Plastik qablar bizi necə öldürür? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Plastik qablar bizi necə öldürür?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Plastik qablar bizi necə öldürür?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Plastik qablar bizi necə öldürür?
 
 
Müəllif: Carchi | 26 Aprel 2010 | 12508 dəfə oxunub
http://zeka.az/457-plastik-qablar-bizi-necj-gldgrgr.html

Plastik qablar bizi necə öldürür?

Ekspertlər xəbərdarlıq edir: Məişətimizdə istifadə olunan cansız qablar canlı orqanizmimizi "yeyir".

Azərbaycanda son zamanlar plastik qablaşdırma geniş yayılıb. Bütün ticarət obyektlərində istehlakçıların aldıqları mallar polimerdən hazırlanan torbalarda qablaşdırılır. Ərzaq məhsullarından tutmuş, geyim mallarınadək hər bir mal plastik qab və torbalarda verilir. Bu qablara gözümüz öyrəşsə də, çoxumuz bunun ziyanı barədə düşünmürük. Dünya ailmləri plastik qab-qacaqdan istifadənin insan sağlamlığına zərər verməsi ilə bağlı çağırış ediblər. Onların çağırışına artıq bir neçə ölkə cavab verib və həmin ölkələrdə plastik qab-qacaqdan istifadəni qanunla qadağan ediblər. Alimlərin araşdırması göstərir ki, plastik qab-qacaq insan, xüsusilə də uşaqların orqanizminə son dərəcə ciddi təhlükə yaradır. Bu qab-qacaqdan istifadənin qadağan olunmasını vacib sayan alimlər bildirir ki, o, insanın ürək-damar sistemində çatışmazlıqlar yaradır, hətta bəzən xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

Azərbaycan ekspertləri də ölkədə polimer qablardan və qablaşdırmadan istifadənin artmasının böyük fəsadları barədə həyəcan təbili çalır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da plastik qablaşdırmanın ləğvinin tərəfdarıdır. Birlik sədri bildirdi ki, dünyanın bir sıra ölkələrində artıq yeməklərin, xüsusilə də isti yeməklərin plastik qablarda verilməsindən tam imtina olunub.

Milli.Az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.