Yazi və əlifba » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yazi və əlifba
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yazi və əlifba

     
   
 
Müəllif: K-Shahsuvar | 22 Avqust 2009 | 18762 dəfə oxunub
http://zeka.az/47-yazi-v601-601lifba.html

Yazi və əlifba

İlk sivilizasiyalarda yazının meydana gəlməsi insanların bilik və təcrübələrini artırması ilə bağlı idi.İnsanlar əldə etdikləri bilikləri gələcək nəsillərə ötürməli idilər.Yazının ilk dəfə kimin tərəfindən və nə vaxt yazılması məlum  deyildir amma əldə olan məlumatlardan bu qənaətə gəlmək olur ki, yazı miladdan öncə üçüncü minillikdə olub buna o dövürdə yaşayan xalqlardan günümüzə gəlib çıxan tarixi abidələr və arxioloji qazıntılar zamanı tapılan sərdabələr şəhadət verir və həmçinin yazının qədimliliyinə dəlalət edən başqa bir sübutda zikr etmək olar bu həztət Süleyman Peyğəmbər (ə) müqəddəs kitabımız olan Qurani Kərimdə zikr olunan əhvalatıdır beləki, bu əhvalatda Süleyman Peyğəmbərin (ə) Səbə məlikəsi ilə məktublaşmağından söz açılır. Günümüzə gəlib çıxmış yazı fonetik yazı növünə aiddir (hərflərin səsləri ifadə etməsi), amma yazı bu dərəcəyə gəlib yetişənə qədər çoxlu yollar keçmişdir. Şumerlər sözləri işarə etmək üçün rəsmlərdən istifadə edirdilər. Məsələn: Ayaq şəkili ilə getməyə, balıq şəkililə balığa, quş şəkililə quşa və s. kimi . Bu işarələr elmdə “piktoqram” adlanır. Miladdan qabaq III minillikdə qədim misirlilər öz yazı sistemini yaratdı. Sonralar yunanlıların heroqlif (müqəddəs)  adlandırdıqları bu yazı əsasən ilah qərar verdikləri heykəllərin və sarkofaktların üzərində həkk olunurdu. Bu yazıdakı işarəlr, yalnız  sözləri deyil, həm də səsləri ifadə edirdi (xatırladaq ki, bu cür yazılar “ideoqrafik “(yəni: işarələrin söz, anlayış ifadə etməsi) yazı sisteminə aiddir). Misir yazısı 750 –yə qədər heroqlifdən ibarət idi. Belə mürəkkəb yazını uşaqlıqdan öyrənmək lazım gəlirdi. Bu işin çətinliyi təkcə işarənin yadda saxlanılmasında deyildi, çətinlik həm də hər bir sözü xüsusi qayda üzrə tərtib etməkdə idi. Ona görə də savadlı adamlar çox az idi, yazmaq və oxumaq xüsusi peşə sayılırdı və öz dövrünə görə şərəfli və gəlirli bir iş hesab edilirdi. Qəribə də olsa fonetik yazı növünün ilk əlifbasının yaradılması ticarətlə bağlı olub. Qədimdə Aralıq dənizinin sahillərində yaşayan finikyalılar bir neçə ixtiraları ilə tarixin yaddaşında iz qoyublar. Bu ixtiralardan biri də əlifbadır. Finikiya tacirləri başqa şəhərlərə  mal aparır, alış – veriş edirdilər. Çox vaxt onlar borc pul və ya nisyə mal verir və bu zaman həmin şəxslərlə sövdələşirdilər . Şifahi sövdələşmələr tez-tez pozulurdu. O vaxt mövcud olan yazı sistemləri isə müqavilə şərtlərini yazıda dəqiq əks etməyə imkan vermirdi. Beləliklə, tacirlər əlifba yaratmalı oldular. Əvvəlki yazı sistemlərinə nisbətən əlifba daha tez mənimsənilirdi. Odur ki, bu yazı növü tez bir zamanda başqa xalqlar arasında da yayıldı və maarifin inkişafına güclü təsir göstərdi. Hər xalq öz dilinin səs sisteminə uyğun əlifba yaratdı. Zaman keçdikcə finikiya əlifbası unuduldu, lakin sonradan bu əlifbanın əsasında yaradılmış yunan və latın əlifbalarından indiyə qədər istifadə olunur. (Xatırladaq ki, ən qədim əlifba Suriyanın Aralıq dənizi sahilindəki Lattakiya limanı yaxınlığında aparılmış qazıntı zamanı tapılmışdır. Həmin əlifba otuz iki hərifdən ibarətdir.  

YAZI YAZMAQ

Alimlər təyin etmişlər ki, qədim insanlar 15-50 min il bundan əvvəl dirnaqları və ya xüsusi daşlar ilə qayalarda, mağaralarda xüsusi işarələr və şəkillərlə bir –birlərilə əlaqə saxlayır və nəyisə xəbər verirdilər. Sonralar cəmiyyət inkişaf etdikcə dırnaq və daşın yerini yazı yazmaqdan ötəri istifadə olunan xüsusi alətlər tutdu.

Mixi yazı: Miladdan öncə III minilliyin ortalarında Şumerlərin istifadə etdikləri yazı (mixi yazı) adlanırdı. Mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar. Bu lövhəcikləri günəş şüaları altında qurudurdular. Gil lövhəcik üzərində yazmaq çətin idi, ona görə də ucu şiş çubuqla gili basıb onun üstündə kiçik cib şəklində cızıqlar çəkməyə başladılar. İstifadə olunan yazı alətlərindən biri də quş lələyi idi. Quş lələyindən istifadə etmək üçün müxtəlif rənglər yaradılır və bunlardan da yazı üçün istifadə edilirdi. Daha sonralar yazı vasitəsi kimi quş lələyindən bərk çubuq materiallarından, o cümlədən metaldan istifadə edilir. 1780-ci ildə Qarrison adlı bir şəxs poladdan qələm ucluğu düzəldir. XIX əsrdə isə özü yazan qələm icad edilir.

Yazı yazmaq üçün istifadə olunan vasitələrdən biri də karandaşdır. Təəccüblü də olsa adi karandaşın kəşfi təsadüfi olmuşdur . XVIII əsrdə bir dəfə çex fabrikində labaratoriya üçün qablar hazırlayan Yozef Qartmutun hazırladığı fincan əlindən düşüb sınır. Fincanın qırıqlarının kağızda qara ləkə saxladığını görən Qartmurd müxtəlif nisbətlərdə qrafit tozu ilə gil qarışığı hazırlayaraq təcrübələr aparır. Nəticədə yazı üçün çubuq yaradır. Müasir karandaşın reseptini isə 1790-cı ildə fransız mexanik və rəssamı N.Konte yaratmışdır.

 

 alt

Yazını gil lövhəciklərin üzərində yazmağın çətin olduğunu görən insanlar daha asan üslublar axtarmağa başlayırlar və çarəni papirus üzərində yazmaqda tapırlar. Nil çayının dayaz yerlərində bitən papirosu nazik zolaqlar şəkilində kəsirdilər. Sonra bu zolaqları kağıza oxşayan vərəqlər şəkilində bir-birinə yapışdırıb üzərində yazırdılar (bir çox Avropa dillərində kağız mənasını verən “paper”,”papir” sözləri də papirus sözündən götürülmüşdür), daha sonra isə müxtəlif heyvan dərilərindən istifadə edən insanlar sonda kağızı kəşf edirlər. Bəzilərinin rəyinə əsasən kağız ilk dəfə Çində yaradılmışdır, lakin bəzi digərlərinin nəzərinə görə isə kağız ilk dəfə müsəlmanlar tərəfindən icad olunmuşdur. Ətayi İsfəhani özünün “İslam Avropada” adlı kitabında belə yazır:

“Kağızın ixtirası ərəblərə aiddir, baxmayaraq ki, bəziləri bunu çinlilərə nisbət verirlər (aid edirlər), amma həqiqətdə isə çinlilərin ixtira etdikləri kağız yox, ipəkdən hazırlanmış parça idi ki, onun üzərində yazırdılar.

Əslində elə həqiqət də belə idi: çinli qadınlar ipəkçiliklə məşğul olarkən baramanı qaynadır, həsir üstünə sərir, sonra suda ovxalayaraq məhlul halına gətirirdilər. Sonra da məhlulu sudan çıxarır və süzürdülər. Bu əməliyyatlardan sonra həsirin üzərində nazik lifli təbəqə qalırdı. Həmin təbəqə quruduqdan sonra çox nazik, yazı üçün yararlı olan kağıza oxşar parça alınırdı (xatırladaq ki, çinlilər ipəkçiliyin sirrini uzun müddət gizli saxlamağa nail olmuşlar və Çində bu sirrin ifşa olunması qadağan idi, belə ki, ipəyin sirrini verən adamı ölüm gözləyirdi. Bu qadağanı ilk dəfə pozan Mərkəzi Asiyadakı Xotan knyazının oğluna ərə gedən Çin şahzadə xanımı olmuşdur). Lakin ərəblərin düzəltdiyi isə pambıqdan hazırlanmış kağız idi. VIII əsrdə ərəblər Səmərqənddə kağız fabrikası açırlar və beləliklə də avropalılar müsəlmanların vasitəsilə kağızla tanış olur və düz beş yüz il onlardan kağız alırlar. Azərbaycanda kağız istehsalına Avropadan əvvəl başlamışlar. IX əsrin sonu X əsrin əvvəlində Azərbaycanın Xunəc şəhərində kağız fabrikası fəaliyyət göstərmişdir. Əlavə məlumat üçün bunu da qeyd etmək olar ki, kağızın ağacdan hazırlanması XIX əsrdə baş verib.

 

ƏL YAZMASINDAN ÇAP MAŞINLARINA DOĞRU İNKİŞAF

 

Məxsusi əlifba və yazı üçün istifadə olunan kağız və qələm əldə etmiş insanlar növbəti yenilik arzusunda idilər. Bu, kitab və ya hər hansı bir yazı nüsxələrini çoxaltmaq arzusu idi. Kitab çapının ixtirasından əvvəl kitablar əllə yazılırdı. Ona görə də kitabların sayı çox az idi, çünki bir kitabın ərsəyə gəlməsi aylarla, bəzən də bir ildən çox vaxt aparırdı (və bununla yanaşı bir kitabın köçürülməsi üçün çoxlu pul tələb olunurdu). Çox şeylərin ixtirasında müsəlmanlara borclu olan dünya xalqları bu dəfə də həmin məsələnin həlli üçün onlara müraciət etməli oldular, çünki müsəlmanlar hələ avropalıların çap maşınının nə demək olduğunu bilmədikləri bir vaxtda “daş çapı” adlanan çap maşınını ixtira etmiş və bununla kitabların sayını çoxaltmaqda daha asan üsluba nail olmuşdular. Avropada isə bu işə XV əsrdə başladılar. Alman ixtiraçısı İohan Qutenberq (1400-1468) “daş çapı” funksiyasını özünün yağ sıxıb çıxartmaq üçün istifadə etdiyi presində yerinə yetirdi. O, hər bir hərfin metal surətini çıxarmış, hər səhifə üçün taxtadan lövhə hazırlamış, hərflərdən sözlər düzəldərək onun üzərində yerləşdirmişdi. Çap vaxtı hərflər rənglənir və üzərinə kağızlar qoyulurdu. Bir səhifədən lazım olduğu qədər çıxarıldıqdan sonra növbəti səhifə üçün bir qayda ilə hazırlıq görülürdü. Sonralar kitab çapı məsələsinin daha rahat üsulları ixtira olundu. 1814-cü ildə Fredrix Keyniç və Anderas Bauerv buxarla işləyən çap maşınını (bu dəzgah əvvəlki dəzgahla müqayisədə bir saata min səhifə ondan dörd dəfə çox çap edirdi), 1866-cı ildə isə alman saatsazı Otmar Mergin avtomatik yığım dəzgahı “linotip”i ixtira etdi. Bu dəzgahda mətinlər klaviatura ilə yığılıb çapa verilirdi (bu dəzgah çap məsələsini dörd dəfə sürətləndirmişdi). Beləliklə, aylar-illər keçdikcə yazı yazmaq üçün istifadə olunan vasitələr və yazılmış yazının nəşr olunmasına kömək edən dəzgahlar daha da inkişaf etdi. İpəkdən və pambıqdan düzəldilmiş vərəqlərin yerini ağacdan düzəldilmiş vərəqlər tutdu və iş o yerə gəlib çıxıb ki, Yaponiyada bir neçə dəfə istifadə olunan kağız icad olunub. Bu kağızın yazısını su ilə yumaq olur, həmçinin yazmaqda istifadə olunan qələmin yerini elektron qələmlər və bir sıra kompyuter proqramları (word kimi) tutur. İnsanlar inanırlar ki, elmi nailiyyətlər çoxaldıqca bu sahədə növbəti yeniliklər əldə olunacaq.                                                                                                                   





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.