Şuşanın işğalı ilə bağlı bəyanat » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Şuşanın işğalı ilə bağlı bəyanat
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Şuşanın işğalı ilə bağlı bəyanat

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Şuşanın işğalı ilə bağlı bəyanat
 
 
Müəllif: Carchi | 7 May 2010 | 12211 dəfə oxunub
http://zeka.az/473-eueandn-iedald-ilj-badld-bjyanat.html

Şuşanın işğalı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

Bəyanat şəhərin işğalının 18-ci ildönümü ilə bağlı verilib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 8 may - Şuşanın işğalı günü ilə bağlı bəyanat verib.

Bəyanatda bildirilir ki, Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğal olunmasından 18 il keçir. Ombudsman qeyd edib ki, 8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb: “Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib”

Ombudsman dünya birliyinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu münaqişənin sülh və danışıqlar yolu ilə həllinə dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə, onların hüquqlarının bərpa ediləcəyinə inandığını bildirib: “Erməni terrorçuları və onların havadarları tezliklə cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həyata keçirilməli, monoetnik dövlətə çevrilmiş Ermənistan işğalçı, təcavüzkar etnik təmizləmə siyasətindən, ərazi iddialarından əl çəkərək, qəbul edilmiş mühüm sənədlərin müddəalarını yerinə yetirməli, ölkəmizin ərazi bütövlüyü, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, əsir və girovlar azad olunmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir”.

Qeyd edək ki, bəyanat BMT-nin baş katibi, baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.