Zina və ya fahişəlik » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Zina və ya fahişəlik
 
 » Din » Əxlaq » Zina və ya fahişəlik

     
 
Din » Əxlaq: Zina və ya fahişəlik
 
 
Müəllif: Abdullah | 30 Aprel 2010 | 15843 dəfə oxunub
http://zeka.az/463-zina-vj-ya-fahiejlik.html

Zina  və ya fahişəlik

 Allah müqəddəs kitabında belə buyurur:

Zinaya yaxınlaşmayın, cünkü o fahişəlik və çox pis bir yoldur. (Bəni-İsrail, ayə 34)

Hər hansı bir insanın günaha yol verməsinin səbəbi, onun nadan olmasından irəli gəlir. Allaha və yaranışdan olan hədəfə qarşı nadan olmaq, insanı günaha tərəf yönəldir.

Məsələn, tibb elmindən başı çıxmayan bir şəxsə, mikrobla dolu yeməyi versən o bunu asanlıqla yeyəcək. Amma savadlı bir həkim heç vaxt o yeməyi yeməz. Cəhalət dövründə insanların həyatını bürümüş günahların çoxu, cahillik səbəbindən və ya nadanlıq ucbatından baş verirdi.

    Dünyada elmin sürətlə inkişaf etdiyi bir gündə, insanlara nadan və ya cahil demək özü nadanlıq və cahillikdən başqa bir şey deyil. İnsan savad baxımından elmsiz ola bilər, amma hansı bir əməlin, əşyanın, nemətin, malın və xüsusilə də  hansı qadının ona aid olub-olmamasını bilməməsi əsla mümkün deyil. Əgər bir insan nəyin ona aid olmasını və ya olmamasını bilmirsə o zaman ona heyvan demək əsl yerinə düşərdi.

Bu gün cəmiyyətin çox asan bir şəkildə etdiyi gunahlardan biri də, zinadır. Zina bir insanın başqa birisi ilə qanunsuz olaraq cinsi əlaqədə olmasıdır ki, o da cəmiyyətə bir çox xəstəliklər və ilahi bəlalar gətirir. Allah-təala zinanın tərifini yuxarıda qeyd etdiyimiz ayədə bizlərə çatdırır. Ayənin ərəbcəsində belə buyurulur: İnnəhu kanə fahişətən, yəni həqiqətən o fahişəlikdir.Bizim çirkin dediyimiz kəlməyə Quran fahişəlik deyir ki, bu da bizim dilimizdə də işlənir. Əxlaqsızlıq edib bu çirkin işi görənə cəmiyyətimizdə də fahişə deyilir. Qurandan fərqli olaraq cəmiyyət , yalnız qadınlar bu işi gördükdə ona fahişə deyir, amma Qurani-kərim heç bir fərq qoymadan həm qadın, həm də kişi bu işi gördükdə onu fahişə adlandırır. Çünki zina təkcə qadınlara qadağan edilməyib.Əgər bu eyni əməli kişi də törətmiş olsa ona da bu ad şamil olur. Fahişə sözü ifşa, afişa sözündəndir ki, hansısa bir çirkin əməli cəmiyyətdə yaymağa deyilir. Allah-təala da zina etməyi bizlərə qadağan etmiş və bu əməli yaymamağa bizləri cağırır. İmam Rza (ə. s) buyurur: “Zina bu fəsadlara səbəb olduğuna görə haram edilmişdir: İnsan qətli,əsl-nəcabətin aradan getməsi,uşaqların tərbiyəsizləşməsi, irs-miras məsələsinin pozulması və bu kimi fəsadlar. Biharul-ənvar c. 79, səh 24, hədis 19.

Öz şəhvət hislərini zina yolu ilə təmin edən bir cəmiyyət çox təhlükəli bir yola düşmüş olur ki, belə olduğu bir halda həmin cəmiyyəti idarə etmək olduqca təhlükəli olur. Belə ki, o cəmiyyətin axır aqibəti əsl məqsəddən uzaqlaşaraq qorxulu uçurumlara yuvarlanmaqla nəticələnir. Allahın insanda qoyduğu şəhvət hissi bəşər nəslinin qorunub saxlanılması, davam etdirilməsi, ailə mühitində, ər-arvad arasında bir sıra ruhi və mənəvi istəklərin yaradılması üçündür. Məhz bu istəklər ailə ocağında mehr-məhəbbət yaradır və şəhvət hissini qanuni və məhdud yolla təmin edir. Amma çirkin əməl olan zina cəmiyyəti dərin və qorxulu uçurumlara sövq edir, cinsi pozğunluqdan əmələ gələn milyonlarla xəstələrin müalicəsinə miliyonlarla dollar  sərf olunsa da, bu yolla əmələ gələn saysız-hesabsız uşaqlar başsız qalır, minlərlə insanlar müxtəlif sağalmaz xəstəliklərə tutulur, bir sözlə insani dəyərlər tükənir insanlar arasında heyvani duyğular və istəklər baş qaldırır. Beləliklə, cəmiyyət həm maddi, həm də mənəvi məhv olub aradan gedir.Qeyd olunan bu hallar zinanın yaratdığı anormal halların kiçik bir nümunəsidir. Bu gün cəmiyyətdə fahişəlik və qanunsuz cinsi əlaqələrin genişləndirilməsi o qədər narahat edicidir ki,onu 20-ci əsrin insanına aid etmək bir növ ziddiyətə oxşayır. Adam hərdən elə fikirləşir ki, min bir zəhmət ilə atomu yarıb, onun enerjisindən bəhrələnmək istəyən insan nə üçün Allahın ona bəxş etdiyi qüvvələri ən çirkin və yaramaz iş olan fahişəliklə aradan aparır? Halbuki o, bir tərəfdən təbii qüvvələri öz ixtiyarına keçirir, digər tərəfdən isə özünün məhv olmasına səbəb olan amillərə şərait yaradır. Bir cəmiyyətdə zina əməli çoxalarsa o zaman qəfil ölümlər çoxalar, o məmləkətin ruzisi və bərəkəti çəkilər, ən əsası Allah o cəmiyyətə bəlalar göndərər ki, təbəqəsindən və irqindən, imkanından, varlı və kasıb, şah və qul olmasından asılı olmayaraq, bu bəla onları öz ağuşuna alar. Necə ki, həzrət Lutun, həzrət Hudun qövmü, Səmud və Pompey şəhəri, Səba xalqı və Ərim seli insanlıq tarixinə bir örnəkdir ki, ey kaş, insanlar bunu dərk edəydilər!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.