Düzlük və yalanın ailədə rolu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Düzlük və yalanın ailədə rolu
 
 » Sağlamlıq » Psixologiya » Düzlük və yalanın ailədə rolu

     
 
Sağlamlıq » Psixologiya: Düzlük və yalanın ailədə rolu
 
 
Müəllif: Zeyneb | 2 May 2010 | 12816 dəfə oxunub
http://zeka.az/465-dgzlgk-vj-yalandn-ailjdj-rolu.html

Düzlük və yalanın ailədə rolu

    Ailə cəmiyyət, dövlət kimidir. Əvvəldən təməli necə qoyulsa, sonda nəticə elə olacaq. Bu, tikilən binaya oxşayır, hələ təməli qazılanda möhkəm olmalıdır. Əks halda, nə qədər mərtəbə ucalsa da, gec-tez alt-üst olacaq. Ailə qurarkən ilk növbədə seçdiyimiz insanı nəzərdən keçirməliyik. Düzgün insan olmasa o da, gec-tez fəsad törədəcək.

      Keçək ailə daxilində olan düzlük və yalana... İlk gündən kişi və qadın özlərində qəbul etməlidirlər ki, biz artıq müstəqil ailə həyatı qurmuşuq. Yəni qız ailədən ayrılmasını qəbul etməli və öz yeni ailəsinə sahib çıxmalıdır. Kişi də həmçinin. Bəzən bizim fikir vermədiyimiz xırda məsələlər belə düzlüyü aradan qaldıra bilər. Məsələn, evə saat 16.00-da qayıtdığınız halda 15.00-da qayıtdım deməniz. Zahiri cəhətdən “burda nə var ki?” deyə bilərik və ya bir əşyanı 10 manata alıb 15 manata aldım demək belə düzlüyü aradan götürür.

      Xanımlar, özünüzə meyar seçin ki, ailənizə aid hər şeyi hamıdan qabaq yoldaşınıza özünüz deyəcəksiniz. Bəzən xırda bir yalan insanı etibardan salar. Bu məsələyə dırnaq arası baxmayın, çünki ailə xırda bir anlayış deyil.

      Psixoloqlar deyirlər ki, ailə mikro dövlətdir. Kişi bu dövlətin prezidenti sayılır. Müasir qızlarımız deyir ki, ailə hüquqları qadın və kişi arasında  50/50-yə bölünməlidir. Heç kim bir-birindən üstün olmamalıdır. Bununla razılaşsaq görərik ki, bu tip ailələrdə heç də vəziyyət 50/50-yə olmur. Bu ailələrdə idarəçi xanım olur, gec-tez onun fəsadı üzə çıxır.

    Bilirsiz, düzlük niyə vacibdir? Çünki düz əyrini kəsər. Düz acı da olsa düzdür. Bilin, birini özünüzə yalanlarla bağlasanız bir gün bu yalanlar ortaya çıxacaq. Amma düzlüyün acısını yaşaya-yaşaya onu olduğu kimi izah etsəniz bu qəbul olunacaq. Sonda bütün xanımlara üzümü tutub deyirəm ki, ailə müqəddəsdir! Onun təməlini yalanla qurmayın! Bəlkə sizin bir yalanınız bir insanın həyatını məhv edər və ya illər sonra üzə çıxmış bir yalan dünyaya gətirdiyiniz bir körpənin həyatını sarsıda bilər.

  Nəzərə alın ki, yalanın həm dünya, həm axirət üçün zərəri var.

Psixoloq Zeynəb Zeynalova

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.