İnsan orqanizmində heyrətamiz nizam » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » İnsan orqanizmində heyrətamiz nizam
 
 » Din » Əqidə » İnsan orqanizmində heyrətamiz nizam

     
 
Din » Əqidə: İnsan orqanizmində heyrətamiz nizam
 
 
Müəllif: Zaur | 30 Aprel 2010 | 13710 dəfə oxunub
http://zeka.az/464-dnsan-orqanizmindj-heyrjtamiz-nizam.html

İnsan orqanizmində heyrətamiz nizam

   Bəşər, insan xüsusiyyətlərini tanımaq üçün bir sıra elmlərin əsasını qoymuş və onların köməyi ilə öz vücudunu saran sirlərdən bəzisini öyrənə bilmişdir. İnsan bədəni o qədər əsrarəngizdir ki, onun bütün üzvlərindən hər biri – bizi hikmətli və alim yaradıcıya yönəldir, çünki hər bir üzvün heyrətli sirləri vardır. Bu sirləri aşağıdakı şəkildə araşdırmaq olar:

İnsan orqanizmini təşkil edən hüceyrələrin heyrətli quruluşu.

  1. Bədənin mətbəxi hesab olunan həzm orqanları.
  2. Orqanizmin sürətli qida paylayıcısı sayılan qan dövranı sistemi.
  3. Bədəndə qanı tənzimləyən tənəffüs orqanları.
  4. Bədəni idarə edən sinir sistemi və dayaq-hərəkət sistemi.
  5. Beynin məlumat şəbəkəsi hesab edilən analizatorlar – duyğu orqanları.
  6. İnsan bədəninin digər üzvləri.

Bu heyrətli orqanların hər birinin quruluşu bizə qüdrətli, hikmətli Yaradana doğru yönəlməkdə bələdçilik edir. Bu üzvlər, hətta onların zərrəcikləri belə bizə Allahşünaslıq ruhiyyəsinin sədalarını çatdırır. Ağıl və vicdan bütün bunların bir təsadüf nəticəsində yarandığına inanmır.

      Hər ikisinin diametri bir kağız vərəqinin diametrindən çox olmayan və bir neçə qatdan təşkil tapan göz bəbəklərimizin qüdrətli bir Yaradan tərəfindən deyil, öz-özlüyündə yarandığına necə inanmaq olar?!

     Hər dəfə haqqında yeni kəşflər edilən və ömrü boyu dəqiq laboratoriya kimi işləyən həzm orqanı təsadüfən yarana bilərmi?! Biz yeməklərin çoxunu xam şəkildə bu orqana ötürür və heç fikirləşmirik ki, bu orqan necə fəaliyyət göstərir və həzm qurğusundakı kimyəvi reaksiya bu xam maddələrlə hansı şəkildə olur? Biz ət, göyərti, dənli bitkilər, çörək və s. yeyir, su içir və bütün bunları mədəyə ötürürük. Bəzən dərman adıyla kükürdlü maddələr uduruq. Bizim mədəmiz bütün bu qidalar içindən faydalı hesab etdiyini seçib, özünün ifraz etdiyi kimyəvi maddə ilə yoğurur. Sonra onun qalıqlarını uzaqlaşdırıb, yerdə qalanını proteinə çevirir və bu proteini qidalanmaq üçün bədən hüceyrələrinin istifadəsinə verir. Sonra mədə piy və digər zəruri maddələri toplayır ki, qida olmadığı zaman bədən aclıqdan tələf olmasın. Ən maraqlısı isə insanın kiçicik diqqətinin  ona yönəlmədiyi halda baş verməsidir!      

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.