“Efir və cəmiyyət" » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » “Efir və cəmiyyət"
 
 » Xəbərlər » Həftə içi xəbərlər » “Efir və cəmiyyət"

     
 
Xəbərlər » Həftə içi xəbərlər: “Efir və cəmiyyət"
 
 
Müəllif: Carchi | 25 Aprel 2010 | 12028 dəfə oxunub
http://zeka.az/454-zhli-hjsjnov-vefirj-cjmiyyjtin-jn-ngmunjvi-insanlard-gjtirilmjlidirv.html

Əli Həsənov: “Efirə cəmiyyətin ən nümunəvi insanları gətirilməlidir”

Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda keçirilən elmi-nəzəri konfransda deyib. Onun sözlərinə görə, Milli Teleradio Şurası çalışsa da, bazar iqtisadiyyatında hər zaman televiziyaların maddi ehtiyacları ilə cəmiyyətin ictimai tələbləri arasında məqamlar üst-üstə düşmür: “Televiziya elə bir institutdur ki, bütün dövlətlərdə cəmiyyət həyatının aparıcı vasitəsidir. Əgər gələcək nəsilləri sağlam, milli mənəvi dəyərlərlə zəngin görmək istəyiriksə, Azərbaycan mentalitetindən dönmədən, inkişaf etdirərək cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevirmək istəyiriksə, ictimai davranış normalarını getdikcə yüksəltmək istəyiriksə, teleradio fəaliyyətinə, efirə cəmiyyətin ən nümunəvi insanlarını gətirək”.

Əli Həsənovun sözlərinə görə, tamaşaçı televiziyada eyni xanəndəni, jurnalisti, eyni insanları görürsə, müvafiq olaraq onlardan da nümunə götürür: “Bəs onlar ən yaxşı nümunədirmi? Təhlil göstərir ki, nümunə deyil. Müasir dövrdə televiziyalara birbaşa təsir etmək də mümkün deyil”.






 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.