Ailə psixologiyasi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ailə psixologiyasi
 
 » Sağlamlıq » Psixologiya » Ailə psixologiyasi

     
 
Sağlamlıq » Psixologiya: Ailə psixologiyasi
 
 
Müəllif: Admin | 22 Avqust 2009 | 16944 dəfə oxunub
http://zeka.az/46-ail601-psixologiyasi.html
alt

Ailə: məhəbbət və şəxsiyyət.

Ailə əsaslı dəyişkənliklərinə baxmayaraq, bəşər cəmiyyətinin öz hədəfində sabit qaldığı ilk quruluşlarından biridir ki, hələ də bütün cəmiyyətlərdə əsas əhəmiyyətə malikdir. Bədii ədəbiyyatın insan əzəməti və ləyaqəti haqqında yaratdığı ən böyük himn məhəbbət himnidir.

Məhəbbət... Oğlan və qızların bədbəxt və xoşbəxt məhəbbəti bütün dövrlərdə bədii ədəbiyyatın ən başlıca mövzusu olmuşdur. Təsadüfi deyil ki, hər xalqın öz “Leyli və Məcnun” dastanı vardır...

Bu munis hissin insan həyatında əhəmiyyəti aydındır. Məhəbbət bünövrəli  ailələr həmişə xoşbəxt olurlar. Məhəbbət də canlıdır, o da doğulur, ömrünün bahar və qış fəsillərini yaşayır. Bəs, bizim müasirimizin ailə həyatında məhəbbət hissi necə rol oynayır?

Məhəbbət qanunları ilə yaşayan ailələr çoxdur. Ər və ya arvad bütün həyatı boyu nəinki ömür-gün yoldaşını sevir, həm də ona öz uşaqlarını, ev-eşiyini sevməyi öyrədir, hətta özlərinin ixtiyar çağlarında belə bir-birinin qəlbini gənclik məhəbbətinin pak nəfəsi və qeyri-adi hərarəti ilə isidirlər.

İnsan məhəbbətinin bu böyük möcüzəsini nə ilə izah etmək olar?

Ailənin inkişafının bütün mərhələlərində məhəbbət hissi onun psixoloji bünövrəsini, təməl daşını təşkil edirmi? Xoşbəxt olmaq üçün təkcə məhəbbət hissi kifayətdirmi? Sosioloqlar və psixoloqlar bu mühüm sualları aydınlaşdırarkən maraqlı faktlar aşkara çıxarmışlar. Bəziləri ilə tanış olaq:

Ailə xoşbəxtliyinin sirlərini təkcə məhəbbətlə izah etmək bu çox sadəlövh görünərdi. Adamların təxminən 30 faizi bir-birini sevmədən ailə qururlar. Buraya ilk növbədə qohum və tanışlar, ana və bacılar vasitəsilə qurulan ailələr daxildir. Bir çox ailələr isə təsadüfi tanışlıq əsasında yaranır. Müəyyən mülahizə ilə bağlanan nigahlara da az təsadüf olunmur. Boşanmaya aid statıstika göstərir ki, bu ailələrin bir qismi müəyyən vaxta keçdikdən sonra dağılır. Belə ailələrə azömürlü ailə deyilir. 1978-ci ildə boşanma nəticəsində dağılan ailələrdən 3,7 faizinin ömrü 1 il, 15,4 faizin ömrü 1-2 il, 17,9 faizin ömrü 3-4 il olmuşdur. Azömürlü ailələrin uğursuz taleyini təkcə məhəbbət qanunlarına bağlamaq nə dərəcədə doğrudur? Bir cəhəti qeyd edək: Qarşılıqlı məhəbbət olmadan yaranmış ailələrin hamısı sonradan dağılırmı? Xeyr. Hətta bir-birini sevmədən ailə qurmuş ər və arvadın bir çoxu sözün həqiqi mənasında xoşbəxt yaşayırlar. Onlar evlənəndən sonra bir-birinə sanki sevmək öyrədir və sağlam uşaqlar tərbiyə edirlər. Görəsən, qarşılıqlı məhəbbət əsasında yaranmış ailələrdən  birinin qısa müddətdə dağılması, o birinin möhkəmlənməsi, xoşbəxt ailə kimi inkişaf etməsi nə ilə əlaqədardır?

Sosioloqlar müəyyənləşdirmişlər ki, kişi və qadınların 70 faizi bir-birini sevərək evlənir. “Könül sevən göyçək olar” -demişlər. Burada da biz qəribə hadisələrlə rastlaşırıq. Evlənəndən 5-6 il keçir, məlum olur ki, onların yanlız 46 faizi öz həyat yoldaşını sevməkdə davam edir, 24 faizi isə artıq sevmir. Ümumiyyətlə , evlənəndən 5-6 il keçdikdən  sonra müxtəlif kişi və qadınların ailə həyatı davam edirsə, onların bəlkə də yarısından çoxunu məhəbbət hissi birləşdirmir. Bu ailələrin, təbiidir ki, bir çoxu dağılır. Belə bir fakt məlumdur ki, evlənəndən 5 və 9 il keçəndən sonra boşanan qadın və kişilər boşananlar içərisində xüsusi yer tuturlar. Lakin bu, ümumi qanunauyğunluq sayıla bilməz. Belə ailələrin əksəriyyəti nəinki dağılmır, əksinə, həyat imtahanından uğurla çıxırlar. Bu halları nə ilə izah etmək olar?

Müxtəlif alimlər tərəfindən bu istiqamətdə aparılan tədqiqatlar göstərir ki, məhəbbət ailə həyatının yalnız ilk illərində onun əsasını təşkil edir. Bir neçə il, məsələn, 5-6 il keçəndən sonra nigahın taleyi təkcə məhəbbət hissindən yox, eyni zamanda birgə ömür-gün sürmüş ərin və arvadın şəxsiyyətindən, hər birinin şəxsi keyfiyyətindən asılıdır. Onların bir-biri ilə rəftarı, uşaqların münasibətləri, bu bəşəri hisslərin özü məhəbbətin taleyini həll etmiş olur.

Ailənin taleyi, bu həyatın fərəhli, uğurlu olub-olmaması ərin və arvadın şəxsiyyətindən asılıdır. Elə halla qarşılaşırsan ki, ailədəki qeyri -normal mənəvi və sosial vərdişlər bu həyatı kölgələyir, narazılıqlara gətirib çıxarır.

Ərin və arvadın şəxsiyyəti ailə münasibətlərində: bir-birinə və uşaqlara  münasibətdə üzə çıxır. Burada söhbət bir insan ömründən, bu ömrü insan kimi mənalı, sakit və təmiz yaşamaqdan gedir.

Ailənin yaranmasında iki nəfər  - ər və arvad iştirak edir. Onlar necə tərbiyə almışlar? Bir şəxsiyyət kimi onlarda hansı xüsusiyyətlər formalaşmışdır? Bunlar adi suallar deyildir. Ər və arvadın şəxsi səadəti, gələcək ailənin, uşaqların xoşbəxtliyi, ümumiyyətlə, onların bir şəxsiyyət kimi necə formalaşmalarından asılıdır.

Ailədə ər-avad 32-40 il birgə ömür sürür. Azərbaycan Respublikasında – uzunömürlülər diyarında 100 ildən artıq birlikdə ömür-gün sürmüş xoşbəxt adamlar da olmuşdur. Belə ailələrlə yaxından tanış olduqda inanırsan və yəqin edirsən ki, ailə qurulan ilk gündən ər və arvad bir-birinə mehribanlıq, sədaqət göstərmişlər. Deməli, həyat yoldaşı nəinki qadının və ya kişinin həm də ata və ana kimi uşaqların gələcək taleyində həlledicidir. Məhz buna görə də hər bir gənc bilməlidir ki, kiminlə ailə qurur, yaşayır, onun hansı xüsusiyyətləri vardır, bu xüsusiyyətləri ailə həyatında necə nəzərə almaq olar? Lakin bəzən bu vacib cəhətlər nəzərə alınmır, zahiri xoşagəlmə, təsadüfi ünsiyyət və s. ailə qurmaqla nəticələnir.

Müəyyən yaşa çatanda bütün oğlan və qızlarda ailə qurmaq tələbatı əmələ gəlir. Onlar evlənmək istəyirlər və evlənirlər. Ancaq onlardan hər biri bu vaxt müəyyən motivdən çıxış edir: bir qrupu oğlanı sevdiyi üçün ona ərə gedir, ikinci adət və ənənə üzrə evlənir (hamı evlənir mən də evlənim), üçüncüsü maddi mülahizələrə (oğlanın və ya qızın yaxşı peşəsi, evi, ümumiyyətlə, maddi təminatı və s. vardır), digər qrupu qız xoşuna gəldiyi üçün, yaxud əxlaqi mülahizələrə görə evlənir... Bu şərti qrupları müxtəlif sosioloji və psixoloji tədqiqatların nəticələri əsasında davam etdirmək mümkündür. Nəticə çıxarmaq üçün bunlar da kifayətdir: insanların əxlaqi şüuru, mənəviyyatı, hüquqi düşüncəsi eyni deyil, onlar öz həyatlarının mənasını və gələcək perspektivlərini eyni şəkildə başa düşmürlər. Bundan asılı olaraq davranış motivlərində köklü fərqlər əmələ gəlir. Sevdiyi üçün və maddi mülahizələrə görə evlənmiş iki adamın davranış motivləri heç də eyni məna daşımır. Onların öz ailələrinə, “həyat yoldaşlarına”, hətta doğma uşaqlarına münasibətlərində fərqli cəhətlər özünü göstərir. Əgər biz hər hansı bir adamın, tutaq ki, sevdiyimiz qızın və oğlanın, həyat yoldaşımızın davranış motivlərini bilmiriksə, bu psixoloji baxımdan o deməkdir ki, onun şəxsiyyəti , davranışının əsl məzmunu haqqında təsəvvürümüz yoxdur.

Bütün bu problemlər bu günkü ailələrin mövcüd çətinliklərə qarşı çıxa bilmək üçün tərbiyəvi və psixoloji məsləhətlərə möhtac olduğunu göstərir. Bu gün övladların tərbiyəsi, yaxud həyat yoldaşına aid davranışlar otuz il bundan öncəkinə bənzəmir. Ailələrə təsir göstərən amillər o qədər çoxdur ki, onların zərərli təsirlərinə qarşı çıxmaq üçün ailələrin milli səviyyədə təlim-tərbiyə olunmasına möhtacıq.

Bizim ən mühüm dini mətinlərimiz – yəni Qurani-Kərim, Peyğəmbər və məsumların kəlamları ailənin ən əsas məsələlərindən tutmuş ən cüzi məsələlərinə dair və hal-hazırki əsrə uyğun yararlı tövsiyələrlə zəngindir. İslamın ailə haqqındakı təlimlərin məcmuəsi bizi ailənin psixoloji və maddi ehtiyaclarına cavab verən bir quruluşa yönəldir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.