Azərbaycan himninin müəllifi – Əhməd Cavad » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan himninin müəllifi – Əhməd Cavad
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan himninin müəllifi – Əhməd Cavad

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan himninin müəllifi – Əhməd Cavad
 
 
Müəllif: Carchi | 5 May 2010 | 12900 dəfə oxunub
http://zeka.az/469-azjrbaycan-himninin-mgjllifi-v-zhhmjd-cavad.html

 Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır. Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.

Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır.

 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şerlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.

 Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O, könüllü əsgər kimi köməyə getmiş, Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur.

Birinci dünya müharibəsi zamanı, 1915-ci ildə Türkiyədə rus və erməni istilasına, özbaşnalığına qarşı çıxaraq "Azərbaycan xeyriyyə cəmiyyəti" vasitəsilə vaxtaşırı türk xalqına kömək göstərmişdir. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışmış, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməmişdir. Məhz bu səyləri içərisində, xüsusi olaraq, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" üzərində Azərbaycanın Dövlət himninin bəstələnməsini qeyd etmək kifayət edər.

 Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il repressiyalarının qurbanı olmuşdur. /Deyerler.org/





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.