Donuz qurdları insan beynində yaşaya bilər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Donuz qurdları insan beynində yaşaya bilər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Donuz qurdları insan beynində yaşaya bilər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Donuz qurdları insan beynində yaşaya bilər
 
 
Müəllif: Carchi | 24 Aprel 2010 | 13874 dəfə oxunub
http://zeka.az/452-donuz-qurdlard-insan-beynindj-yaeaya-biljr.html

Donuz qurdları insan beynində yaşaya bilər

Donuzda yaşayan lentvari qurdlar donuz əti ilə qidalanan insanlarda beyin, göz və əzələlərdə məskunlaşaraq bu orqanlarda ciddi fəsadlar törədə bilir. Taenia solium adlanan bu qurd növü bir çox insanların beynində məskən salır. Onun törətdiyi xəstəliyə neyrosistiserkoz deyilir və o, qazanılmış epilepsiyanın ən geniş yayılmış səbəbkarlarından biridir.

“ Yoluxmuş insaların bir çoxunda nasazlıqlar zahir olmasa da, neyrosistoserkoz, xüsusilə də, az təminatlı təbəqə arasında ciddi təhlükə olaraq qalır”, - “Neurological Research” jurnalına istinadən globalscience xəbər verir.

Termiki emaldan yetərincə keçməyən (yaxşı qızardılmayan) donuz ətindən istifadə nəticəsində donuz soliteri adı ilə məşhur olan xəstəliyə yoluxma baş verə bilər. Bundan əlavə, insan neyrosistisirkoza qida, su və s. yollarla da yoluxa bilər. Qurdun sürfələri ilə bulaşmış əli ağıza aparmaq və ya bu cür “yoluxmuş” suyu içmək kifayətdir ki, insan bu ağır xəstəliyə yoluxmuş olsun.

Neyrosistisirkoz ən çox inkişaf etməkdə olan ölkələrdə daha geniş yayılmışdır ki, bu da sanitar-gigiyenik normalara lazımi dərəcədə riayət etməməkdən irəli gəlir.

Mədəyə düşən qurd sürfəsi öz qılafından azad olaraq, qan dövranı vasitəsilə əzələ, beyin və ya gözə düşür. Qurd 1.5 m uzunluğa qədər inkişaf edə bilir. O, yaşadığı toxumada özünəməxsus qovuq əmələ gətirir ki, bu əzələ daxilində olarkən hiss olunmasa da, gözdə məskunlaşdığı təqdirdə görmənin zəifləməsinə, beyində olduqda isə sətəlcəm və ya qıcolma kmi hallara səbəb ola bilir. Daha zəif simptomları çaşqınlıq və tarazlığı saxlaya bilməməkdir. Bu xəstəliyə yoluxanların 70%-ə qədəri isə qıcolmalardan (epilepsiyadan) əziyyət çəkir. “Bu olduqca təəssüf doğuran haldır və odur ki, hər bir qıcolma halı tədqiq edilməlidir”, - deyə tədqiqatçılar bildirirlər.

Qeyd edək ki, soliter donuz ətində yaşayan yeganə qurd növü deyil. Belə ki, donuzda bundan əlavə trixinella, nematod, askarid və s. qurd növləri də yaşaya bilir. Bu sırada trixinella qurdları xüsusi təhlükə kəsb edir. Belə ki, bu qurdlar alçaq və yüksək temperaturlara qarşı çox davamlıdırlar və hətta 100ºC-də belə məhv olmurlar. Onlar sürətlə artaraq, donuz ətinin 1kq-da 15 minədək saya çata bilir ki, insanda bədən üzrə yayılaraq müxtəlif əzələlərdə, hətta göz əzələsində belə məskunlaşa bilir. Trixinelyoz olduqca təhlükəli bir xəstəlikdir, belə ki, bu xəstəliyə yoluxma 30%-ə qədər xəstələrdə ölümlə nəticələnir.

Donuz ətini qızartma və yüksək temperaturda emal etmək isə digər ət növləri ilə müqayisədə daha çətin və daha təhlükəlidir. Belə ki, ingilis mütəxəssislərinin müəyyən etdiyinə görə, donuz piyi çətin əriyən olduğundan yüksək temperaturda emal nəticəsində xilaminlər və d. maddələr əmələ gətirir ki, bunlar da öz növbəsində xərçəng hüceyrələrinin inkişafına gətirib çıxarır.

Bütün bunları nəzərə alsaq, aydın olar ki, ən ağıllı yol - donuz ətindən istifadədən ümumiyyətlə imtina etməkdir. /Deyerler.org/





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.