək qəlblərinə sağalmaz bir dağ çəkir. Ailəli olduğu halda həyat yoldaşına və uşaqlarına qarşı olan məsuliyyətini unudub, evindən eşiyindən uzaq düşüb küçələr və dalanlar  “qəhrəmanına“ çevrilir. Ailəsinin nə yeyib içəcəyini, övladlarının  necə oxuyacaqlarını, o uşaqlara ” kimin övladısan? “ sualına hansı hislərlə cavab verəcəyini düşünməyən, dostuna-yoldaşına, vətəninə və millətinə qiymət verməyən, hər an məqsədinə çatmaqdan ötrü hər şeyindən keçməyə hazır olan lazımsız bir əşyaya çevrilib cəmiyyətdən təcrid olur. Bu yol insanı müflisləşdirir, bu yolu gedən insandan xeyir gözləmək ağılsızlıqdır. Bu gün cəmiyyətdə yaşayan hər bir ağıllı şəxs bu bəla ilə mübarizə aparmalı, bu yolda əlindən gələni əsirgəməməlidir. Çünki heç bir kimsənin əlində qarantı ola bilməz ki, sabah onun övladı, qardaşı və yaxın dostu bu yola qurşanıb narkoman olmayacaq. Bu gün cəmiyyəti bürüyən bu ağ ölümə aludə olanlar kimlərdir? Məgər onlar bir şəxsdən yarandığımız, bir vətən üzərində gəzdiyimiz, bir torpaqdan qidalandığımız və bir gün də ölüb  Allaha doğru dönüb cavab verəcəyimiz şəxslər deyilmi? Bu bəlanın özü bir müharibədir ki, ölüncəyə qədər insanla mübarizə aparır, yalnız çox az adamlar bu savaşdan sağ qalıb canını qurtara bilir. Məlumdur ki, bu gün torpaqlarımızın 25 % 20 ildir ki, düşmənin ayağı altından bizi səsləyir. Bu səsə cavab vermənin yolları axtarılırkən digər yandan Azərbaycan oğullarının bir qismi ağ ölümlə əlbəyaxadadır. Bir çox cavanlar torpaq uğrunda həlak oldu, bir yandan sonsuzluq, digər tərəfdən də uşaq saldırmaq adi hal alıb. Bir yandan intihar və qətllər çoxalır, digər tərəfdən də hər ötən gün narkomaniyaya qurşananların və narkomaniyadan ölənlərin sayı artır. İndi düşünün, məgər bu amillər bizləri yoxluğa aparmırmı? Belə getsə az bir zamandan sonra bütün insani dəyərlər yox olub aradan gedəcək, cəmiyyətdə davam edən bu günah və haramların sayı çoxalacaq və bütün bu amillər İlahi bəlanın gəlməsinə səbəb olacaq, onda isə hər şey gec olacaq.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.