Saat » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Saat
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Saat

     
   
 
Müəllif: Zaur | 5 May 2010 | 12722 dəfə oxunub
http://zeka.az/470-saat.html

Saat

 Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt  ölçüləridir” ( Bəqərə, ayə: 189)

 İlk saatlar, bir kölgə düşürən və kölgənin uzunluğuna, qısalığına görə zamanı göstərməyə yarayan bəsit  "Günəş Saatları "dır. Başlanğıcda bunlar bir uzun sütun idi. Bu sütunların üzərinə ya da çevrəsinə işarətlər qoyulmağa başlandı. Babilistanda icad olunmuş bu Günəş saatları, özəlliklə qış aylarında yararsız duruma gəldiyi üçün "su saatı" icad edildi. Hətta, gecələr də zamanı göstərdiyini bəlli etmək üçün bunlara "gecə saatı" adı da verildi. Çində, Misirdə və Mezopotamyada 5000-4500 il öncə bu saatlar istifadə olunurdu.

 Eramızdan beş əsr əvvəl qədim Misirdə su saatını Amenemhet icad etmişdir.

 Çinlilər bir qabdan digərinə axan və biri boşalınca bir ya da iki saatın keçdiyini göstərən su saatları istifadə etmişlər. Yunanlar və romalılar bu saatların daha müasir şəkillərini düzəltdilər. Bu arada İskəndəriyyə şəhərində yunanlı bir saatçı ilk dəfə bəzi silindirlər və çarxlardan istifadə edərək öz-özünə işləyən ilk su saatını icad etdi. Bununla birlikdə, zaman arasındakı fasilələri daha yaxşı öyrənmək üçün "qum saatı" deyilən alətin icadına yol açdı. Qum saatı, bir-birinə bənzəyən iki hissədən meydana gəlmişdi. Bu hissələr çox incə bir boğazla bir-birinə bağlandı. Üst hissəyə qoyulan qumlar bu boğazdan keçərək yarım saat içində aşağıda toplandı. Üstdəki qumların hamısı aşağıya tökülüncə tam yarım saatın geçdiyi anlaşılırdı. Zaman keçdikcə şüşə üzərinə cizgilər qoyularaq dəqiqələr də göstərilməyə başlandı. Bunlar keçən yüz ilin əvvəllərinə qədər gəmilərdə istufadə olunurdu.

 

 Su və qum saatları kimi işarəli şamlar da zamanı göstərən vasitələr olmuşdur. Məsələn, uzun bir şam üzərində saatları göstərən işarələr olur, şam əridikcə saatların irəlilədiyi anlaşılırdı.  X əsrin II yarısında (940-1003- cü illərdə) italiyalı çoban Herbert Aurelian çarxlı saat icad etdi.

 Kilsə qüllələri orta əsrlərdə zamanı bildirməkdə önəmli rol oynayırdı və bu xaç yürüşlərindən sonra Avropada yayıldı. Beləliklə,  Avropada ilk qüllə saatını X əsrin sonlarında Papa İkinci Silvester düzəltdirdi. Ondan Maqdeburqda istifadə olunmuşdur.

 İlk qüllə saatı Rusiyada Moskva Kremlində 104-cü ildə rahib Lazar Serbin tərəfindən , Bakıda isə XX əsrin əvvəllərində şəhər dumasının binasında qurulmuşdur.

 Kəfkirli ilk saatı X əsrdə ərəb astronomu İbn-Yunus ixtira etmişdir. Avropada isə XVI-XVII  əsrlərdə belə saatın layihəsini Qalileo Qaliley vermişdir.

 Sonda İmam Əlidən (ə.s) bir hədisi nəql etmək istərdik: “Hər ötən an bizi ölümə yaxınlaşdırır”. Kim bilir bəlkə də, insanlar saatları icad etməklə bu anların qədrini bilmək istəmişdir. Hətta, əgər saatları icad etməkdə məqsəd – ötən anların bizi ölümə yaxınlaşdırdığını xatırlatmaq olmasa da belə, biz hər keçən andan səmərəli istifadə etməyə can atmalıyıq.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.