İnsanın əl yazısı onun kimliyindən xəbər verir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İnsanın əl yazısı onun kimliyindən xəbər verir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İnsanın əl yazısı onun kimliyindən xəbər verir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İnsanın əl yazısı onun kimliyindən xəbər verir
 
 
Müəllif: Admin | 29 Aprel 2010 | 12452 dəfə oxunub
http://zeka.az/461--dnsandn-jl-yazdsd-onun-kimliyindjn-xjbjr-verir.html

Faktxeber.com-un verdiyi məlumata görə, bu üsula ən çox müraciət edən sahə böyük firmalardır. Qrafologiya elmi insanın xarakterini, davranışlarını, istəklərini tapmaqda və insanın kimliyinin analizində ən etibarlı vasitə sayılır

Əl yazısı insanın iqtisadi mənşəyini, yaşayışını, həyatdakı mövqeyini və təhsilini əks etdirir. Fransa kimi ölkələrdə şirkətlərin 80 faizi iş görüşlərində əl yazısı vasitəsi ilə kadırın kimliyini təhlil edirlər. Əl yazısıyla insanın xarakterini öyrənmək xalqdan xalqa, insandan insana fərq edir.

Mütəxəssis bir qrafoloq bildirib ki, hansı xalqın nümayəndəsi olursa olsun, hansı dildə yazırsa yazsın, mən onun düşüncələrini əl yazısıyla kağız üzərinə əks olunan proyeksiyalarını oxuya bilirəm.

Qrafalogiyada ən azı 300 fərqli əl yazısı nümunəsindən istifadə edilir. Lakin yenə də dəyişməyən və təməl olaraq xarakterizə edilən müəyyən bəzi qaydalar var.

1) Yazını əymək

Əl yazısının sağa doğru əymək, insanın ünsiyyət qabiliyyətinin göstəricisidir. Bu cür insanlar daha dost canlı və məsuliyyətli olurlar.

Yazı sağa doğru əyildikcə insanın qərarları duyğularının təsirinə düşür. Əl yazısının ümumiyyətlə düz olması insanın müstəqilliyinə dəlalət edir.

Sola doğru əyilən əl yazısı, romantikliyi və ehtiyatlı olmağı göstərir. Bu əl yazısının sahibi, əvvəlcə hər məlumatı təsdiqləyir. Başqalarının onu hər hansı bir söz verməyə məcbur etməsindən isə xoşu gəlmir.

2) Böyük yazılar

Böyük əl yazısıyla yazan şəxslər daha çox dostluğu xoşlayırlar. Bu cür insanlar xaricilərdən uzaq durur. Amma özünə çox etibar edir.

3) Kiçik yazılar

Kiçik əl yazısı məntiqli düşünməyin göstəricisidir. Təfəkkür etməyi sevən insanlardır.

4) Kobud yazılar

Kobud yazan şəxslər verdikləri sözü yerinə yetirməkdə həmişə tərəddüddə olurlar. Həyatda baş verən hər bir hadisəni ciddi qəbul edir.

Çox kobud yazı isə şəxsin gərginliyindən xəbər verir. Onu tənqid edənlərə qarşı çox qəzəblidir. Bu cür insanlar əvvəl cavab verərlər sonra sual soruşarlar.

5) İncə yazılar

Çox incə yazılar isə mühitə və insanlara olan həssaslığı təmsil edir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.