Sokrat » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Sokrat
 
 » Elm və mədəniyyət » Dahilər » Sokrat

     
   
 
Müəllif: Zaur | 27 Aprel 2010 | 13749 dəfə oxunub
http://zeka.az/459-sokrat.html

Sokrat

 Sokrat zahirən kobud və yaraşıqsız olsa da, əsl humanist və müdrik sadəliyə sahib insan idi. Elə bu cəhətlər bu sadə mütəfəkkiri Afinanın ən gözəl gəncləri tərəfindən sevilən bir müəllimə çevirmişdi. O, gəncləri özünə cəlb edir, onları öz ətrafına toplayır, məbəd qarşısındakı sərin guşədə onları söhbətə tutur, onlara bildikləri anlayışların mənası barədə suallar verirdi.

 Onun ətrafına yığışan və ona fəlsəfəni yaratmaqda kömək edən bu gənclər tərkibcə müxtəlif idilər. Onların arasında Platon və Alkiviad kimi zəngin gənclər də vardı, – onlar Afina demokratiyasına Sokrat tərəfindən verilən satirik təhlildən həzz alırdılar; onların içərisində Antisfen kimi sosialistlər də vardı ki, onlar ustadın qayğısız yoxsulluğundan xoşlanır və bunu bir dinə çevirirdilər; burada, onların arasında hətta Aristipp kimi bir və bir neçə anarxist də tapmaq olardı. Aristipp elə dünyaya can atırdı ki, burada heç bir ağa və qul olmasın, hamı Sokrat kimi rahat bir azadlıq içərisində yaşasın. İnsan cəmiyyətini bu gün narahat edən və gənclərin sonsuz mübahisələri üçün material verən problemlər o zaman Sokratın ətrafına toplaşan gəncləri də narahat edirdi. Onlar öz müəllimləri ilə birgə hiss edirdilər ki, təfəkkürdən xali olan həyat insana layiq deyildir. İctimai fikrin hər bir məktəbinin burada öz nümayəndəsi və bəlkə də öz mənşəyi vardı.

 Ustadın necə bir çətinliklə yaşadığını hamı bilirdi. O, heç vaxt işləməmiş, heç vaxt da sabahın fikrini çəkməzdi. O, naharı yalnız o zaman edirdi ki, ardıcılları onların süfrəsini öz iştirakı ilə şərəfləndirməsini ondan xahiş edirdilər.

 Lakin öz evində o, bir elə yaxşı qarşılanmırdı. Arvadı və uşaqları ona qarşı bir sayğısızlıq nümayiş etdirirdilər. Arvadı Ksantippanın nəzərində Sokrat heç bir işə yaramayan ailəsinə çörəkdən daha çox biabırçılıq gətirən bir tənbəl idi. Onun şagirdləri nədən ona belə ehtiram göstərirdilər? Yəqin ona görə ki, o bir filosof kimi dəyərli olmaqla yanaşı, insan kimi də dəyərli idi. O, döyüş meydanında böyük bir risk altına girərək Alkiviadın həyatını xilas etmişdi; o heç bir qorxu nümayiş etdirmədən və heç bir artıq hərəkətə yol vermədən zəhər dolu badəni başına çəkmişdi. Amma şagirdlər, şübhəsiz ki, daha çox onun təvazökarlığında əks olunan müdrikliyi sevirdilər. O müdrik olduğunu iddia etmirdi, yalnız onu sevə-sevə axtardığını söyləyirdi. O, müdrikliyin həvəskarı idi, peşəkarı deyildi. Deyilənə görə, Delfa məbədinin bir kahini səmimi qəlbdən onu yunanların ən müdriki adlandırmışdı. Sokrat isə bu hadisəni özünə xas olan skeptisizmin (şəkkaklığın) bəyənilməsi kimi şərh etmişdi. Bu skeptisizm isə onun fəlsəfəsinin çıxış nöqtəsini təşkil edirdi: “Yalnız bir şeyi bilirəm ki, heç nə bilmirəm” fəlsəfəsi o zaman başlayır ki, xüsusən də, öz inamlarına, ehkamlarına və aksiomalarına münasibətdə kimsə şübhə etməyi öyrənir. Fikir üzünü özünə çevirməyəcəyinə qədər, əsl fəlsəfə də əslində yoxdur: Sokrat deyirdi özünü dərk et!

 Filosoflar, əlbəttə ki, ona qədər də mövcud idilər. Onların içərisində Fales və Heraklit kimi güclüləri də ,  Pifaqor və Empedokl kimi bəsirət sahibləri də, Parmenit və Zenon kimi eleyalılar da vardı. Lakin onların əksəriyyəti təbiət filosofları idilər; onlar ətraf predmetlərin mahiyyətini öyrənməyə çalışır, maddi və ölçüyə gələn dünyanın qanunlarını axtarıb, tərkibini bilmək istəyirdilər. Sokratın isə təbiət filosoflarına münasibəti belə idi: bütün bunlar çox yaxşıdır, lakin filosof üçün ağaclardan və daşlardan, hətta ulduzlardan daha dəyərli olan bir mövzu da vardır ki, bu da insanın ruhu, insanın mənəviyyatıdır. İnsan nədir və nə ola bilir?

 Sokrat , hər halda bizim iki ən çətin problemimiz üçün iki son dərəcə aşkar cavabı fəlsəfəyə miras qoymuşdur; birinci problem -  fəzilətin mənası nədir və ikinci problem – ən yaxşı dövlət nədir? O vaxtın gənc afinalıları üçün bunlardan daha həyati olan bir mövzu ola bilməzdi.

 Afinada yeni və təbii əxlaq necə inkişaf etdirilməlidir? Dövlət necə xilas edilməlidir? Sokrat ölümü və ölməzliyi bu suala cavab idi. Əgər o, qədim politeist (çoxallahlığa) inamı diriltməyə çalışsaydı, qəlbləri artıq emansipasiyaya (azadlığa çıxma) uğramış gəncləri yenidən məbədlərə istiqamətləndirsəydi, onlara atalarının tanrılarına yenidən qurban verməyi əmr etsəydi, Afinanın yaşlı vətəndaşları ona çox minnətdar olardılar. Amma o hiss edirdi ki, bu, faydasız və fəlakətli bir siyasət və geriləmə olardı. Onun öz dini inamı vardı: O,  vahid tanrıya inanırdı və ümid edirdi ki, ölümü onun bütövlükdə məhvi olmayacaqdı. Amma bununla yanaşı düşünürdü ki, davamlı ola biləcək hər hansı əxlaq kodeksi belə, bir qeyri-müəyyən teologiyanın üzərində bərqərar ola bilməz. Əgər kimsə dini doktirinalardan azad olan, həm ateistlər, həm də möminlər üçün öz qüvvəsini saxlaya biləcək bir əxlaqi doktrina qura bilsə, onda teologiyalar tərs, ipə-sapa yatmayan fərdləri icmanın sülhsevər vətəndaşlarına çevirən əxlaq prinsiplərini zəiflətmədən bir-birilərini əvəz edə bilərlər.                                                                                                                                                                                                                                                                                     (Ardı var)

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (4) Çap et
 
 

     
 
#1 Yazan: Səyavuş Xəlilov (29 Aprel 2010 10:22)



Qrup: Qonaq
Tarix: --
Təşəkkur edirəm. Maraq dairəmdə olan sahənin mövzusudur. Davamını ən qısa müddətdə görmək arzusundayam.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: ukalacocuK (30 Aprel 2010 21:57)



Qrup: İstifadəçi
Tarix: 20.04.2010
ela
ICQ: hj    
 
     
 

     
 
#3 Yazan: Fuad (21 May 2010 14:26)



Qrup: Qonaq
Tarix: --
Salam. Toxunduğunuz mövzular həqiqətən də maraqlıdır. İstərdim ki bu mövzularda məqalələriniz çox olaydı. Eyni zamanda dahilərin fikirlərindəki fikir ayrılıqlarını və fikir oxşaqlıqlarını da, müqayisəli məqalələr saytda yerləşdirəsiniz 
ICQ: --    
 
     
 

     
 
#4 Yazan: arzum_yuxum (12 Mart 2011 16:08)



Qrup: İstifadəçi
Tarix: 10.03.2011
coxx maraqlidir.daha cox intellektual melumatlar qoysaz pis olmaz.. wink
ICQ: a    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.